22.05.2011

Cəlilabad idmançılarının nailiyyətləri

Respublika turnirində iştirak edən Qarazəncir İdman klubunun 14 idmançısından 10-u medala layiq görülmüşlər

 Kunq-fu Sanda Federasiyasının Cəlilabad Filialı 2009-cu ilin iyun ayında yaradılıb. Qısa bir zamanda fəaliyyət göstərməsinə baxmayaraq, adlı-sanlı idman klubuna çevrilmiş, bir çox turnirlərdə qazandığı uğurları ilə fərqlənmışdir. Klubun məşqləri rayonun Qarazəncir kəndində Şahin Sultanov adına orta məktəbin idman zalında keçirilir. Yaxın kəndlərindən 50-dən artıq gənc burada təcrübəli məşqçi Aqil Mustafayevin məşqlərinə qatılır, idmanın sirlərinə yiyələnirlər.
 Aqil Mustafayev Azərbaycan Texniki Universitetini bitirmişdir. İdmanla tələbəlik illərindən məşğul olmağa başlamış, bir sıra beynəlxalq turnirlərin iştirakçısı və qalibi olmuşdur. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanmış, Ağdam rayonunda kəşfityyatçı kimi xidmət keçmişdir. 2004-cü və 2008-ci illərdə keçirilmiş Respublika turnirlərinin mükafatçısı, 2009-cu il yarışmasının isə çempionu olmuşdur. 2008-ci ildən Bakı şəhərində məşqçi kimi fəlaliyyət göstərmişdir.
 2009-cu ildə yaşadığı Qarazəncir kəndində qayıdır, böyük çətinliklər hesabına “Cəlilabad İdman klubu” adlı dərnək yaradır. Hal-hazırda bu dərnək Kunq-Fu Sanda Federasiyasının Cəlilabad İdman Klubu kimi fəaliyyət göstərir.
 Yerli sakinlər Aqil Mustafayevin işindən razılıq edirlər, klubun regionda idmanın dirçəldilməsi üçün böyük işlər görəcəyini vurğulayırlar. Sevindirici haldır ki, rayonda Sovet vaxtından sonra dağıdılmış idman ənənələri tədricən bərpa edilməkdədir.
 Qısa müddət ərzində Qarazəncir idmançıları respublikada, o cümlədən xaricdə böyük nailiyyətlər əldə etmişlər. 22-24 iyul 2009-cu ildə Qax rayonunda keçirilən Respublika çempionatına Qarazəncir klubundan 4 idmançı qatılmış, onlardan ikisi medalla geri dönmüşdür. 25-30 avqust 2009-cu ildə Gürcüstanda Qızıl kəmər uğrunda keçirilən turnirdə isə Aqilin 1 tələbəsi iştirak etmiş və çempion olaraq vətənə qayıtmışdır.
 20-21 noyabr 2009-cu ildə Bakı şəhərində keçirilən Respublika turnirində isə Qarazəncir İdman klubunun 14 idmançısı iştirak etmiş və 10 medalla geri dönmüşlər.

 Aşağıda Kunq-Fu Sanda Federasiyası Cəlilabad İdman Klubunun müxtəlif turnirlərdə yer tutmuş idmançıları ilə sizləri tanış edirik:

 Respublika çempionatı (Qax rayonunda keçirilib):
1.Ağayev Hüseyn Xəyal oğlu- II yer;
2.Abbasov Əsgər Rəşid oğlu- III yer.

 Qızıl kəmər uğrunda turnir (Gürcüstan Respublikası):
1.Mustafayev Elvin Amil oğlu- I yer.

 Respublika turniri (Bakı şəhəri):
1.Mustafayev Elvin Amil oğlu- I yer, 65 kq;
2.Şirəliyev Gülhüseyn Kamal oğlu- I yer, 60 kq;
3.Mustafayev İbrahim Saməddin oğlu- I yer, 22 kq;
4.Mustafayev Rəhim Natiq oğlu- II yer, 31,5 kq;
5.Qasımov Sadiq Qoşqar oğlu- II yer, 22 kq;
6.Osmanov Yerkin Nail oğlu- II yer, 42 kq;
7.Səfərli Sadiq Qəfər oğlu- III yer, 39 kq;
8.Mustafayev Sahib Rövşən oğlu- III yer, 42 kq;
9.Qasımov Nihad Ceyhun oğlu- III yer, 22 kq;
10.Quliyev Murad Rahib oğlu- III yer, 27,5 kq.

 İdmançılara uğurlar diləyirik və yeni-yeni nailiyyətlər arzu edirik. Sizinlə fəxr edirik!

Комментариев нет:

Отправить комментарий