23.05.2011

BİLDİNMİ

Qəşəm Nəcəfzadə

Dolub yağış damlasına
pəncərənizi sevdim,
bildinmi-bilmədim.

Gözündən sərxoş kimi
yıxıldım ürəyinə
güldünmü- bilmədim.
Özümüzdən öncə
qapıda ayaqqabılarımızın
qoşa dayanmağı sevdim,
sən də sevdinmi- bilmədim.

Sən yatan ürəyimə
başımın sual
əllərimin nida qoyulduğunu
bilirsənmi- bilmirəm.

Əllərin bulud kimi
kölgə salır
saçlarımın işığına,
deyəsən yağış yağacaq
axşama
xəbərin varmı, bilmirəm!

Комментариев нет:

Отправить комментарий