22.05.2011

Donuz qripinə peyvənd” adı ilə əsgərlərimizi qırırlar


 Türkiyədə 15 min mehmetcik donuz qripinə qarşı vurulan iynədən ölüb

O anasını 6 yaşında itirmişdi. Sonradan atası da evi tərk edib İbrahimi taleyin ümidinə buraxdı. Nənəsinin və dayılarının himayəsində yaşayan 19 yaşlı bu gənc hərbi xidmətə gedəndən 1 ay sonra evə tabutda qayıtdı.

 6 yaşından himayəsində yaşadığı, özünə doğma anası kimi əziz bildiyi dayısı arvadı Gülsüm xanımın göz yaşları içində dedikləri:
- Heç vaxt onu balalarımdan ayırmadım.
Onu böyük oğlum bilirdim O qədər gülərüz, xoşxasiyyət, rəhmli, səxavətli idi ki... hətta sərçəyə tələ quranda yalvarardı ki, söküm. Deyirdi, yazıqdır, onu da Allah yaradıb.
... Bu o qədər qəmli hekayətdir ki, ən buz ürəklilər də onu sakitliklə dinləyə bilmir. Ömrü boyu qəlbində ana nisgili, ata həsrəti daşıyan, daim üzü gülən, qəlbi ağlayan, hələ aşağı siniflərdən şeirlər, hekayələr qaralayan, gözəl rəsmlər çəkən, kəndin ən ucaboy gənclərindən sayılan İbrahim (onun boyu 1,88 metr olub) əsgərlikdə donuz qripinə qarşı vurulan iynədən dünyasını dəyişdi.
 İbrahimin tərcümeyi-halı cəmi bir neçə cümləyə sığır - 6 aprel 1991-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olub. 6 yaşı olanda anası yanğın nəticəsində dünyasını dəyişib. Atası bundan sonra kənddən gedib, başqa yerdə ailə qurub. İbrahimi ana nənəsi və dayısı böyüdüb. 2010-cu ildə hərbi xidmətə gedib. Bir aydan sonra kəndə ölüm xəbəri və tabutu gəlib.
 Meyiti Ocaqlıya gətirən zabitlər isə ailəyə bildiriblər ki, guya əsgər fevralın 4-də sırada durarkən birdən-birə halı dəyişib. Onu dərhal hansısa hospitala və yaxud xəstəxanaya götürüblər və əsgər orada vəfat edib. Meyit həmin yerdə yarılıb və ilkin rəylə ölüm haqda tibbi arayış verilib. Arayışda əsgərin qaraciyər ödemindən vəfat etdiyi yazılıb.
 Yaxınları isə bunu cəfəngiyat adlandırır. Dayısı bildirdiyinə görə İbrahimin ölümü bir dərddirsə, onun ölüm səbəbinin saxtalaşdırılması başqa bir dərddir. Balamız belə ağır xəstə idisə, onu niyə hərbi xidmətə apardılar. Amma hamımız bilirdik ki, İbrahim sap-sağlam oğul idi. Qaraciyər xəstəsi ağır iş görə bilməz, təngnəfəs olar. İbrahim isə mişar daşlarını oyuncaq kimi oynadırdı. Adının çəkilməsini istəməyən şəxslər bizə bildirdilər ki, hərbiyə yeni gələn gənclərə “Donuz qripi”nə qarşı peyvənd vurulub. Bu iynə vurulandan bir qədər sonra şok verib və o, dünyasını dəyişib. Buna görə onun meyitində döyülmə əlamətləri olmasa da, su çiçəyinə bənzər xeyli ləkələr və yaralar var idi.
 “Azadlıq” qəzetinin bu barədə verdiyi yazıdan:
“Mərhumun dayılarından biri dedi ki, az əvvəl onlar hərbi hissədə bir nəfərlə söhbətləşib.
Həmin şəxs gənc əsgərin ölümünün səbəbini danışıb: “O bizə dedi ki, Ibrahimgilə həmin gün iynə vurulub. Nə iynəsi olduğu bilinmir. Iynə vurulandan heç on dəqiqə keçməmiş Ibrahim elə sıradaca keçinib”.
Dayısı Əliqulu:- Ibrahim ölümündən bir neçə gün əvvəl evə zəng vurub bildirdi ki, hər şey normaldır. Biz bu nisgilli balamızın ölümünə bais olan şəxslərin cəzalanmasını tələb edirik və təkidlə də tələb edəcəyik. Ordu rəhbərliyi bunun üçün cavabdehlik daşıyır.
 Kənd camaatı ilə söhbətimizdə bildirdilər ki, Sovet vaxtı belə şeylər olmazdı. Ordu rəhbərliyi hara baxır ki, əhaliyə guya hansısa, əslində isə olmayan xəstəliyə qarşı iynə vuraraq qırırlar? Geniş ictimaiyyətə yaxşı məlumdur ki, donuz qripi adlı xəstəlik yoxdur, sadəcə bu, masonların dünya əhalisini azaltmaq planının tərkib hissəsidir. Həmin peyvənd ilə də heç bir xəstəlik aradan götürülmür, əksinə regionumuza yad olan dəhşətli bir xəstəliyin virusları bədənə yeridilib yayılır. Sovet vaxtı həmin mason siyasətini həyata keçirənlərin qollarını kəsərdilər. Türkiyədə donuza qarşı peyvənd adı ilə 15 min mehmetciyi qırıblar. Dərbənddən o tərəfə də vursunlar da bu iynələri, ya Astaradan o tərəfə- niyə vurmurlar? Çünki orda nəzarət var, orda dövlətçilik var. Bizdə isə dərəbəylikdir, hər şey başlı-başınadır. Odur ki, iki danimarka həkimi gəlib xalqın balalarının üzərində təcrübə dovşanı kimi sınaqlar keçirir. Sabah bizi də Qəzzanın, Fələstinin gününə salacaqlar. Kim çıxacaq onlara qarşı vuruşmağa? Xalqın yarısını bioloji silahlarla, saxta dərman-iynələrlə, girdirmə, geni dəyişən qidalarla, şülalanma ilə zəlil kökünə qoyublar.  
80 yaşlı Ağanisə nənə (dünyaya 13 övlad gətirən bu qadın Qəhrəman anadır) göz yaşları üzündəki qırışlardan süzülə-süzülə:
- Balam rəssam olmaq istəyirdi. Daim şəkil çəkirdi. Ağac əkməyi, gül əkməyi o qədər xoşlayırdı ki, bütün həyət-bacanı yaşıllığa qərq etmişdi. Heç kimi özündən incitməzdi. Ürəyi qubarlı olsa da, üzü həmişə gülürdü. Tanımayan elə bilərdi ki heç dərdi-səri yoxdur.
Onu böyüdən Gülsüm xanım:
- O qədər səxavətli idi ki, hərbi xidmətə gedəndə qohum-tanış cibinə nə qədər pul qoymuşdusa hamısını dostlarınıa xərcləyib, ya da kənddəki atasız-anasız uşaqlara bağışlamışdı. Bir neçə qol saatı var idi, onları da dostlarına paylamışdı. Kənddə nə qədər kimsəsiz, imkansız uşaq var idi, onlara daha çox yardım edərdi. Onlara həmişə deyərmiş ki, mən bilirəm anasız böyümək nə deməkdir. O gah aktyor, gah rəssam, gah da şair olmaq istəyirdi.
 İbrahimin yaradıcılığından ibarət 40 səhifəlik dəftər əlimizdədir. İbrahimin 16-17 yaşında yazdığı şeirlərdir. Təbii ki, peşəkar yaradıcılıq nümunəsi olmasalar da, şeirlərdə və hekayələrdə o qədər nisgil, qubar var idi ki. 5 hekayədə sanki öz tərcümeyi-halını qələmə alıb. Nə yazıbsa, hamısında bir ana nisgili var. Hərdən isə anasının dilindən də yazıb.
Sonuncu hekayəsində isə balaca qeydlə bitirib; “ardı var..”. lakin o heç vaxt bu hekayənin ardını yaza bilməyəcək.
Şeirlərində isə nəinki kədərlni canlandırıb, sanki ölümünü də duyub:

Anam öldü cavankən,
Yetim qaldım cavankən,
Ölüm Allah işidir
Bəlkə öldüm cavankən.

…Bircə sevgi şeiri olmasa da, Vətən, Qarabağ, dostluq, mərdlik, ətrafdakı haqsızlıqlar barədə çoxlu şeirləri var. Dayıları deyir ki, hələ oktyabrda təkidlə deyirdi ki, mütləq hərbi xidmətə gedəcəyəm. Rusiyadakı dayıları onu özü ilə yanlarına aparmaq istəyirdi. O isə təkidlə deyirdi ki, hərbi xidmət edim sonra. Mənim bu vətənə borcum var. Həm də onu ana kimi böyüdən Gülsümə xanıma deyirmiş ki, bu vaxta qədər sən məni böyütdün, bundan sonra mən səni saxlayacağam.

                                  Zaur Ağalaroğlu

Комментариев нет:

Отправить комментарий