23.05.2011

"Mənim qətlimdən sonra Nərmin"


Murad Köhnəqala


Murad Köhnəqala- "Mənim qətlimdən sonra Nərmin"


...Ama öldürdüyü adamın 
Bir damcı qanı düşmüşdü
Sinəsindəki xalın üstünə
Qanını batırmaq üçün
Su şırnağının altına girdi
Saçlarından axan su 
Xalın üstündəki qana toxundu 
Bir damcı qan 
Çəhrayiyə çevirdi axan suları
Sinəsindən axan çəhrayi sular 
Bədəninə, baldırına, topuğuna axırdı
Totuq ayaqları altından 
Burula-burula axıb gedirdi

Saçlarından süzülən şampun köpükləri 
Sinəsindəki xala dəyib 
Şaftalı çiçəkləri kimi 
Bədənində oynaşa-oynaşa
Aşağı tökülürdü
Şampun ağarana qədər 
Xalınındakı qan ləkəsini sürtdü
Lakin ovcunun içindən 
Xına rəngi getmədi...

Dəsmalla saçını qurulayanda
Yaddaşından silirdi hadisəni
Lakin divara söykənmiş gitarasının
Çanağındakı çatlar gözünə dəydi... 


Küçəyə çıxanda polis saxladı
“Yox, bu deyil, 
Qatilin xalında qan ləkəsi var!” 

Комментариев нет:

Отправить комментарий