Ölkəmizdə gözəl qoxulu qızılgül, kala, nərgiz becərilir; Bakının simvollarından olan qərənfilin yas çiçəyinə çevrilməsi isə gülçüləri narahat edir
Elmin BƏDƏLOV, Məhəbbət ORUCOV musavat.com
Hər il dünyanın əksər ölkələrində təmtəraqlı “Gül bayramı” keçirilir. O cümlədən Zanbaqlar ölkəsi olan Hollandiya, Yaponiya, İngiltərə, İspaniya, İsraildə və qardaş Türkiyədə “Gül bayramı” olur. Azərbaycanda bu bayram hər il mayın 10-na təsadüf edir. Təəssüf ki, bu bayramda nümayiş etdirilən güllər ayrı-ayrı ölkələrdən baha qiymətə gətirilir. Təkcə bu il Gül Bayramında 1 milyona yaxın gülün nümayiş etdiriləcəyi, onların alınmasına 10 milyon manatdan yuxarı vəsaitin xərcləndiyi söylənir. Təəssüf ki, bu bayramda da öz güllərimizə yer verilməyəcək.
Vaxtilə Azərbaycanda onlarla gülçülük təsərrüfatı olub. Abşeronda Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlan gülçülük sovxozları fəaliyyət göstərib. Bu kəndlərin sakinləri nəinki Bakını, ümumən bütün MDB məkanını güllə təmin edib. Ancaq gəlirli sahə olan gülçülük son 10 ildə unudulub. İndi güllər yalnız ayrı-ayrı şəxslərə məxsus istixanalarda yetişdirilir. Bunu dünən Zabrat və Bilgəhdə özümüz də müşahidə etdik.
Zabratlı gülçü Zakir Həsənov uzun müddətdir bu işlə məşğul olur: “Öz gül mağazam var. Əkdiyimiz qərənfil vaxtilə Moskvanı və MDB ölkələrini bəzəyirdi. Adam vardı ki, bir mövsümdə 50-60 min gül satırdı. Minlərlə paket gülü vaqonlara yığıb Moskvaya daşıyırdıq. Amma SSRİ dağılandan sonra Moskvaya gediş-gəliş dayandı. İndi bu təsərrüfatla çox az adam məşğuldur”.
Z.Həsənovun sözlərinə görə, xaricdən baha qiymətə alınan güllər yerli gülləri sıxışdırıb: “Bizim güllər keyfiyyətinə, qoxusuna görə İsrail, İspaniya və Türkiyə güllərindən çox yaxşıdır. Bizim qızılgül tez solsa da xaricdən alınan qızılgüldən qoxusuna görə fərqlənir. Oradan gətirilən güllərin qoxusu olmur. Sadəcə olaraq, onlar gec solur, hətta bir ay təravətli qala bilir. Vaxtilə Azərbaycanda zanbaq yetişdirilərdi. Amma indi onu Hollandiyadan alıb gətirirlər. Adını da ”liliya" qoyublar. Birini 5-6 manata satırlar. Bakı kəndlərindəki istixanalarda qızılgül, xrizantem, kala yetişdirilir. Maraqlıdır ki, bu tipli gülləri Bakı Şəhər İcra Hakimiyyəti baha qiymətə xaricdən alır. Yaxşı olardı ki, bu gülləri bizdən alaydılar. Onda bizim də işimiz olardı. Bunun yerli biznesə də xeyri dəyərdi. Bizdə yetişdirilən nərgizgülü heç yerdə bitmir. Hətta türklər öz ölkələrində yetişdirməyə cəhd edib, ancaq bitməyib. Nərgizgülünün vətəni Azərbaycandır, bizim torpaqdan başqa heç yerdə bitmir. Hətta rəvayətə görə, bir vaxtlar bu gülü peyğəmbərə hədiyyə ediblər. Nərgizgülü yalnız martda açır".
Peşəkar gülçünün sözlərinə görə, gülçülüyə dəyən ən böyük zərbə onda oldu ki, Abşeronda bitən gülü - qərənfili 20 Yanvardan sonra yas gülünə çevirdilər. İndi qərənfili yalnız qəbir üstünə qoymaq üçün alırlar. Bu da ona tələbatı azaldıb. Ona görə də qərənfil əkib-becərməyə maraq azalıb: “Vaxt vardı ki, bu gülü sevgililər bir-birinə hədiyyə edərdi. İndi az da olsa Rusiyaya qərənfil göndərə bilirik. Xarici iş adamları meşə və çöllərdə bitən gülləri yığıb bizim ölkəyə yollayır. Adı ”ineda"dır. Halbuki Qarabağ və digər rayonlarda elə güllər bitir ki, onların tayı-bərabəri yoxdur. Dağlaləsi ancaq Azərbaycanda bitir. Təəssüf ki, bizdə bu sahəyə diqqət azdır".
Gülçülər məhsullarınını ərsəyə gətirənə qədər bir çox problemlərlə üzləşdiklərini də bildirdilər: “Bu işlə məşğul olmaq üçün müəyyən qədər vəsait, istixanalarda gül becərmək üçün su və istilik olmalıdır. Bu olmayanda güllər məhv ola bilər. Bakı kəndlərində qaz problemi var. Bu da insanların bu peşədən könüllü olaraq uzaqlaşmasına səbəb olub”.
Bilgəh gülçülərinin sözlərinə görə, gülçülük sovxozu dağıldığından bu sahəyə diqqət azalıb. Gülçülüklə məşğul olan çox az adam tapmaq olar. Onlar da hökumətin xaricdən milyonlara gül almasını pislədi. Bildirdilər ki, o pulları ölkəmizdəki gülçülərə versələr, ölkəni gülə bürümək, hətta MDB-ni də güllə tam təmin etmək olar.
Bilgəhin işsiz sakini Natiq Məmmədov deyir ki, Gül bayramında nümayiş etdiriləcək çiçəklər əsasən Hollandiya və Ekvadordan gətirilir: “Türkiyə, İran, Macarıstandan gətirilən güllər də var. Əsasən zanbaq, səhləb çiçəyi, tülpan, çobanyastığı, qızılgül çox olur. Onları Azərbaycanda da yetişdirmək mümkündür. Amma elə vəziyyət yaranıb ki, Bakı kəndlərində yalnız qərənfil yetişdirilir, onu da qəbir üstünə gedənlər alır. Yaxşı olar ki, hökumət Bakıda gülçülüyün inkişafına diqqət ayırsın və milyonları yerli gülçülərə xərcləsin”.
Mütəxəssislər isə Azərbaycanda gülçülüyün çökməsinin bir neçə səbəbinin olduğunu deyir: “Kommunal xərclərin, xüsusilə su və qazın qiymətinin qalxması praktiki olaraq gül sənayesinin çökməsinə səbəb olub. Bu da Avropadan, əsasən Hollandiyadan gətirilən güllərin bazarda olmasına münbit şərait yaradıb. Bu həm ucuz, həm də sərfəli olur. Azərbaycan gülünün həmişə həm daxili, həm də xarici bazarı olub. Lakin problem yalnız yerli gülün qiymətinin yüksək olmasıdır. Bu üzdən onlar Avropadan gətirilən güllərlə rəqabət apara bilmir”.
Ekspertlərin fikrincə, gülçülüyün inkişaf etdirilməsi üçün dövlətin maliyyə resurslarının artırılması lazımdır. Sahibkarlara müəyyən güzəştlər verilməlidir.

Комментариев нет:
Отправить комментарий