20.05.2011

TATUAJ BARƏDƏ NƏ BİLİRİK?

Tatuaj yəni müxtəlif simvollar və ya şəkillərin bədəndə əks olunması



TATUAJIN TARİXİ


Tatuaj yəni müxtəlif simvollar və ya şəkillərin bədəndə əks olunması. Hindlilər, yaponlar, amerika yerliləri və Afrikadakı bəzi qəbilələr tatuajı bəzək olaraq etsələr də bir çox cəmiyyətdə döymənin xəstəliklərə və pis ruhlara qarşı qoruyucu tilsim olaraq qəbul olunur.

Döymə ənənəsi çox qədimdir.  Qədim Misirdə tatuajın olması mumiyalardan aydın olmuşdur. Misirlilərin xaricində Britonların, Qalyalıların və Trakların da döymələri olub. Qədim yunanlılar və romalılar, tatuajı günahkarlar və kölələrə edərdilər. Xristianlıq inancında döymə qadağan edilmişdi. Buna qarşı ilk xristianlar, bədənlərinə İsanın adını ya da xaç naxışları daşıyan döymələr etdirmişlər.

Əsrlər keçincə avropalılar tatuajı unutdular. 18-ci əsrin sonlarında dəniz səyahətlərində Amerika yerlilərində və polinezyalılarda tatuaj sənəti yayılmışdı. Avropalıar döymə qarşılığı olan "tattoo" sözünü tahiti dilindəki "tautau" sözündən götürmüşdür. Döymə sənəti 20-ci əsrin əvvələrindən sonra, xüsusilə dənizçilər arasında məşhur idi. Romantik duyğuları, vətənpərvərliyi ya da dindarlığı ifadə etmək məqsədiylə döymə geniş şəkildə istifadə edilirdi.  Amma gigiyenaya əhəmiyyət verilmədiyi və AIDS kimi bəzi xəstəliklərə səbəb olduğu üçün icazəsiz tatuaja qadağa qoyuldu.

TATUAJIN ZƏRƏRLƏRİ

Ancaq tatuaj etdirməmişdən əvvəl bilməniz lazım olan bəzi qaydalar var. Ən əhəmiyyətlisi isə budur ki, tatuaj çox zərəli və əziyyətlidir. Qalıcı tatuaj, AIDS-dən xroniki böyrək çatmazlığına qədər bir çox xəstəliyə səbəb olur. Mütəxəssislər, xüsusilə yaz aylarında gənclərin böyük maraq göstərdiyi tatuaj, bədəni xəstəliklərə qarşı zəiflədir. Həkimlər bildirirlər ki, iynələrin üstündə olan mikrobların bədənə girərək xəstəliklərə səbəb olur. Əgər bir neçə nəfərin bədənində istifadə edilərsə, bu sarılıqdan AIDS-ə kimi bütün xəstəliklərə yoluxmağa səbəb olar. Müvəqqəti tatuajlar da ən azı qalıcı tauajlar qədər təhlükəlidir. Son illərdə xüsusilə gənclər arasında sürətlə yayılan piercing və tatuaj, gözəl bir görüntü versə də bir çox allergiya xəstəliklərinəxardığı allerjik səbəb olur. Mütəxəssislər, az zərəri tatuaj kimi tanınan müvəqqəti döymənin də dəridə yara yaramasına  səbəb olduğunu bildiriblər.  Tatuaj həmçinin hepatit B, hepatit C, AIDS kimi bəzi xəstəliklərə gətirib çıxarır.


TATUAJIN NÖVLƏRİ

Həvəskar tatuaj

Həvəskar tatuaj ümumiyyətlə professionallıqdan uzaqtatuajdır. Çox yayılmayan bu döymələr incə bir iynə köməyiylə dərinin altına mürəkkəb vurularaq tətbiq olunur və infeksiya riski yüksəkdir.

Mədəni tatuaj

Mədəni tatuaj, ənənəvi üsullarla tətbiq olunan və o mədəniyyətdə müəyyən bir mənası olan tatuajdır. Müəyyən etnik qrupların özlərinə xas tatuajları var.

Professional tatuaj

Professional tatuaj, olduqca kompleks və çox vaxt alır. Bu cür tatuajlar gərək işin ustaları tərəfindən tətbiq oluna. İnfeksiya riski digərlərinə nisbətən daha azdır.

Kosmetik tatuaj

Bu tatuaj qalıcı makiyaj üçün edilər. Qaşlar, dodaq və göz kənarları ya da saçlar kosmetik tatuaj vasitəsi ilə daha da gözəlləşdirlir.  Bu cür tatuaj öz rəngini tez itirdiyindən tez-tez təkrarlamaq lazımdır.

Tibbi tatuaj

Tibbi tatuaj insanın xəstəliyinin olduğunu göstərən amildir. Bu cür tatuaj diabet kimi xroniki narahatlığı olan şəxslər edirlər. Bundan əlavə tibbi tatuaj vasitəsi ilə cərrahiyə əməliyyatından sonrakı izləri bağlamaq məqsədiylə də tətbiq olunur.



TATUAJDAN ƏVVƏL

-    Tatuaj etdirəcəyiniz gün spirtli içki və dərman (xüsusilə aspirin) qəbul etməyin.
-    Xəstəsinizsə, tatuaj etdirməyin.
-    Tatuaj zamanı istifadə ediləcək iynələrin tamamilə steril və bir istifadəlik olduğundan əmin olun.

İSLAM DİNİ TATUAJA İCAZƏ VERİR?

Bəs görəsən indi gənclər arasında qola, bədənə döymə etdirmək dəb halını alıb. İslam dini buna icazə verirmi?

Cavab: Cinsindən asılı olmayaraq, əgər bu iş başqalarının diqqətini cəlb etmək məqsədi güdürsə haramdır. Bundan əlavə, dinimizdə bədənə fiziki zərər yetirən hər bir iş düzgün deyil.



Emin Nəsirli

Комментариев нет:

Отправить комментарий