21.05.2011

6 İYUN AKSİYASINA PARTİYALAR DA QOŞULA BİLƏR

Gənclərin təşkilatçılığı ilə keçiriləcək mitinqə maraq artır



Məlum olduğu kimi, bir qrup gənc həbs olunmuş müxalifətçilərin azadlığa buraxılması tələbi ilə iyunun 6-da Bakıda etiraz aksiyası keçirmək qərarına gəlib. Bununla bağlı artıq hazırlıq işlərinə start verilib.
Aldığımız son məlumata görə, aksiya iyunun 6-da günorta saatlarında 28 May metrostansiyasının yaxınlığında yerləşən Cəfər Cabbarlı heykəlinin qarşısında keçiriləcək. Bununla bağlı yaradılmış Təşkilat Komitəsi isə təbliğat işlərini gücləndirmək qərarına gəlib.
FaktXeber.com-a daxil olan məlumatda vurğulanır ki, bu aksiyada təkcə müstəqil gənclər iştirak etməyəcəklər. Həmçinin ayrı-ayrı partiyaların Gənclər Təşkilatları da indidən öz təkliflərini təşkilatçılara göndəriblər. Bu barədə deyilir ki, partiya gəncləri iyunun 6-da keçiriləcək aksiyada iştirak etmək istədiklərini bildiriblər və bu məsələdə aktiv olmağa hazır olduqlarını bəyan ediblər.
Bundan başqa, müstəqil şəkildə fəaliyyət göstərən gənclər təşkilatları da 6 iyun aksiyasına qatılmaq istəyirlər. Onlar da yaxın günlərdən etibarən qərarlarını verərək, mitinqə dəstək verəcəklərini açıqlayacaqlar.

Комментариев нет:

Отправить комментарий