21.05.2011

İlahiyyatçı Hacı Tale Bağırov Polisə gətirildi

Həbs edilən Hacı Tale Bağırovla bağlı yeni xəbərlər əldə etmişik.

İslam-Azeri.az İnternet qəzetinin əldə etdiyi məlumatlara görə, Hacı Tale Bağırov dünən Kürdəxanı təcridxanasına aparılmayıb. Gecə saatlarında ilahiyyatçı Bakı Müvəqqəti Saxlanma Təcridxanasına gətirilib.

Bu gün isə, Hacı Tale Bağırov Nərimanov rayon Polis İdarəsinə, daha sonra isə BŞBPİ-nə aparılıb.

Medianın nəzərinə: Hacı Talenin yaxınları bəzən mediada onların adından məlumatların getməsindən narahatçılığını bildirərək gələcəkdə təkzib vermək məcburiyyətində qalacaqlarını önə çəkiblər.

Комментариев нет:

Отправить комментарий