20.05.2011

FUKUŞİMAYA BƏLA BELƏ GƏLDİ

Tokio elektrik şirkəti tərəfindən çəkilən şəkillər, dünyada olan nüvə stansiyaların təhlükəsizlik mövzusunu yenidən gündəmə gətirib



FaktXeber.com-un verdiyi məlumata görə, Yaponiyada 11 martd tarixində baş verən zəlzələdən sonra, ilk dəfə olaraq dəniz suyunun Fukuşima nüvə stansiyasına necə daxil olduğunu göstərən fotolar yayımlanıb. Tokio elektrik şirkəti tərəfindən çəkilən şəkillər, dünyada olan nüvə stansiyaların təhlükəsizlik mövzusunu yenidən gündəmə gətirib. Fotoşəkillərdə dalğaların dənizdən gələrək stansiyada yerləşən reaktorları və qurğuları necə vurduğu əks olunur.

Qeyd edək ki, minlərlə insanın ölümünə, itkin düşməsinə və Yaponiya iqtisadiyyatının iflasa uğramasına səbəb olan təbii fəlakətdən sonra, Fukuşima stansiyasında radiasiya sızıntısı baş vermişdi. Bu günə qədər radiasiya sızıntılarının qarşsını almaq mümkün olmayıb.




Комментариев нет:

Отправить комментарий