Deyerler.org: "ABŞ prezidenti Barak Obamanın son çıxışında əlacsızlıq, ziddiyyət və yalan açıq-aydın müşahidə olunur". Bunu İİR-in ali dini rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Seyid Cəlili Obamanın Yaxın Şərqlə bağlı son çıxışına münasibətində bildirib, - "Tabnak" xəbər verir.
"İslami oyanış ABŞ hökumətini regionda çıxılmaz bir vəziyyətə salıb. Regionda baş verən hadisələrdən ən çox itirən Bişləşmiş Ştatlar oldu. ABŞ bu bataqlığa illərlə sionist İsrail rejimi kimi qəsbkar bir hökuməti və bin Əli və Mübarək kimi diktator rejimləri dəstəkləməsi nəticəsində gəlib çıxıb. Ona görə də ziddiyyətli və yalan açıqlamalarla bu bataqlıqdan çıxa bilməyəcəklər", - deyə Seyid Cəlili vurğulayıb.
ABŞ hökumətinin regionda baş verən son hadisələrdəki mövqeyinə toxunan Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, Birləşmiş Ştatların regional siyasəti bir daha bariz şəkildə göstərdi ki, son 70 ildə ABŞ prezidentləri bu regionda ancaq öz maraqlarını güdüb. "ABŞ prezidenti Barak Obamanın son çıxışında əlacsızlıq, ziddiyyət və yalan açıq-aydındır. Sionist İsrail rejimini öz açıqlamasında dəstəkləməsi isə bir daha ABŞ-ın irqçi bir siyasət yeritdiyini nümayiş etdirdi. Amerika bütün Fələstin torpaqlarının Fələstin xalqına məxsus olduğunu və xalqın bu mövqeyindən geri çəkilməyəcəyini bilməlidir", - deyə Seyid Cəlili qeyd edib.

Комментариев нет:
Отправить комментарий