22.05.2011

GUAM-ın tam məxfi adı-Promotey

Bu gün mən belə bir vaxtı özümçün ayırıb, üzv olduğumuz GUAM qurumunun görünməyən tərəfləri barədə sizlərə söhbət açmaq istəyirəm.
                                                   ***
Polşa dövl
ətini 20-ci əsrdə bərpa etmiş general Yozef Pilsudskidən başlamaq istəyirəm öz sirli söhbətimi- əvvəllər sosialist, sonra millətçi olmuş bu tarixi sima, uzun müddət bolşevik imperiyası ilə savaşdı, hətta, işə bir bax, ağqvardiyaçıların, fransız, britaniya generallarının öhdəsindən gələ bilmədiyi mübariz Qızıl Ordunu belə, 1920-ci ildə, Varşava ətrafında ağır məğlubiyyətə duçar etdi də. Təkcə əsir düşmüş  qızılqvardiyaçıların sayı 160 mindən çox idi! Qazandığı qələbə Pilsudskini, Leninlə savaşda məğlub olmuş bütün digər ağqvardiyaçı generallardan xeyli fərqləndirib ona dünya şöhrəti bəxş etsə də, qocaman general bununla kifayətlənmədi əsla. Bilirdi ki, SSRİ nəhəng imperiyadır, hirslənib asqırsa üstünə, elə bu bəsdir-bütün polşa zabitlərinin papağı başından uçar. İstər daxili, istər xarici rəqiblərindən qorunmaq üçün, general Pilsudski 1918-ci ildə  «Defenziva», «Eksplaritura» adlı iki kəşfiyyat mərkəzi qurur, sonuncu hərbi kəşfiyyat idarəsi vasitəsiylə SSRİ qarşı misli görünməmiş nəhəng bir oyuna başlayır. Pilsudski cavanlığında sosialist olub deyə, kommunistlərin sirlərinə bələddir, bilir ki, proletar beynəlmiləlçili necə qüdrətli silahdır, onu zərərləşdirməkdən ötrü əks tədbirlərə əl atmaq, millətçilərin beynəlmiləl təşkilatını yaratmaq, onun köməyiylə Moskvanın anasını ağlatmaq lazımdır. Bu siyasətin nəticəsi kimi 20-ci illərin ortasında Varşava belə bir qurum yaranır-adı «Prometey liqası», tərkibinə kimlər daxil olur, hə?- gürgü menşeviklərindən Çxeidze, Jordaniya, erməni generalı bədnam Dro, Şeyx Şamilin nəvəsi Səid bəy, general Sultan Qirey Kılıç, Ukraynadan yerli millətçilər, Krım, Kazan antikamunistləri, nəhayət, bizimkilərdən gör kim?-Məmmədəmin Rəsulzadə! «Prometey liqası»nın bir mərkəzi də Parisdə, «Dostluq cəmiyyəti» adıyla fəaliyyətini göstərirdi. 1936-cı ildə Varşavada keçirilmiş iclasda onun rəhbərliyində Topçubaşov, Rəsulzadə, Azər Təkin, Vəkilov kimi həmvətənlərimizin adı qeyd olunur. «Promotey»in arxivləri göstərir ki, o SSRİ-yə qarşı qurulmuş nəhəng kəşfiyyat, təxribat mərkəziymiş, Polşa Ordu Baş Qərargahının ikinci şöbə (əkskəşfiyyat) rəisi Yulian Staxeviç bu quruma birbaşa rəhbərlik edirmiş, yaxşı maliyyə vəsaitləri ayırırmış öz üzvlərinə( pul-paranı polyak kəşfiyyatçılarına Britaniya, Fransa hökümətləri ötürümüş). Azərbaycan, gürcü, tatar, erməni zabitlərinə Polşa ordusunda xidmət etmək imkanları yaradılır, sonralar həmin zabitlərin biri, gürcü polkovniki Dmitriy Şalakaşvilinin oğlu Djon, NATO Ordu Qərargahı başçısı vəzifəsinədək yüksələrək bu qurumun İraq əməliyyatına başçılıq edir(«Səhrada tufan» əməliyyatı).
1939-cu ild
ə Polşa Hitler Almaniyasına məğlub alarkən, «Prometey liqası»nı idarə edib maliyyələşdirən «Eksplaritura»nın gizli arxivləri, bəli, keçir Berlinin tam ixtiyarına. Hitler, rəhmətlik Pilsudskinin «Prometey liqası» layihəsinə diqqətlə yanaşır, məhz onun üzvləri əsasında Alman Ordusunda sovet xalqları nümayəndələrindən ibarət «Milli leqion»lar yaradır, o cümlədən Məmmədəminin, Düdənginskinin rəhbərliyi altındakı  «Azərbaycan milli leqionunu».
Pilsudskinin doğduğu bu t
əşkilata gərək «əhsən!» deyəsən, bir göz muncuğu da tikəsən alt paltarına ki, gözə gəlməsin-Polşa məğlub olur, Almaniya yanıb külə çevrilir, «Prometey liqası» isə ölüm nədir bilmir-müharibədən sonra, bu millətçilik internasionalı keçir Britanya ilə ABŞ-ın birgə kəşfiyyat idarəsi SİS-in iti caynağına. Hə, burda bir həngamə başlayır ki, gəlgörəsən-«Azadlıq», «Azad Avropa», «Amerikanın səsi» kimi antisovet radioların ucdantutma bütün üzvləri köhnə prometeyçilərdən seçilir. Hə, bax buna deyərlər sönməyən Prometey alovu! Vallah, əslinə qalarsa o çoxdan sönüb gedərdi-neynək, onu sönməyə qoymayan nəhəng qüdrət sahibləri həmişə tapılırmış.
«Prometey» alovunun baş m
əqsədi nəydi?»  sualına qısaca belə cavab verərdim- Qafqazdan üzübəri Ukrayna, Baltika millətlərini Polşa başda olmaqla SSRİ-yə qarşı  Avropanın sanitar çəpəri şəklində təşkilatlandırmaq, vəssəlam!
Polyak Pilsudskinin bu mirası sonradan-bizim yaşadığımız günl
ərdə!- başqa bir polşalının-Zbiqnev Bjezinskinin əlinə keçincə, «Prometey» məşəli daha da alovlanır, onun bütün siyasi qayələri yeni QUAM təşkilatının bünövrəsinə atılır. Bəli, neyçün gözlərini bərəldirsiz?-bu barədə bütün dünya siyasətçiləri danışır, bizsə özümüzü gic yerinə qoyaraq fil qulağında yatmışıq sanki. «Prometey liqası»nın birinci işi millətçilik pərdəsi arxasında, Xalq cəbhələri şəklində SSRİ-ni dağıtmaq idisə, gəlin razılaşaq- əhsən, yarandığı 1924-cü ildən ta 1991-ci ilə qədər o bu vəzifəsini canbaşla yerinə yetirdi. QUAM əfsanəsi altında indi onun bir başqa məqsədi var-MDB-ni dağıdıb Rusiyanı sarsıtmaq. Hə, iz azdırmaq xatirinə onun adını dəyişmək lazım idi, neyçün təəccüblənirsiz, bunu da etdilər, bizi də saldılar Pilsudskiylə Məmmədəminin bu qədim oyununa. Xeyri var deyirsiz QUAM-ın bizə? Əsla! Yox! «Neyçün?» soruşsaz deyərəm-çünki, indi Qafqazda baş verən gürcü-rus müharibəsi əslində QUAM-Kreml savaşıdır, biləsiz. Acı nəticə göz önündədir-Qarabağ məsələsi atılıb bir kənara, biz neyçünsə təzə Kreml-QUAM savaşına cəlb olunmuşuq. 
Yadda saxlayın- siyas
ət elmində, Bjezinski kimi konservatorlar təzə nəsə yaratmaqdansa, köhnə layihələri diriltməyə meyllidirlər. Belə halda onlar Pilsudski kimi bir tarixi simanın davamçısına çevrilərək siyasətdə daha böyük hörmət sahibinə çevrilirlər. Təzə layihələri, təzə adları isə onlar həmişə bizim kimi giclərə sırıyırlar, mərc gəlirəm ki, QUAM oyunun həqiqi sahibləri bu dörd hərifli əcaib kəlməni məxfi söhbətlərində əsla dillərinin ucuna belə gətirməyərək daha çox «Prometey» kodundan istifadə edirlər. «Prometey məşəli» deyəndə isə antik mifologiyasından gəlmə əfsanəni deyil, Bakı, Orta Asiya neft-qaz yataqlarını nəzərdə tuturlar.
                                                   ***
Bel
əliklə, araşdırmalarımıza nöqtə qoyaraq GUAM-ın əsl tam məxfi ismini həmvətənlərimizin diqqətinə çatdırırıq- o, bir cəsusdur, məxfi kod ismi isə sadədir-«Prometey»! Gizli adı aşkarlanmış xəfiyyələr belə vəziyyətə düşərsə bircə çarələri qalır, biləsiz-yaxalarına tikilmiş zəhəri dişləri arasında sıxaraq özünü zəhərləmək… Nağıllarımız deyir ki, gizli adı faş olan tilsimlər, həmin andaca öz əvvəlki qüdrətini itirərək cəhənnəmə vasil olur.
Axı neyçün siz bizim evimiz
ə başqa ad altında qonaq gəlmişdiniz, cənablar?

                                                   “Gecə kanalı”

Комментариев нет:

Отправить комментарий