27.05.2011

“Bitlz” layihədir

İbrahim Sel            Professional Oxucu Liqası

Ağır zərb sədalarının iblisanə hay-küyü dinləyicilərin şüurunu elə hala qədər kütləşdirirdi ki, onların istənilən birini yeni narkotikə razı salmaq olardı- yalnız bunu əsas gətirmək kifayət olardı ki, “hamı bunu edir”

 “Bitlz” fenomeni heç də bizə sırıdıldığı kimi, gənclərin köhnə sosial sistemə qarşı spontan (əvvəlcədən hazırlanmayan, planlaşdırılmayan) qiyamı deyil. Bu, əksinə, Gizli Dünya Hökumətinin çox dəqiqliklə hazırladığı, öz iradəsinin ziddinə şüurunun dəyişdirilməsi planlaşdırılan əhalinin böyük hədəf qrupuna fövqəladə dərəcədə dağıdıcı elementlərin yeridilməsi planı idi.
 “Bitlz” qrupunu ABŞ-da sosial eksperimentin bir hissəsi kimi meydana çıxmışdır. Bu bir neçə nəfər əhalinin böyük qruplarını, onların heç ağıllarına da gətirmədikləri beyin yuyulmasına məruz etməli idi.
 Tavistok İnsan Münasibətləri İnstitutu “Bitlz” qrupunu ABŞ-a gətirib çıxaranda heç kəs bunun arxasınca başlanmalı olan mədəni fəlakətin əhatə genişliyini təsəvvür edə bilməzdi. Heç kəs bilmirdi ki, “Bitlz” “İnsan obrazının dəyişdirilməsi” gizli proqramından (Siyasi tədqiqatlar haqqında Məruzə, rəhbəri Uillis Harmondur) əmələ gələn canlı orqanizm idi. “Bitlz” ilə birlikdə Tavistok İnstitutunun kəşf etdiyi yeni sözlər və ifadələr dövriyyəyə daxil edildi. Musiqi sədalarına münasibətdə “rok” kəlməsi, “tineycer” (“yeniyetmə”), “kul” (cool- “müsibət”, “kef”), “discovered” (“kəşf edilən”, “aşkar edilən”) və “pop-musiqi” kimi kəlmələr kodlaşdırılmış sözlərdən ibarət leksikonun bir hissəsi, narkotiklərin yayılması üçün stimulverici baza idi. Bu sözlər “Bitlz” ilə birlikdə gəldi və “Bitlz” hara gedirdisə, orada peyda olurdu, özü də “tineycerlər” onları dərhal “tapırdılar”. Yeri gəlmişkən, beyin yuyulması üzrə ixtisaslaşan Tavistok İnsan Münasibətləri İnstitutunun səyləri ilə “Bitlz” səhnədə peyda olana qədər “tineycer” sözü heç yerdə istifadə olunmamışdı.
 Kütləvi informasiya vasitələri və ilk növbədə də elektron KİV-in təbliğatı olmadan bu vəzifəni həll etmək mümkün olmazdı. Xüsusi rol murdar tip olan Ed Sallivana ayrılmışdı– o, oynamalı olduğu rol üçün Gizli ABŞ hökuməti tərəfindən xüsusi olaraq hazırlanmışdı. Əgər mətbuat onların ətrafında əsl ajiotaj qaldırmasaydı, Liverpuldan olan təlxək qrupuna və onların on iki atonallı “musiqi” sisteminə heç kəs diqqət verməzdi. “On iki atonallı sistem”– bu, Dionis kultu və Vaal kultu kahinlərinin musiqisindən götürülən, İngiltərənin Kpaliçası və deməli, Komitet 300-ün yaxın dostu Teo Adorno tərəfindən “müasir” təsirə məruz edilərək təkrarlanan ağır sədalardan ibarət idi.
 Tavistok və onun Stenford Tədqiqat Mərkəzi xüsusi sözlər yaratdı, bu sözlər sonradan “rok-musiqi” və onu sevənlər arasında ümumi istifadəyə daxil oldu. Dəbə düşən bu sözlər sosiumdan qopan gənclərdən ibarət yeni böyük qrup yaratdı. Sosial injinirinq və sosial təsir vasitəsilə onları inandıra bildilər ki, “Bitlz”- həqiqətən də onların sevimli qrupudur. Rok-musiqinin kontekstində yaradılan bütün həlledici sözlər əhalinin yeni hədəf qrupu, yəni amerikalı gənclər üçün nəzərdə tutulmuşdu.
 “Bitlz” əla işlədi, daha doğrusu, Tavistok və Stenford əla işlədilər. “Bitlz” isə sadəcə, “öz dostlarının azacıq köməkliyi ilə” (“with a little help from their friends”), proqramlaşdırılmış robot kimi reaksiya verirdi; “dostların azacıq köməyi”- bu, narkotiklərin qəbul edilməsi və “müsibət” vəziyyətə çatmağı ifadə edən kodlaşdırılmış sözlər idi. “Bitlz” gözə çarpan “yeni tip”i- “Tavistok” jarqonunun daha bir ibarəsi oldu. “Yeni tip”, “Bitlz” öz stillərini (ekstravaqant geyim, saç düzümü və danışıq tərzi) yaratmamışdan bir qədər əvvəl meydana çıxmış və yaşlı nəslin hiddətinə səbəb olmuşdu- heyhat, elə bu da planlaşdırılırdı.  Bu Uillis Harmon, onun alim-sosioloqları və gen mühəndisliyi sahəsindən olan mütəxəssislər tərəfindən hazırlanan, işə salınan “fraqmentləşmə- qeyri-adekvat adaptasiya” prosesinin tərkib hissəsi idi.
 Cəmiyyətdə böyük əhali qruplarının beyninin effektli yuyulması işində həlledici rol mətbu və elektron kütləvi informasiya vasitələrinə məxsusdur. Məsələn, 1966-ci ildə kütləvi informasiya vasitələri Loc-Ancelesdə küçə müharibələrini şərh etməyə son qoyan kimi, küçə müharibələri də dayandı. KİV-in onlara diqqəti azaldıqca küçə bandaları dağılışmağa başlayır, sonra isə izsiz-soraqsız yox olurlar. 1966-cı ildə olduğu kimi, problem sadəcə olaraq “tükəndi”. Küçə bandaları cəmiyyətdə qeyri-sabitlik və təhlükə mühitinin yaradılması üzrə öz vəzifələrini yerinə yetirdilər. Eynilə belə bir ssenari “rok” musiqini də gözləyir. Kütləvi informasiya vasitələrinin diqqətindən məhrum ediləndən sonra o dinməzcə tarixdə öz yerini tutacaq.
 “Bitlz” qrupunun ardınca- yeri gəlmişkən, onları bir yerə Tavistok İnstitutu toplamışdı- başqa “Made in England” rok qrupları da gəlmişdi. “Bitlz” ilə bağlı halda olduğu kimi, onlar üçün də kult səciyyəli “lirika”nın hamısını Teo Adorno yazır və “musiqini” də tam şəkildə özü bəstələyirdi. Dırnaq arasında verdiyim bu gözəl sözləri “bitlomaniya” kontekstində istifadə etmək mənə xoş deyil; bu mənə donuzcasına şəfqətdən çabalayan iki homoseksualist arasında çirkin kontakta münasibətdə yanlış olaraq istifadə olunan “sevgi” sözünü xatırladır. “Rok”u musiqi adlandıranda musiqi necə təhqir olunursa, “rok-lirika” da dil üçün o cür təhqirdir.
 Tavistok və Stenford bunun ardınca Komitet 300-ün (Gizli Dünya Hökuməti) onlara sifariş etdiyi işin ikinci fazasını həyata keçirməyə girişdi. Yeni faza Amerikada sosial dəyişiklikləri daha da qızışdırdı. Amerika səhnəsində “Bitlz” hansı sürətlə peyda oldusa, həmin sürətlə də “puç olmuş nəsil” (“beat generation”)- bunlar kodlaşdırılmış sözlərdir, təyinatı ictimai qrupları bölmək və xüsusiləşdirməkdən ibarətdir- meydana çıxdı. KİV indi də diqqətini “puç olmuş nəsil” üzərində fokuslaşdırdı. Tavistok əsilli yeni sözlər sanki özbaşına peyda olmuşdu: “bitniklər”, “hippi”, “çiçəklərin övladları”- bu sözlər Amerikan dilinə möhkəm daxil oldu. “Cəmiyyətdən qopmaq” (və ya fərqlənmək- “drop out”), çirkli cins geyinmək və uzun kirli saçlar populyar oldu. “Puç olmuş nəslin” nümayəndələri özlərini qalan bütün Amerikadan qopartdı. Onlar da özlərindən daha təmizkar olmayan “Bitlz” kimi pis reputasiya qazandılar.
 Yeni yaradılan sosial qrup və onun “həyat tərzi” milyonlarla amerikalını öz kultuna çəkdi. Amerikan gəncləri heç özləri də dərk etmədən radikal dəyişikliklərə məruz edildikləri vaxt, böhranın mənbəyini müəyyən etmək imkanı olmayan və deməli, böhranın hər cür narkotiklər, marixuana, bir müddət sonra isə lizergin kislotası kimi təzahürlərinə qeyri-adekvat reaksiya verən yaşlı nəsil acizanə şəkildə əllərini sallayıb durmuşdu. İsveçrənin SANDOZ farmasevtik kompaniyasının onlara bəxş etdiyi LSD- kompaniyanın kimyaçılarından biri, Albert Hoffmanın erqotamin sintezini kəşf etməsi nəticəsində alınan, şüuru dəyişdirən ən güclü narkotiklərdən biri- lap “vaxtında” meydana çıxdı. Komitet 300 bu layihəni öz banklarından biri- S.C.Warburg vasitəsilə maliyyələşdirdi, Amerikaya isə narkotiki filosof Oldos Haksli gətirdi.
 Yeni “möcüzə-narkotika”nı Birləşmiş Ştatların bütün ərazisindəki kolleclərdə və rok konsertlərdə pulsuz paylamağa başladılar, nəticədə məhz LSD narkotiklərin geniş yayılmasının katalizatoru oldu. Burada belə bir sual meydana çıxır: bəs, “Narkotiklərlə Mübarizə İdarəsi” (NMİ) bu vaxt nə ilə məşğul idi? Heç bir mübahisə doğurmayan dolayısı dəlilər var ki, NMİ-nin nə baş verdiyindən xəbərdar olduğunu, lakin qarışmamaq əmri aldığını sübut edir.
 Britaniyalı rok-qruplar ABŞ-a get-gedə daha çox gəldikcə, rok konsertlər amerikalı gənclərin gündəlik həyatının vacib elementinə çevrilməyə başladı. Bu konsertlərlə tandemdə gənclərin narkotika istifadə etməsi də proporsional surətdə artırdı. Ağır zərb sədalarının iblisanə hay-küyü dinləyicilərin şüurunu elə hala qədər kütləşdirirdi ki, onların istənilən birini yeni narkotikanın dadına baxmağa asanlıqla razı salmaq olardı- yalnız bunu əsas gətirmək kifayət olardı ki, “hamı bunu edir”. Əhatə edən həmyaşıdların nümunəsi– bu, çox güclü silahdır! “Yeni mədəniyyətin” işıqlandırılması üçün kütləvi informasiya vasitələrində maksimal dərəcədə mümkün olan geniş yer alındı, özü də sui-qəsdçilər buna heç bir sent də xərcləmədi.
 Vətəndaş liderlərin və kilsə xadimlərin bir çoxunun yeni kultla bağlı güclü gileyi onun NƏTİCƏLƏRİNƏ qarşı yönəlmişdi, SƏBƏBLƏRİNƏ qarşı yox. Rok-kultun tənqidçiləri “quru qanun” dövründə edilən eyni səhvlərə yol vermişdi: onlar hüquq-mühafizə orqanlarını, müəllimləri, valideynləri- kimi gəldi tənqid edirdilər, bircə bunu təşkil edən Gizli höküməti yox!
 Bütün Amerikada ən murdar narkotika əclaflarından biri Alan Ginzberqdir. Bu Ginzberq bir sent belə xərcləmədən LSD-ni bütün Amerikaya reklam etdi, hərçənd adi şəraitdə televiziyada belə bir reklam milyonlarla dollara başa gələrdi. Narkotiklərin və ilk növbədə də LSD-nin bu havayı reklamı öz pik həddinə altmışıncı illərin sonlarında, KİV-in tamamilə könüllü dəstəyi sayəsində çatdı. Ginzberqin kütləvi reklam kampaniyasının effekti çox dəhşətli idi; Amerika ictimaiyyəti eyni vaxtda bütöv bir sıra “gələcək mədəni şoka” məruz qaldı.
 Uçqunabənzər informasiya selinə düşən və həddən ziyadə “stimullaşdırma”nın (bir daha təkrar etmək istəyirəm ki, bu, Tavistokun praktiki vəsaitlərindən əxz edilən jarqondur) təsirinə məruz qalan insanlığı bu sel öz ağuşuna aldı. Müəyyən kritik həddə çatandan sonra isə həmin informasiya fövqəldozasını həzm etmək iqtidarında olmayan şüurlar sadəcə, apatiyaya qərq olmağa başladı- yəni, “dərin hərtərəfli sirayət” geniş insan kütlələrini bezdirdi (xirtdəklədi). Ginsberq şair adına iddia edirdi, lakin şair olmağa çalışanların heç biri ondan böyük cəfəngiyyat yazmayıb və çərənləməyib! Ginzberqin qarşısına qoyulan vəzifənin poeziyaya demək olar heç bir aidiyyatı yox idi- onun vəzifəsi əhalinin hədəfə alınan qrupuna yeni submədəniyyəti sırımaq idi.
 Ginzberqə köməkçi kimi Norman Meyleri qoşdular. Norman Meyler vaxtını mütəmadi olaraq dəlixanalarda keçirən yazıçılar sortuna aid olan qələm sahibi idi. Meyler Hollivudun solbaz yığıncağının sevimlisi idi və buna görə də onun Ginzberq üçün maksimum televiziya vaxtı almaq sarıdan problemi yox idi. Təbii ki Meyler zahirən xoşniyyətli bəhanə gətirməli idi- Ginzberqin əsl niyyətini açıq-açığına heç o da təbliğ edə bilməzdi. Buna görə də belə bir manevr həyata keçirilmişdi: Meyler kamera qarşısında Ginzberqlə poeziya və ədəbiyyat haqqında “ciddi” söhbətlər aparırdı.
 Rok-qrupların və konsert prodüsserlərinin hamısı Ginzberqdən nümunə götürərək, geniş və havayı televiziya reklamı almaq üçün bu metoddan istifadə etməyə başladı. Bu soxulcanabənzər varlıqlara, onların özlərindən də çirkin əsərlərinə və rəzil ideyalarına havayı efir vaxtı vermək lazım gələndə elektron informasiya vasıtələrinin maqnatları böyük səxavət nümayiş etdirirdilər. Bu eybəcər çirkindilli “albomların” reklamı, mətbu və elektron kütləvi informasiya vasitələrinin səxavətli köməyi olmadan narkotiklərlə ticarət belə sürətlə yayılmaz, çox guman ki bir neçə xırda rayonla məhdudlaşmış olardı.
 Ginzberqə bütün ölkəyə translyasiya edilən bir neçə televerilişdə çıxış etmək müəssər oldu. O, bu verilişlərdə incəsənət və musiqi aləmində inkişaf etməkdə olan “yeni ideyalar”, “yeni mədəniyyət” pərdəsi arxasında LSD və marixuananın üstünlüklərini vəsf edirdi. Ginzberqin pərəstişkarları Amerikanın bütün ən iri qəzet və jurnallarının “İncəsənət” və “Kübar həyatı” sütunlarında “bu parlaq insan” haqqında qızğın məqalələr yazmağa başladılar. “Dolça Sui-qəsdi”, NATO və Roma Klubundan olan gizli təşkilatçıların heç bir qəpik də xərcləmədikləri belə geniş reklam kampaniyası media tarixində indiyədək hələ olmamışdı. Bu, LSD-nin, narkotiklərin yalnız azacıq “incəsənət” və “mədəniyyət” pərdəsi ilə örtülmüş, tamamilə pulsuz reklamı idi.
 Kütləvi informasiya vasitələrinin qulaqbatıran isterikası və praktiki olaraq bütün gün ərzində edilən fasiləsiz reklam olmadan rok-musiqi və narkotiklərin hippi-bitnikçi kultu cəmiyyətdə heç vaxt ilişib qala bilməzdi; o marginal sayıqlama səviyyəsində olduğu kimi qalardı, vəssəlam. “Bitlz” öz cingildəyən gitaraları, əbləh simaları, narkotika dəmli jarqonları və axmaq geyimləri ilə küçə təlxəkləri səviyyəsindən yuxarı heç vaxt qalxa bilməzdilər. Lakin bunun əvəzinə kütləvi informasiya vasitələrində “Bitlz” qrupunun reklamı maksimuma çatır və bunun nəticəsində ABŞ bir-birinin ardınca yabanı şok yaşayırdı.
 Beyin mərkəzlərində və tədqiqat institutlarında gizlənən, adları və simaları yalnız çox dar dairəyə bəlli olan adamlar mətbuatın öz rolunu oynamasının qayğısına qaldı. Və əksinə, gələcək təlatümlərin arxasında duran qüvvələrin gizli saxlanmasında KİV-in mühüm rolu böhranın mənbəyinin heç vaxt aşkarlanmayacağına zəmanət verir. Beləcə, cəmiyyət psixoloji şok və gərginliyin köməyi ilə ağılsız vəziyyətə çatdırılır.

Комментариев нет:

Отправить комментарий