“Həmkarlarım deyir ki, həbsxanada yazdıqların daha yaxşıdır. Mən çox istərdim jurnalistika ilə məşğul olum. Əgər hökumət bunu qəbul etməsə, Azərbaycanı tərk etməyə məcbur olacam”
Jurnalist Eynulla Fətullayevin “Qafqazinfo”ya müsahibəsi
- Nəhayət ki, azadlıqdasınız, özünüzü necə hiss edirsiniz?
- Mən xoşbəxtəm ki, azadlıqdayam. Düzdür, mən həbsxanada olarkən də özümü azad hiss etmişəm. Həmişə azad olmuşam, azad yaradıcılıqla məşğul olmuşam. Yeganə məhdudiyyət doğmalarımla, dostlarımla, həmkarlarımla ayrılıq olub. Bu ayrılıq da aradan qaldırıldığı üçün çox xoşbəxtəm.
- Azadlığa çıxandan sonra ölkədə nə kimi dəyişikliklər müşahidə etdiniz?
- Heç Bakını görə bilməmişəm. Maşına əyləşib birbaşa evə gəlmişəm, indi valideynlərimin, dostlarımın əhatəsindəyəm. Bəzi dəyişiklikləri müşahidə etdim. Dostlarımla şəhərə çıxacağıq, onda dəyişikliyi görmək imkanımız olacaq.
- Bəs siyasi mənzərədə nə dəyişikliklər var?
- Məni başqa bir ölkədə həbs etmişdilər. Siyasi sistemdə ciddi dəyişikliklər baş verib. Mən ilk növbədə Avropa qurumlarına və Ombudsman Elmira Süleymanovaya təşəkkür edirəm, həbsxanada qəzet oxumaq imkanına malik idim. Həm Azərbaycan, həm də dünya mətbuatını diqqətlə izləyirdim. Ona görə də tam əminliklə deyə bilərəm ki, ölkədə gedən ictimai - siyasi proseslərlə yaxından tanışam. Həbsxanada da məqalələr yazırdım, hadisələrə şərhlər verirdim. Məndə elə təəssürat yaranıb ki, Azərbaycanda avtoritar üsul idarəsi hökm sürür. Söz azadlığı, ifadə azadlığı ilə bağlı çox ciddi problemlər var. Ən əsası isə odur ki, Azərbaycanda siyasi həbslər adiləşib. Məsələn məni 2007-ci ildə həbs edəndə bu ölkə gündəmində çox qeyri-adi bir hadisə idi. Amma bu gün fikir versəniz görərsiniz ki, insanlar kütləvi şəkildə həbs olunur və bu heç kəsdə təəccüb hissi doğurmur. Bu narahatlıq yaradan bir məsələdir. Eyni zamanda, mənim və bir neçə siyasi məhbusun azadlığa buraxılması özü də müsbət bir nəticədir. Düşünürəm ki, Azərbaycanda mütləq islahatlar həyata keçirilməlidir. Bu, həm siyasi, həm də iqtisadi sistemdə aparılmalıdır. Təcrübə onu göstərir ki, yaxşı olar ki, bu islahatlar yuxarıdan başlasın. Bu zaman islahatlar ciddi kataklizmlərə, təlaşlara, qarşıdurmalara gətirib çıxarmır. Azərbaycan hökumətinin rəhbərləri də etiraf edirlər ki, ölkədə ciddi problemlər var, korrupsiyaya qarşı mübarizə kampaniyası nəzərdə tutulub. Problemlər varsa, islahatlar həyata keçirilməlidir. İslahatlar həyata keçirilsə cəmiyyət onlara mütləq dəstək verəcək. Məncə bu gün Azərbaycanda iki təfəkkür arasında bir qarşıdurma var. Bu internet və televiziya təfəkkürü arasında müşahidə olunan qarşıdurmadır. Müxalifətdə yaxud iqtidarda təmsil olunmasında asılı olmayaraq elə insanlar var ki, onlar köhnə düşüncəlidirlər, amma elə insanlar da var ki, islahatları zəruri hesab edirlər. Mən istərdim ki, Azərbaycanda internet təfəkkürü, televiziya təfəkkürü üzərində qələbə çalsın.
- Məhz indi azadlığa buraxılmağınız Sizcə nəyin nəticəsi idi?
- Azərbaycan və beynəlxalq ictimaiyyətinin təkidli tələbləri nəticəsində azadlığa buraxılmışam. Uzun müddətdir ki, mənim azadlığa buraxılmağım uğrunda mübarizə gedir. Mən əslində ötən il azadlığa çıxmalı idim. Avropa Məhkəməsi bununla bağlı qərar vermişdi. Eyni zamanda Avropa Şurası Nazirlər Komitəsinin mənimlə bağlı iki qərarı vardı. İyulun 6 da üçüncü qərar qəbul olunacaqdı, çünki mənim məsələm yenidən AŞ Nazirlər Komitəsinin gündəliyinə çıxarılıb. Avropa İttifaqının Azərbaycana gələn nümayəndə heyəti mənimlə əlaqə saxlayıb. Onlar çox sevinirlər ki, Azərbaycan prezidenti mənim azadlıq hüququmu bərpa edib. Bu xəbərə sevindilər, hətta təəccüblərini də gizlətmədilər.
- Gələcək fəaliyyətinizlə bağlı nə kimi planlarınız var? “Gündəlik Azərbaycan” qəzetini bərpa etməyi düşünürsünüz?
- Mən bir anlıq da jurnalist fəaliyyətimə fasilə verməmişəm. Həbsxanada da jurnalist fəaliyyətimi davam etdirmişəm. Həmkarlarım deyir ki, həbsxanada yazdıqların daha yaxşıdır. Mən çox istərdim jurnalistika ilə məşğul olum. Əgər Azərbaycan hökuməti mənim təhlükəsizliyimə, həyat və fəaliyyətimə təminat verərsə təbii ki, mən jurnalistika ilə məşğul olmaq istərdim. Öz ölkəmdə yaşamaq, burada jurnalist fəaliyyəti məşğul olmaq və öz oxucularıma xidmət etmək istəyirəm. Əgər hökumət bunu qəbul etməsə məcbur olub Azərbaycanı tərk edib mühacirətdə yaşamalı olacağam.
- Bayaq dediniz ki, iki təfəkkür arasında mübarizə gedir. Sizcə gənc fəalların həbs olunduğu bir şəraitdə internet təfəkkürü qələbə çala bilər?
- Mən istərdim Azərbaycanda internet təfəkkürü qələbə çalsın. Bizim bu gün çox istedadlı gənclər formalaşıbdır. İstəmirəm müstəqil jurnalistika sıradan çıxsın. Bu hökumətə də, müxalifətə də, prezidentə də, cəmiyyətə də, bir sözlə hamıya lazımdır. Ona görə də, istəyirəm əvvəlki qaydada yaşayım, fəaliyyət göstərim və heç bir düşərgədən asılı olmayım. İlham Əliyevə müraciət edib, ondan xahiş edirəm ki, Bəxtiyar Hacıyev, Cabbar Savalanlı və bütün mitinq qurbanlarının taleyi ilə bağlı zəruri bir qərar qəbul etsin və onları azadlığa buraxsın. Onlar gənc, istedadlı fəallardır. Bu ölkədə siyasi hüquqlarının pozulmasına gətirən bir haldır. Dunya Myatoviç mənə deyib ki, prezident İlham Əliyev onunla görüşündə söz azadlığı, sərbəst toplaşmaq azadlığının mövcudluğu ilə bağlı təminat vermişdi. Həbsxanadan yeni çıxan bir insan kimi deyə bilərəm ki, bu gəncləri həbsxanada məhv etməməliyik. Mən həbsxanada mübarizə apardım. Özümü müəyyən məhkum kütləsindən təcrid etdim. Belə ki, daim kitablar oxuyurdum, intellektual müstəqilliyimi qorumağa çalışırdım. Ola bilər ki, onlar özlərini qoruya bilməsinlər. Biz niyə gəncləri məhv etməliyik. Ona görə də, mən Azərbaycan hökumətinə, prezidentinə çağırış edirəm ki, bütün siyasi məhbuslar azadlığa buraxılsın və bununla da ölkədə yeni bir mərhələyə qədəm qoyulsun. Azərbaycanda sivil siyasi münasibətlər formalaşdırılsın. İnanın ki, bu hamının qələbəsi olacaq.
- Sizə qarşı olan ittihamları qəbul etmirsiniz. Bəs bununla bağlı iddia qaldırmaq fikriniz var? Məsələn kompensasiya tələb etmək kimi...
- Azərbaycan Respublikasının ali məhkəməsi mənə bəraət verib. Əvvəlki ittihamların saxtalığı həm Avropa məhkəməsi, həm də Azərbaycanın ali məhkəməsi tərəfindən təsdiq olunub. O ki, qaldı narkotik məsələsinə Ali məhkəmənin 13 iyul 2011-ci ildə keçiriləcək iclasında bu məsələyə baxılacaq. Çox istərdim ki, Azərbaycan hakimləri ədalətli qərar versinlər. Düzdür Azərbaycanda müstəqil məhkəmə yoxdur. Bu məsələnin Avropa Məhkəməsi səviyyəsinə gedib çıxmasını istəmirəm. Bu iş ora qədər gedib çıxsa, mən bəraət alacağam, çünki günahsızam. Mən heç vaxt narkotikdən istifadə etməmişəm. Əgər etsəydim belə bunu qəbahət bir şey hesab etməzdim. Etiraf edərdim ki, bəli, mən narkotikdən istifadə etmişəm. Məsələn, deyərdim ki, zəiflik nümayiş etdirdim, yaxud dözmədim ağır şəraitə. Amma bu olmayıb. Bu yalandır, böhtandır. Hökumət də bunu yaxşı bilir ki, bu ittihamın mənə qarşı irəli sürülməsini bir məqsədi var idi – məni həbsdə daha çox saxlamaq. Ona görə də, çox istərdim ki, Ali Məhkəmə bununla da bağlı mənə bəraət versin və bu iş Avropa Məhkəməsinə gedib çıxmasın.
Səidə Teyyubqızı

Комментариев нет:
Отправить комментарий