21.05.2011

RUSİYADAN ABŞ-a NÖVBƏTİ MESAJ

Rusiya höküməti ABŞ-ın Ruminiyada yerləşdirdiyi raketdən müdafiə sistemini özlərinə qarşı yönəlmiş ciddi təhdid kimi qəbul ediblər



FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Rusiyanın baş qərargah rəisi Andrey Tretyak məlumat verib. Andrey Tretyak ABŞ-ın yerləşdiyi raketdən müdafiə sistemini Rusiyanın nüvə obyektlərinə ciddi təhdid olacağını bildirib. 

Rusiyanın baş qərargah rəisi Andrey Tretyak, raketdən müdafiə sisteminin inşasının üçüncü və dördüncü mərhələlərinin tamamlanmasından sonra bütün vəziyyətin dəyişəcəyini qeyd edib.

Tretyak, "40-a yaxınhərbi gəmidə 400-ə yaxın raket yerləşdiriləcək. Bundan əlavə Polşada da başqa bir mərkəz qurublar. Belə bir hal bizim nüvə obyektlərimiz üçün ciddi təhlükədir.” - deyə bildirib.

Rusiya prezidenti Dmitri Medvedev ötən gün etdiyi çıxışı zamanı bildirib ki, “ABŞ höküməti ilə raketdən müdafiə sisteminin qurulmasında razılıq əldə edə bilməsək, nüvə istehsalatında fəaliyyətimizi daha da gücləndirəcəyik.”
  
Strateji silahların endirim razılaşması haqqında imzalanan müqavilənin (START) çox əhəmiyyətli bir addım olduğunu qeyd edən Medvedev, "əgər raketdən müdafiə sistemi qurulmaqla strateji tarazlıq pozulsa, əldə etdiyimiz razılaşmada ləğv olunacaq. Biz belə bir əməkdaşlığa hazırıq. Lakin raketdən müdafiə sisteminin qurulmasının Rusiyaya qarşı yönəlməməsinə zəmanət verilməsi lazımdır. Belə bir razılıq əldə olunmasa yenidən soyuq müharibə günlərinə qayıtmaq təhlükəsi var” - deyə əlavə edib.

Xatırladaq ki, 2010-cu ilin noyabr ayında Lissabonda Rusiya ilə NATO arasında raketdən müdafiə sistemi ilə əlaqədar razılaşma imzalanmışdı. Razılaşmaya uyğun olaraq Rusiya qurulan raketdən müdafiə sisteminə ortaq olacaqdır. Lakin NATO qurulacaq sistemin yalnız ikisində ortaq olmağa razılıq vermişdir.

Rusiya höküməti bu razılaşmanın əldə olunmaması müqavilində İran və Şimali Koreya ilə qarşılıqlı razılaşma əldə edərək, qurulacaq raketdən müdafiə sisteminə alternativ olan sistem quracağını bildirib.

Комментариев нет:

Отправить комментарий