21.05.2011

İsrail rejiminin Bakıda orqan mafiası var?

İslam-Azeri.az İnternet qəzetinin Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, Ukraynanın Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Azərbaycan ərazisində İsrail rejiminin belə bir çirkin mafiası haqqında açıqlama verib.

Ukraynanın Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi General mayor Vasiliy Farinnik açıqlamasında bildirir ki, İsrail vətəndaşlarından ibarət orqan mafiasının üzvləri Ukraynada vətəndaşları aldadaraq Azərbaycana, xüsusilə Bakı şəhərinə gətirirlərmiş.

“Bakıda isə onların daxili orqanları çıxarılmış, hətta tibbi müayinə olunmadan Ukraynaya göndəriliblər” deyən Ukraynanın Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi 25 nəfərin bu cinayət dəstənin əməlindən şikayətçi olduğunu deyib.

“Ukraynada bu dəstə fəaliyyət göstərib. Bu cür donorlar axtarılıb. 100 min dollarlıq İsrailli müştəri tapdıqdan sonra Ukrayna vətəndaşlarının axtarışı həyata keçirilib. Bu cinayətkar dəstə ilə əməkdaşlıq edən ukraynalı həkimlər donorlarla birlikdə Bakıya gətiriliblər. Onları Bakıda israilli müştərilər gözləyiblər. Burada ukraynalı donorlara isə cəmi 10 min dollar ödənib”deyən Farinnik bəzi izlərin İsrail rejiminin orqan mafiyasına apardığını bildirib. 

Ukraynalı uzun müddət Azərbaycanın DİN-dən bu haqda cavab almadıqlarını da açıqlaması zamanı önə çəkib.

Комментариев нет:

Отправить комментарий