Mehriban Vəzir: “Bu, cəmiyyətin aktivləşməsindən narahatlıq keçirən hakim partiyanın təhrik kampaniyasıdır”
S.HİLALQIZI musavat.com
Gənc müğənnilər Natəvan Həbibi, Elton Hüseynəliyev, Coşqun Yusifov, Nazim Məmmədov, Elçin Cəfərov, Aşıq Samirə Əliyeva və aktyor Tərlan Fərzəliyev Yeni Azərbaycan Partiyasına (YAP) üzv oldular. Onlara partiya vəsiqəsini YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Məlahət İbrahimqızı təqdim edib.
Qeyd edək ki, bu ilin əvvəlində “Eurovision” müsabiqəsinin azərbaycanlı təmsilçiləri Səfurə Əlizadə və Aysel Teymurzadə də ardıcıl olaraq YAP-a üzv oldular. Prodüsser Tolik, müğənni Xatirə də YAP-çı olmaqları ilə fəxr duyduqlarını dəfələrlə bildiriblər. Xalq artisti İlhamə Quliyeva isə YAP təmsilçisi kimi ictimaiyyətə bəzən “ibrətamiz tövsiyələrini” əsirgəmir.
Müğənni Akif İslamzadə, Flora Kərimova kimi sənət adamlarımız hakim partiyanın siyasətinə müxalif olduqları üçün indiyədək az çətinliklərlə üzləşməyiblər. Opera müğənnisi, vaxtilə Azərbaycan Demokrat Partiyasının üzvü olmuş Azər Zeynalova da bir vaxtlar “qapılar bağlanmışdı”. Atası, şair-publisist Zeynal Vəfanın mətbuatda dərc olunan üzrxahlıq məktubundan sonra Azər Zeynalov “əfv olundu”.
Müğənnilərin hakim partiyaya üz tutmasını təhrik hesab edən yazıçı-publisist Mehriban Vəzir hazırda cəmiyyətdə baş verən siyasi aktivləşməyə görə bunu YAP-ın əndişəsi adlandırdı: “Son iki ayda ictimaiyyətin, gənclərin aktivləşməsi, aksiyaların keçirilməsi YAP-ı həyəcanlandırdığı üçün kütlə içərisində nüfuzu olanların, xüsusən gənclərin hakim partiyaya üzv olmasına təhrik kampaniyası başlanıb. Digər tərəfdən, bu, YAP-ın özünə təsəllisi və cəmiyyəti aldatmaq üçün cəfəng bir addımıdır”.
“Keçmə namərd körpüsündən, qoy aparsın sel səni” atalar məsəlini xatırladan publisistin fikrincə, Azərbaycan insan hüquqlarına hörmət edilməyən bir ölkə olduğundan burda hər kəs üçün bir yaşam şərti var: biyət etmək, baş əymək, müstəqil olmamaq: “Müstəqil olanların, baş əyməyənlərin yaşayışına problemlər yaradılırsa, bir az səsi olan müğənni də öz yaşayış təminatına xatir ”biyət körpüsü"ndən keçməyə məhkumdur. İnsanlara təqdim olunan bu yaşam tərzinə boyun əyən müğənnilərə adamın yazığı da gəlir. YAP, yaxud siyasət müğənninin nəyinə lazımdır? Müğənniyə ifa üçün meydan lazımdır, bu meydana yol da YAP-dan keçirsə, əlbəttə ki, gücü olmayan müğənni “şərəf ömürdən qiymətli olmalıdır” prinsipinə əməl edə bilməyəcək".
Səsi intellektin bir növü hesab edən M.Vəzirin bildirdiyinə görə, müğənninin intellektual gücü, istedadı olmayanda öz müstəqilliyini itirir: “Ölkənin mövcud siyasətinə etiraz edən, onlara göstərilən şərtlərə tabe olmayan sənət adamları var. Amma bu şərtləri qəbul edən müğənnilərin intellektual gücü yoxdur. Əksəriyyətinin orta məktəb səviyyəsində savadı belə yoxdur. Demokratik ölkələrdə sənət adamları siyasətə qoşulmur. O halda siyasətə qoşulurlar ki, orada demokratik, mənəvi dəyərlər pozulur və onlar hakimiyyətə etiraz edirlər ki, cəmiyyətin əxlaqı mənfi istiqamətə yön almasın”.
M.Vəzir sonda sənət adamlarının YAP-a üz tutmasını ucuz, cəfəng və müvəqqəti xarakterli addım hesab etdiyini dedi.

Комментариев нет:
Отправить комментарий