21.05.2011

MÜTƏŞƏKKİL DƏSTƏ SAXLANILDI

Bakının Suraxanı rayonunda uzun müddət oğurluqla məşğul olmaqda təqsirləndirilən mütəşəkkil dəstə üzvləri həbs olunub


Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, naməlum şəxslər rayon sakini Azər Qədimbəyliyə məxsus “VAZ 21063” markalı avtomaşını qaçırıblar. Polis əməkdaşlarının səyi nəticəsində hadisəni törədən Bakı sakinləri Nikolay Stepanov və Sergey Taranov avtomaşınla birlikdə saxlanılıblar.
Araşdırma nəticəsində məlum olub ki, onlar Bakı sakinləri Vaqif Məmmədov və Sahib Məmmədovla birlikdə mart, aprel və may aylarında Hövsan qəsəbəsində yerləşən Rihad Mirzəyevə məxsus “Tir” köşkündən, Rahibəli Rəhimova və Vitali Musayevə məxsus mağazalardan tir tapançası, tir tüfəngi, qızıl-zinət əşyaları, pul və ərzaq məhsulları, Səidə Orucovaya məxsus aptekdən 302 manat oğurlayıblar. Eyni zamanda 91, 103 saylı poçtlardan və 103 saylı MKTİS-də yerləşən seyflərdən külli miqdarda pul və digər əşyalara qarət ediblər. Daha sonra Hövsan qəsəbəsində yerləşən Elşad Rəhimova məxsus “VAZ 2106” markalı avtomobilin dövlət nömrə nişanını oğurlayıb, qəsəbə sakini Cəlal Əliyevə məxsus “VAZ 2106” və Arif Arif Baləhmədova məxsus “VAZ 21099” markalı avtomobilləri qaçırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Комментариев нет:

Отправить комментарий