21.05.2011

Qızlarımız yaxşı nəticə göstəriblər

Anna Qurbanova və Aliyə Qarayeva İtaliya çempionatında çıxış edirlər
İtaliyanın Desio şəhərində bədii gimnastika üzrə klublararası ölkə çempionatının A1 və A2 seriyalarının II mərhələsi keçirilib.
İlk mərhələdə olduğu kimi, İtaliyada yenə də Azərbaycanın aparıcı gimnastları Anna Qurbanova və Aliyə Qarayeva mübarizə aparıb.
Anna Qurbanova əsas turnirdə “Komense” klubunun şərəfini qoruyub. Aliyə Qarayevanın “Ardor” komandası isə A2 divizionunda qüvvəsini sınayır. II mərhələdə xanımlarımız top və lentlə bacarıqlarını nümayiş etdirib. Anna Qurbanova lentlə çıxışlarda hakimlərdən 24.950, topla hərəkətlərdə isə 26.550 xal qazanıb.
Topla mübarizə aparan gimnastlar arasında A.Qurbanova birinci olub. İki mərhələnin yekunlarına əsasən ümumi hesabda “Komense” klubu 8-ci pillədə qərarlaşıb.
Aliyə Qarayevaya gəlincə, o topla çıxış edərək 25.350, lentlə hərəkətlərdə isə 24.125 xal əldə edib. Həmyerlimiz A2 seriyasında topla qüvvəsini sınayan idmançılar arasında II yeri tutub. Öz klubunda isə Qarayeva ən yaxşı nəticəni göstərib. Onun komandası Turnir cədvəlində IV, V yerləri bölüşür.
İtaliya çempionatının 3-cü mərhələsi noyabrın 21-də Folinyo şəhərində baş tutacaq.

Aliyə Qarayeva bədii gimnastika üzrə Azərbaycan çempionu titulunu qoruyub (FOTO)
Aliyə Qarayeva Fransa “Qran-pri”sində mükafat qazandı
image




Комментариев нет:

Отправить комментарий