20.05.2011

NEFTÇALANIN 30 SAKİNİ ABŞ-DAN SIĞINACAQ İSTƏDİ

                           Onlar bu ölkədəki hüquqi ədalətsizliyə etiraz edirlər



FaktXeber.com-un musavat.com-a istinadən verdiyi məlumata görə, bu gün saat 11.45-də bir qrup Neftçala sakini Amerika Birləşmiş Şatatlarının ölkəmizdəki səfirliyinin qarşısına toplaşaraq aksiya keçirməyə cəhd ediblər.
Təxminən 30 nəfərdən ibarət olan və çoxunun qadın olduğu etirazçı qrup Azərbaycan vətəndaşlığından imtina etmək, ABŞ səfirliyinə sığınmaq istədiklərini bildiriblər.
Hadisə yerinə Nəsimi Polis İdarəsinin əməkdaşları gəlib. Rəis müavini Süleyman Nemətovun başçılıq etdiyi polislər Neftçala sakinlərinə güc tətbiq ediblər və 25 nəfəri saxlayaraq polis bölməsinə aparıblar.
Əməkdaşımız öyrənib ki, Neftçala sakinlərinin bu aksiyasının səbəbi bir qətl hadisəsi ilə əlaqədardır. Şikayətçilərdən biri bildirib ki, 10 ay öncə Neftçalada baş vermiş bir qətl hadisəsini zorla bu işdə heç bir günahı olmayan ailənin üzərinə qoyurlar və bu ailədən 4 nəfəri artıq 10 aydır əsassız yerə həbsdə saxlayırlar. Bu cür ədalətsizliyə dözməyən ailə üzvləri və onların yaxın qohumları öz etirazların bu sayaq bildirməyə qərar veriblər.

Комментариев нет:

Отправить комментарий