Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı seksiyasının qurultayqabağı məruzəsi
İndi əlimdə 15 vərəq var, son beş ilin günləri vərəqləri qaralayıb ki, üzümüzü ağarda bilsin. Birinci vərəqdi bu, birinci səhifə.
Oxuyuram…
1993-cü il…. Bakı məktəblərinin biri… Mənə dərs demək üçün “8.”a” sinfini verirlər. Qacqın uşaqlarıdı… Jurnanlın sonuncu səhifəsindəki şagirdlər haqqında məlumatı oxumaq mənə maraqlıdı. Oxuyuram. Əksəriyyətinin atası şəhid… Bəzilərinki işsiz…. Bu, bütöv Azərbaycan cəmiyyətinin şəkli, müharibənin canlı şeiridir. Bu, öz yerində… Müəllimlərdən biri mənə deyir, direktoru vaxtında görsəydin sənə müstəntiqlərin uşaqları oxuduğu sinfi verərdi. Bu söz 8.”a” sinif jurnalının arxasındakı yazıdan daha ağırdı. Kövrəldim. “8.”a” sinif jurnalının arxasında yazı” şeirimi yazdim. Bu şeir o vaxt ki, Azərbaycan cəmiyyətinin sifətini çox dəqiq göstərir.
Başqa bir fakt. 80-cı illərin ortalarında dərs dediyim 6-cı sinifə “Haradan başlanır, vətən” mövzusunda inşa yazdırıram. İnşadan “5” alan şagirdim Qarabağ döyüşlərinə fərari olur, “2” qiymət verdiyim şagird isə qəhrəmanlıq göstərib “Qırmızı Bayraq Ordeni” ilə təltif edilir. Səbəbi…? Bilmirəm. Bunları ona görə deyirəm ki, bu iki faktın bizim uşaq şeirimizə çox böyük dəxli var.
Bu günlər Ermənilər Snayperle 9 yaşlı Fariz Bədəlovu öz evlərinin qabağında alnından vurdular. Bir uşaq şeirimiz də belə öldü. Bir uşaq şeirimiz azaldı. Demək, nə qədər uşaq var, bir o qədər uşaq şeiri…
Şair dostlarımdan biri danışır. Qış vaxtı evə gələndə gördüm ki, balaca qızım evin qapı pəncərələrini tam açıb, bütün qızdırıcıları işə salıb. Sorusdum, nə edirsən? Dedi ki çölü qızdırıram, çöl qızsın, gedib çöldə oynayim. Bu, canlı bir uşaq şeiridi. Nəfəs alır. Şeir dirilir.
Şair dostlarımdan biri danışır. Qış vaxtı evə gələndə gördüm ki, balaca qızım evin qapı pəncərələrini tam açıb, bütün qızdırıcıları işə salıb. Sorusdum, nə edirsən? Dedi ki çölü qızdırıram, çöl qızsın, gedib çöldə oynayim. Bu, canlı bir uşaq şeiridi. Nəfəs alır. Şeir dirilir.
Bəzən uşaq şeirlərimizdə belə dəqiq həyat faktları çatmır.
Yaxşısı budur, vərəqi çevirim… ikinci vərəq. Bu vərəqin əvvəlində üç nekroloq var, Məstan Günər, Xanımana,Əlibəyli, Əli Səmədli.
Yadıma Məstan Günərin aşağıdakı misraları düşür:
Otların üstündə ay çıxıb dizə
Demək, otların qucağında ayın işığı o qədərdi ki, ay dizə qədər qalxıb. Halbuki ay göydədir. Amma bu şeirdə ay otlardan uşaqlara baxır. Elə bil şəkil çəkilib.
Məstan Günər uşaq şeirlərinə görə ilk dövlət mükafatı alan şairdi.
Xanımana Əlibəylinin son illər “Seçilmiş əsərləri”nin iki cildliyi çap olundu.
Professor Rafiq Yusifoğlu yazır, Xanımana Əlibəyli mələklərin qanadında tanrı dərgahına uçdu.
Əli Səmədli həmişə məni görəndə deyirdi, uşaq kitabxanasında mənimlə görüş var, gəl. Əli Səmədli və uşaq kitabxanaları… Bakıda 18 uşaq kitabxanası var. Birinin qapınısımda Əlinin şəklini asa bildikmi?
Bəli, bu beş ildə üç uşaq yazıcını əbədiyyətə yola saldıq. Uşaqların xəbəri oldumu, bilmədim.
Vərəqin sonuna irəliləsəm də xəyalım XX əsrin əvvəlinə qayıdır. “Dəbistan”, “Məktəb” “Zənbur”, “Rəhbər”jurnalları gözüm önündə vərəqlənir. Vərəqlər sarı, şeirlər diri. M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, R.B.Əfəndiyev, M. Cəlil, Ü. Hacıbəyov, F.B. Köçərli fikrim önündən keçirlər “Yaz günləri”, “Uşaq və buz”, “Dovşan”, “Keçi” “Can gülüm can, can”, Durna”, Tülkü və qarğa” şeirlərini dodağimin altda pıçıldayıram. Şeirlərin dili sadə və aydın. Obrazın xarekteri dərin və mənalı. “Yaz günləri” şeiri təkçə təbiət hadisəsi deyil, həm də içtimai bir hadisədir. “Şair gəl, gəl a yaz günləri” deyəndə həm də türk ellərini çağırır.
Bu vərəqi də qoyuram kənara. Yaşayıb qurtardığım dəqiqələrin ardınca vərəqı qapı kimi örtürəm.
Üçüncü vərəq…
Sovet ədəbiyyatı adlandırdıqları vərəq. Amma böyük ədəbiyyatın vərəqi. Açıram.
Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev, Teymur Elçin Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mirmehdi Seyidzadə, Əməd Cəmil, Mikayıl Rzaquluzadə, Ənvər Məmmədxanlı, Əzizə Cəfərzadə, Mir Cəlal, Xanımana Əlibəyli, Əli Kərim, Əzizə Əhmədova, Bəxtiyar Vahabzadə, Əli Səmədli, Məstan Günər, Bayram Həsənov və b. görkəmli sənətkarlarımız elə bir uşaq ədəbi irsi qoyub getmişlər ki, onların əsərlərinə könül söykəməklə uşaq ədəbiyyatımızın taleyini müəyyənləşdirmək olar.
Elə bu adların ardınca bir söz yazmaq istəyirəm. Bizdən ayrı düşənlərə hörmət və ehtiramım böyükdü.Mən keçmişi çox sevirəm. Yaratdıqlarımızın hamısı keçmişdədi. Bax elə bir dəqiqə öncə dediyim söz də keçmiş oldu artıq. Hələ gələcəkdə nə var bilmirəm. Məşhur bir söz də deyildiyi kimi “Keçmişə tapança ilə atəş açsan, gələcək səni topa tutacaq”.
Elə bu adların ardınca bir söz yazmaq istəyirəm. Bizdən ayrı düşənlərə hörmət və ehtiramım böyükdü.Mən keçmişi çox sevirəm. Yaratdıqlarımızın hamısı keçmişdədi. Bax elə bir dəqiqə öncə dediyim söz də keçmiş oldu artıq. Hələ gələcəkdə nə var bilmirəm. Məşhur bir söz də deyildiyi kimi “Keçmişə tapança ilə atəş açsan, gələcək səni topa tutacaq”.
50- 60-cı illərdə Anar, Fikrət Qoca, Elçin, Fikrət Sadıq, İlyas Tapdıq, Nəriman Həsənzadə, Əkrəm Əylisli , Zahid Xəlil, Məmməd İsmayıl, Ayaz Vəfalı, Qərib Mehdi, Bahadur Fərman, Fəridə Əlyarbəyli, Məmməd Alim, Ələkbər Salahzadə, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə, Aləmzər Əlizadə, Şövkət Zərin Horovlu və başqa sənətkarlarımız dəyərli uşaq əsərləri yaratmış və bu gün də bəziləri ardıcılıq olaraq uşaq ədəbiyyatı ilə məşğuldurlar.
Uşaq ədəbiyyatının sonrakı nəslinə mənsub olan İsmayıl İmanzadə, Əjdər Ol, Ədalət Əsgəroğlu, Adil Cəmil, Murad Köhnəqala, Məlahət Yusifqızı, Gülarə Munis, Güləmail Murad, Fəxrəddin Meydanlı, Gülzar İbrahimova, Sərvaz Hüseynoğlu, Sevinc Nuruqızı, Aygün Bünyadzadə və onlardan sonra gələn nəsil Səlim Babullaoğlu, Hicran Hüseynova, Balayar Sadiq Nuranə Nur, Əfsanə Laçın, Əkbər Qoşalı, Sevinc Arzulu, Şəfəq Sahibli, Mənsurə Qaçayqızı, Səxavət Talıblı, Vəfa Qafarova, Dayandur Sevgin, Sevinc Pərvanə, Narıngül, Faiq Balabəyli, Şəmsi Vəfadar və İradə Aytel son beş ildə çap olunan kitabları və şeirləri ilə ədəbi ictimaiyyətin nəzər-diqqətini cəlb etmişlər.
Müasir uşaq ədəbiyyatını 3 ədəbi növ üzrə, uşaq şeiri, uşaq nəsri, uşaq ədəbi tənqidi ilə qruplaşdırmaq olar ki, mən bunu ayrı-ayrılıqda yox, bir yerdə araşdırmışam və burda da əsas məsələ kəmiyyət deyil, mənim üçün başlıca meyar, bədiilikdir. Bədii həqiqət tarixi həqiqətdən çox yaşayır.
Məruzəmi fikrimdə 14 səhifə həcmində tutmuşdum və birdən –birə hardansa bir vərəq, gərək ki, “525-ci qəzet”dən uça-uça düz gəlib vərələrin ustünə düşdü . Bu o zaman oldu ki, mən xalq yazıçısı Elçinin hər şənbə “525-ci qəzet”də gedən və hələ də davam edən “Silsilə nağıllar”ını bir nəfəsə oxuyurdum və görürdüm ki, Elçinin o nağılları uşaq ədəbiyyatının ən gözəl nümunələridir. Və o da mənə aydun olurdu ki, bu nağıllar həm də böyüklər üçündü. Onu da fikrimdə təsdiqləyirdim ki, uşaq ədəbiyyatı ilə böyük ədəbiyyatı arasında elə böyük bir fərq də yoxdur. Onu da bilirdim ki, nağıllarda iri həriflə yazılan İnsan və təbiət münasibətləri üzdə olsa da alt qatda, cəmiyyətdə, şüurda, milliləşmə və qloblaşmada gedən prosesləri dəqiqliyinə qədər göstərir. Mən indi Elçinin “Nağıllar silsiləs”nin fövqündə dayanaraq son beş ilin uşaq ədəbiyyatının ədəbi mənzərəsinə diqqətlə baxanda bir çox ədəbi hadisələri aydın görürəm. Həmin ədəbi hadisələrindən biri budur ki, ölkə prezidenti tərəfindən 2009-cu il “Uşaq ili” elan olundu və bu qərardan sonra uşaq ədəbiyyatı ilə bağlı məsələlər gündəmə gəldi, dəyirmi masalar, görüşlər konfranslar keçirildi. Xalq yazıçısı Elçinin məsləhəti və mərhum Qoşqar Qarayevin layihəsi əsasında formalaşan, tənqidiçı Nərgiz Cabbarlının rəhbərliyi ilə fəaliyyət gostərən “Beşik” nəşriyyatı balaca oxuculara bir-birindən maraqli uşaq kitabları bağışladı.
2008- çi ilin noyabrında Bakıda Türk Xalqları ədəbiyyatı Beynəlxalq Uşaq ədəbiyyatı konqresi keçrildi. Türk xalqları uşaq ədəbiyyatının birgə müzakirəsi ədəbiyyatımıza böyük töhfələr verdi.
Dövrün içtimai-siyasi və sosial iqlimi uşaq ədəbiyyatına da təsir etdi, zamanın gərdişi balaca oxucuların oxu kitabındada öz atını məharətlə oynatdı.
Ən boyük ədəbi hadisələrdən biri baş vermədi, ona görə baş vermədi ki, uşaq ədəbiyyatı adına son beş ildə heç bir mükafat təsis edilmədi.
Ölkənin başında yeni kitablar, jurnal və qəzetlər çap edildi, maraqlı görüşlər, yubileylər, disbutlar keçirildi.
Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovanın təşəbbüsü ilə “Mərkəz” qəzetində uşaq ədəbiyyatına hər həftə bir səhifə yer ayrıldi və bu səhifə balaca oxucular tərəfindən maraqla qarşılandı.
Və onu da qeyd edirəm ki,“Nağıllar silsiləsi”nin fövqündən baxanda uşaq ədəbiyyatının bir-birindən maraqlı, zəngin və parlaq səhifələrini aydın görürəm.
Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovanın təşəbbüsü ilə “Mərkəz” qəzetində uşaq ədəbiyyatına hər həftə bir səhifə yer ayrıldi və bu səhifə balaca oxucular tərəfindən maraqla qarşılandı.
Və onu da qeyd edirəm ki,“Nağıllar silsiləsi”nin fövqündən baxanda uşaq ədəbiyyatının bir-birindən maraqlı, zəngin və parlaq səhifələrini aydın görürəm.
İlyas Tapdıq səhifəsi
Uşaq şerimizin canlı klassiki, 75 illiyini ötən il təntənə ilə qeyd etdiyimiz İlyas Tabdığın ədəbi zövqü həm keçmişi, həm bu günü həm də gələcəyi ifadə edir. Müasirliyi olmayan insanı mən qoca hesab edirəm. İlyas Tapdıq bütün ədəbi düşüncələri ilə müasirdir.
Son beş ildə şairin “Seçilmiş əsərləri”nin iki cildliyi, “Şeir sevən balalar”, “Köşək”, “Qoçaq dovşan”, “Təqvimə düşən oğlan” kitabları işıq üzü görüb.
“Meşənin mahnısı”, “Şüvalanda” “Qoçaq dovşan” “Balaca ovçular” poemalari uşaq dünyasının daxili cizgilərini orjinal bir şəkildə göz önünə gətirir. Vaxtı ilə unudulmaz şairimiz Hüseyn Arif “Bənövşə” şeirinə İlyas Tapdığın aşağıdakı iki misrasını epiqraf gətirmişdi.
Bənövşə xatirinə
Kol dibinə iz düçdü.
Kol dibinə iz düçdü.
və mən də balaca vaxtimda bütün kol-kosların dibində bənövşə axtarırdım.
Bir-birindən gözəl uşaq obrazları yaradan İlyas Tapdıq son illərdə balaca oxuculara Qarabağımız, bu günümüz haqqında maraqlı şeirlər yazdı. Mən onu yeriyən uşaq ədəbiyyatı və danışan xatirə kitabı adlandırıram və ötən bu payız gördüyüm bir mənzərə hələ də xəyalımdan çəkilmir. Sahil bağında küləkli bir havada sarı yarpaqlarla bir gedirdi İlyas Tapdıq. Yarpaqlar başından aşır, pencəyinin ətəklərini və kalustukunu külək havada yelləyir, o isə heç nəyin fərqinə varmadan əlindəki çəliklə ayağının altında hələ ki, yerin qaçmadığını yoxlayırdı.
Burada bu vərəqi qatlayıram. Oxundu bitdi. Ay kimi batdı, gün kimi çıxdı. Əlimdə başqa bir vərəq səhər kimi doğulur. Əslində diqqətlə baxsan o vərəqin rəngi bu vərəqə qarısib. O vərəq bu vərəqə rəng dili ilə bir söz pıçldayıb. Yəni dünən bu günlə bitişikdi. 8.”a” sinif şagirdlərinin faciəsi bu gün də yaşayır uşaq şerimizdə. Həmişə Xocalı faciəsinin görüntülərinə baxanda özümü öldürməsəm də deyirdim gedib qələmimi sındıracam. Sındırdımmı? Elə bil xocalının dərə-təpələrinə min dənə uşaq şeirimizi səpələmişlər. Sizdən sorusuram şair qardaşlar, hanı o uşaqların şeirləri. Uşaqların əynindəki köynəklər kitabın vərəqləri idi. Sinələrinə qoyulmuş əlləri isə kitablarının çildi, sahiblərindən kənara səpələnmiş potular, çəliklər-nida, ayaqqabılar- nöqtə, vergüllər… Ermənilər avtomat mətbəəsində bu şeirləri cap eləmişdi. Uşaq şeiri yazanda gərək uşağın özü ola. Uşaq yoxdursa necə yazasan. Xocalıda bizim uşaqlarımız yoxdu artıq…
Qoy bu vərəqi Xocalı şeirinin üstnə sərim, üşüməsin.
Ayrı bir vərəq açılır önümdə. Xalq şairi Rəsul Rza yazırdı: Pəncərəmi açdım sabaha gördüm insanlar gəlib gedir aylar, illər üstündən. İndi bu vərəqin işığında baxıram şeirlərə.
Zahid Xəlil səhifəsi
Tanınmış şair Zahid Xəlil 2008-2009-cu illərdə 6 cilddən ibarət seçilmiş əsərlərini oxucuların ixtiyarına verdi. Onun “Küp”, “lampacıq”, “Ata ocağı” dram əsərləri, “Dünyanın ən balaca nağılları” hekayələr, “Orxan və dostları” povesti, “Qızlar şeir oxuyur sevgi yaşında” şeirlər toplusu, 1, 2-ci siniflər üçün Azərbaycan dili, ali məktəblər üçün ədəbiyyat dərslikləri işıq üzü gördü. Şair uşaq ədəbiyyatı ilə bağlı Ankaranın Hacəttəpə və Moskva Şəhər Pedoqoji unversitetində uşaq ədəbiyyatının problemləri ilə bağlı məruzələr etdi. Zahid Xəliln şeir stilinə yaxından bələdəm. Uşaq hara qədər gedə bilər, ora qədər yazır. Zahid Xəlilin poetik imkanları, mütailəsi olduqca genişdi, ancaq o bunu yeri oldu-olmadı xərcləmir. O uşaqların yanınca gedir, uşaqarın əli, düşüncəsi hara qədər çatırsa, ora qədər danışır. Məncə bu yüksək peşekarlıqdır. Vaxtı ilə Azətbaycan televiziyasında “Çıraq” verilişini aparırdı, “Çlraq” uşaq ədəbiyyatını işıqlandırırdı. Indi bir az hava qaralıb. Zahid Xəlil 30 il televiziyada veriliş aparıb. Gənclik illərimdə Zahid Xəlillə məktublaşmışam, uşaq şeirlərimə baxıb mənə dayaq durub. Cıraqın işığından mənə də pay düşüb. Onu da deyim ki, o çıraq indi də yanır, Zahid Xəlil harda varsa, uşaq şeirinin bir çırağı da ordadı. Şairin aşağıdakı şeirinin intonasiyası, ritmi uşaq folklarından qaynaqlanır.
DURNALAR
Təkcə uçardı göydə,
Gəzərdi çöldə durna.
Yekə qara nöqtəyə
Bənzərdi göldə durna.
Bir gün durnalar dedi:
-Niyə nöqtə olaq biz?!
Gəlin uca göylərə
Yolumuzu salaq biz.
Başlarını ox kimi
Tutub havalandılar.
Onlar təyyarələr tək
Göydə qatarlandılar.
O vaxtdan nöqtə deyil,
Düz xətt oldu durnalar.
Yerlə göy arasında
Sərhəd oldu durnalar.
Gəzərdi çöldə durna.
Yekə qara nöqtəyə
Bənzərdi göldə durna.
Bir gün durnalar dedi:
-Niyə nöqtə olaq biz?!
Gəlin uca göylərə
Yolumuzu salaq biz.
Başlarını ox kimi
Tutub havalandılar.
Onlar təyyarələr tək
Göydə qatarlandılar.
O vaxtdan nöqtə deyil,
Düz xətt oldu durnalar.
Yerlə göy arasında
Sərhəd oldu durnalar.
Uşaq şeirinin əsas xüsusiyətləindən biri də odur ki, ondan bir- iki misra deməklə poetik həqiqəti nəzərə çatdırmaq olmur, gərək şeirin özünü bütöv oxuyasan. Ona görə bütöv oxudum bu, şeiri.
“Çıraq”dan söz düşmüşkən vaxtı ilə Azərbaycan Televiziyasının Savalan babası, M. Rzaquluzadəsi vardı, “Kitab evi”, “Ədəbi jurnalıarın səhifələrində”, Bayatı” verilişi vardı. Hamısı baqlandı. Uşaq ədəbiyyatını lap uşaq yerinə qoydular.
“Çıraq”dan söz düşmüşkən vaxtı ilə Azərbaycan Televiziyasının Savalan babası, M. Rzaquluzadəsi vardı, “Kitab evi”, “Ədəbi jurnalıarın səhifələrində”, Bayatı” verilişi vardı. Hamısı baqlandı. Uşaq ədəbiyyatını lap uşaq yerinə qoydular.
Sözə ayaq verirəm…
Bəzən uşaq şeirimizdə uşaqları böyük kimi danışdırmaq, böyüklərin fikirlərini uşaq dilinə pərçim eləmək meyilləri özünü göstərir. Bu sovet dönəmindən qalma mirasdır. Uşaqların dünyagörüşünə, duyğu və düşüncələrinə süni maska taxmaq, onları daim odlu-alovlu, qalib göstərmək özündən adam düzəltmək kimi şeylərdir. Uşaq həmişə beş ala bilmir, iki alan bir uşağın kədəri, qorxaq bir uşağın həyəcanı daha təbiidir, daha gur – guruldayan, nər – nərildəyən şeirlərin əzəməti məsum uşaqların üzünə taxılmış maskadır. Əslində bu maska müəllifin özüdür. Burada “5” alıb fərari, 2 qiymət alıb qəhrəman olan şagirdlərimi xatırlayıram.
Səhifəni dəyişirəm
Fikrət Sadıq abzası. Ötən il qocaman şairimiz Fikrət Sadığın 80 yaşı tamam oldu. Süleyman Rüstəm 70 illik yubileyində yazırdı. 7-nin yanından 0-ı pozun. Bəlkə 0-ı biz də pozaq, Fikrət müəllim. 0-ı pozsaq qalacaq 8. 8 yaşlı uşaq, “8 .”a” sinif jurnalın arxasında yazı”. Fikrət Sadığın atasını tutublar 37-də. Məktəbə gedəndə sinif jurnalının arxasında sənin atanın iş yeri hara yazılmışdı, Fikrət müəllim?
Mənim üçün Fikrət Sadıq sərbəst əruzdu. Onun şeirlərinin hamısı əruzdadı, sadəcə əruzu hiss etmək gərəkdi
Bunları ona görə deyirəm ki, Fikrət Sadıq bənzətmələr şairidir. Elə aşağıdakı “Əlifba dərsində” şeirinə fikir verək.
Mənim üçün Fikrət Sadıq sərbəst əruzdu. Onun şeirlərinin hamısı əruzdadı, sadəcə əruzu hiss etmək gərəkdi
Bunları ona görə deyirəm ki, Fikrət Sadıq bənzətmələr şairidir. Elə aşağıdakı “Əlifba dərsində” şeirinə fikir verək.
Baş açmıram bu işdən
Çaşıb qalmışam düzü.
Anama oxşayır lap
Yazdığım “ana” sözü.
Çaşıb qalmışam düzü.
Anama oxşayır lap
Yazdığım “ana” sözü.
Bu bir “a” , bu da bir “a”
Anamın iki gözü.
Iki “a” arasında
“N” da anamın üzü.
Anamın iki gözü.
Iki “a” arasında
“N” da anamın üzü.
Bu şeirdəki bənzətmələrə diqqət yetirin. Insanın üzündə həriflərlə ana sözü təcalla edir.
Fikrət Sadıq otaqında elə sakitdi, elə bil iclasda oturub…
Fikrət Sadıq otaqında elə sakitdi, elə bil iclasda oturub…
Fikrət Sadığın hərəkət və düşüncələri çəldi, vaxt kimi kelib keçir yanından. Sözü şirəlidi, şirindi Fikrət Sadığın. Mərhum professor, fizulişünas alim Sabir Əliyev Məmməd Aslanın şeirlərinin dili haqqında deyirdi.”Ayə dilin o qədər şirindi ki, ağzını açma arı vurar”. Fikrət Sadığın uşaq şeirlərinin üstünə arıların qonmaq ehtimalı var. Uşaqlarınızı qoruyun.
Oktay Rza abzası
Oktay Rza abzası
Tanınmış şair Oqtay Rza 2008-2009-cu illərdə “Baldan şirin balalar” və“Uşaq təbəssümü”adlı iki şeir kitabını nəşr etdirib. Şairin otən il 75 illik yubileyi təntənə ilə qeyd olundu. Natəvan klubunda keçirilən poezya gecələrində sözünü həmişə sonda deyir. Hamı onun məçlisin sonunda çıxış eləməyinə öyrəşib.Bir dəfə apadığım tədbirdə qəsdən birinci sözü həmişəcavan şairimizə verdim. O, danişsa da sonda elədiyi cıxışın emoasiyası qədər alınmadı. Demək Oqtay Rza gec gəlir, güc gəlir. Şairin aşağıdakı şeirinə diqqət yetirək.
TÜSTÜ
Baxıram qardaşımın
İşlədiyi zavoda;
Babam kimi elə bil
Papiros çəkir o da.
Nənəm deyir: – A kişi,
Tulla bu zəhrimarı!
Öskürürsən, özünə
Yazığın gəlsin barı!
Səhər-axşam çöllərə
Tüstüsünü hey yayır;
Babamı danlayan var,
Zavodu kim danlayır?
İşlədiyi zavoda;
Babam kimi elə bil
Papiros çəkir o da.
Nənəm deyir: – A kişi,
Tulla bu zəhrimarı!
Öskürürsən, özünə
Yazığın gəlsin barı!
Səhər-axşam çöllərə
Tüstüsünü hey yayır;
Babamı danlayan var,
Zavodu kim danlayır?
Rafiq Yusifoğlu səhifəsi
Tanınmış şair, professor, ədəbiyyatşünas alım Rafiq Yusifoqlunun şeirləri xeyli sayda müxtəlif dillərə tərcümə edilib, dərsliklərə salınıb. Dörd dərsliyin, iki monoqrafiyanın, çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Şeir və poemaları əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib. Son beş ildə onun haqqında professor Nizami Cəfərov “Ədəbiyatımızın inkişafı naminə” Flora Xəlilzadə “Söz ağacının meyvələri”, Adil Cəmil “Sözün keşiyində”, Zahid Xəlil “Ürəklərə sevgi daşıyan şair” məqalələrini yazıb. Son illərdə onun 3 şeir: “Zamanın qatarı”, “Yollar”,”Ana dilim”, 4 nəsr: “Dəniz səviyyəsi”, “Elm və helm”, “Ulu yurd yerlərimiz”, “Qoruq və yasaqlarımız”, ali məktəblər üçün 2 dərslik və 7 tərcümə kitabı, uşaq ədəbiyyatı ilə bağlı bir neçə prablamatik məqalələri dərc olunub. 55 yaşlı “Göyərçin” jurnalının ağırlığını çiyinlərində daşıyır. Vaxtı ilə 270 min sayla cıxan “Göyərçin” jurnalının indi kəmiyyət sayı 2-3 mindir
Qəşəm İsabəyli səhifəsi
Qəşəm İsabəyli ötən beş ildə “Ay külək nə əsirsən?” “Samur at minir”, “Çörək haqqında nəğmələr” kitablarını, “Əkil-Bəkil”, Şamaxı şam nağılı”, “Cin nağılı” poemalarını dərc etdirib. Şeirləri rus, ukrayna, belarus, ingilis, alman, qırğız dillərinə tərcümə üdilib. Qəşəm İsabəylı xeyli sayda müasir dünya şairlərinin şeirlərini dilimizə çevirib. Qəşəm İsabəylinin şeirlərinin dili folklara çox yaxındı. İncə yumor hissi, sözlərdən xəsisliklə istifadə etmək, konkretlik şeirlərin əsas xüsusiyyətidir. Z. Xəlilin təbrincə desək “Bədii forma və məzmun axtarışları və orjinal üslubu ilə seçilən, Azərbaycan Uşaq ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng yaradıcılığa malik olan şairlərdən biri də Qəşəm İsabəylidir.
Təklif “Mən yeddi oğul istərəm” filminə 6-cı sinifdə oxuyanda doğma məktəbimizdə, ədəbiyyat otağında -kənddə klub yox idi- dizlərimi yerə qoyub baxmışam. Ekran məktəbimizin ağ divarı idi. Hələ də o filmi unuda bilmirəm. İndi uşaq ədəbiyyatımız bəlkə həmin kino kimi kəndə, məktəbə, baxçaya getməlidir. Amma necə? Bunun üçün xüsusi boyük maşın ayrılmalı, deyək ki, üstü vaqon kimi, buna kənddə avtolovka deyirlər- maşının banı nağıl qəhrəmanlarımızın şəkilləri ilə bəzədilməlidir. Sonra həmin maşında çox yox, iki-üç nəfər aktyor kəndbəkənd gəzərək məktəblərdə uşaq ədəbiyyatını təblığ edə bilər, deyək ki, müəyyən əsərlərdən xüsusən nağıllarımızdan epizodlar oynayarlar, vidio –disklər nümayiş etdirərlər, şair və yazıçılarımızın kitablarını aparıb satarlar. Məhz uşaq kənddə öz babasının, nənəsinin yanında, qoyunun quzusunun yanında öz şerini nağılını daha yaxşı öyrənə bilər
Bu səyyarı ədəbiyyatın xərci də elə çox eləməz, Təhsil Nazirliyi bu xırda xərci ödəyə bilər. (İdeya Səlim Babullaoğlunundur)
Təklif “Mən yeddi oğul istərəm” filminə 6-cı sinifdə oxuyanda doğma məktəbimizdə, ədəbiyyat otağında -kənddə klub yox idi- dizlərimi yerə qoyub baxmışam. Ekran məktəbimizin ağ divarı idi. Hələ də o filmi unuda bilmirəm. İndi uşaq ədəbiyyatımız bəlkə həmin kino kimi kəndə, məktəbə, baxçaya getməlidir. Amma necə? Bunun üçün xüsusi boyük maşın ayrılmalı, deyək ki, üstü vaqon kimi, buna kənddə avtolovka deyirlər- maşının banı nağıl qəhrəmanlarımızın şəkilləri ilə bəzədilməlidir. Sonra həmin maşında çox yox, iki-üç nəfər aktyor kəndbəkənd gəzərək məktəblərdə uşaq ədəbiyyatını təblığ edə bilər, deyək ki, müəyyən əsərlərdən xüsusən nağıllarımızdan epizodlar oynayarlar, vidio –disklər nümayiş etdirərlər, şair və yazıçılarımızın kitablarını aparıb satarlar. Məhz uşaq kənddə öz babasının, nənəsinin yanında, qoyunun quzusunun yanında öz şerini nağılını daha yaxşı öyrənə bilər
Bu səyyarı ədəbiyyatın xərci də elə çox eləməz, Təhsil Nazirliyi bu xırda xərci ödəyə bilər. (İdeya Səlim Babullaoğlunundur)
Əllmdar Quluzadə səhifəsi
Ələmdar Quluzadə son beş ildə “boxca”, “Qürbətə düşən daş”, “Dilotu” “Ətirşah ətri” kitablarını nəşr etdirib. Bu kitabları böyük həvəslə oxudum. Şeirlərin ritmi intonasiyası və yumor hissi, xüsusilə şeirlərin sonunun novellavari qurtarmasi diqqətimi çəkdi.
TƏLƏT TƏRBİYƏ ALIR
Uşağın mərdliyinə
Hamı məəttəl qalır,
Şüşəni sındıranda
Tələt boynuna alır.
Hamı məəttəl qalır,
Şüşəni sındıranda
Tələt boynuna alır.
Dinməzcə qulaq asır
Ona bir söz deyəndə,
Evdən icazə alır
Oynamaq istəyəndə.
Ona bir söz deyəndə,
Evdən icazə alır
Oynamaq istəyəndə.
Bağçada nə eşitsə
Onun yadında qalır.
Axı tərbiyəçidən
Tələt tərbiyə alır.
Onun yadında qalır.
Axı tərbiyəçidən
Tələt tərbiyə alır.
Azərbaycan radiosunda Ələmdar Quluzadənənin redaktorluğu ilə “Göy qurşağı”, “Günəş”, “Tumurcuq”, “Uğur”, “Yaşıl planet”, “Sabaha Pəncərə”, “Boxça”, “Anasının balası” “Tumurcuq” verilişləri uşaqlar tərəfindən maraqla qarşılanıb.
Sözün vaxtı. A. S. Puşkin deyirdi ki, qramatik səhvi olmayan rus dili mənə lazım deyil. Əslində Puşkin bu səhvin baş verməyi ilə böyük ədəbi həqiqəti istəyirdi. Şair ustalıqla dili inkişaf etdirməli, bədii təfəkkür sədləri uçurmalı, dil öz məcrasını aşmalıdır. Şairin, yazıçının yaratdığı dilin qramatikası yazılmalıdır.
Sözün vaxtı. A. S. Puşkin deyirdi ki, qramatik səhvi olmayan rus dili mənə lazım deyil. Əslində Puşkin bu səhvin baş verməyi ilə böyük ədəbi həqiqəti istəyirdi. Şair ustalıqla dili inkişaf etdirməli, bədii təfəkkür sədləri uçurmalı, dil öz məcrasını aşmalıdır. Şairin, yazıçının yaratdığı dilin qramatikası yazılmalıdır.
Haşiyə. Ötən il Sumqayıtda keçirilən uşaq dünyasına həsr olunmuş bir tədbirdə valideynlər, müəllimlər çıxış edərək uşaqların kitab oxumamaqlarından gileyləndi. Söz mənə çatanda çıxışa sualla başladım. Əziz valideynlər və müəllimlər, son bir ildə siz hansı kitabları oxumusunuz? Ortaya sükut çökür. Mən vərəqi burada dəyişirəm.
Vaqif Bəhmənli abzası
Vaqif Bəhmənli səmimi şairdir. O qədər səmimidir ki, uşaqlar üçün şeirini oxuyanda elə bilirsən böyüklər üçün yazıb, böyüklər üçün şeirləri oxuyanda elə bilirsən ki, uşaqlar üşündü. Vaqifin şeirləri oxucuya səmimiyyət körpüsündən keçir. Son beş ildə seçilmiş əsərləri çapdan çıxıb. Vaqif uşaqları da yaddan çıxarmayıb. Onlara “Qızıl qala” kitabını bağışlayıb.
Mahirə Abdulla abzası
Mahirə Abdullanın dövrü mətbuata romanlarını, povestlərini, hekayələrini, şeirlərini oxumuşam. Rəsmlərinə baxmışam. Uşaq şelərini oxuyanda heyrətləndim…Hə, indi bildim ki, Mahirə xanım yaradıcılığa uşaq şeirindən keçib gəlib. Ona xeyir-duanı uşaq şeiri verib. Uşaq şeirlərinə şəkilləri də özü çəkib. Ümumiyyətlə, hamının içində bir uşaq var.
Baxır kim onu necə danışdırır.Məncə, Mahirə xanım uşaqları danışdıra bilib.
Baxır kim onu necə danışdırır.Məncə, Mahirə xanım uşaqları danışdıra bilib.
Məmməd Namaz səhifəsi
Məmməd Namaz uşaqlar üçün çox maraqlı əsərlər yazır. Onun imzası uşaq ədəbiyatında çoxdan vətəndaşlıq posportu alıb. Uzun illər gənclik nəşriyyatında redaktor işləyib. İndi harada işləyir bilmirəm, amma onun əbədi bir iş yeri var, uşaq şeiri yazmaq.
Məqam: Nağıllarımız səhnələşdirib disklərə köçürülməlidir. Bəzi uşaqlar ola bilsin ki, indi kitabı qəbul etmir. Biz bunu uşaqlara hansısa formada təqdim etməyin yolunu tapmalıyıq. Uşaqların oynamaq istədiyi oyunlara uşaq ədəbiyyatını qatmalıyıq. Tədris müəsissələrində komputerlərə cizgi filimləri, uşaq ədəbiyyatımızın nümunələri yüklənməlidir. Elə “Məlikməmməd” nağılından bir oyun düzəltmək olar. Bəlkə uşaq ədəbiyyatı kitab formasında yox, kino, tamaşa şəklində uşaqların yanına gəlməlidi.
Adil Cəmil səhifəsi
Adil Cəmili ilk dəfə bu misrasından tanıdım. “Ağaclar torpağın azadlığıdır”. Ənənəvi şeirlər yazıb həmişə. Gözəl də yazıb. Adil Cəmil fikir şairidir. Hisslər emosiyalar heca şeirinin qəlibinə salınır. Burda qanun qaydalar hökmrandı. “Ədəbiyyat qəzeti”ndə bu yaxınlarda yeni bir şeirini oxudum. “Təzə öyrəşirdim ata sözünə, Baba kəlməsi də çıxdı bu yandan” Bəli dünyaya nəvə gəldi. Demək, dünyay yeni janr gəldi. “Köbələk” şeirinə diqqət yetirək.
GÖBƏLƏK HƏSRƏTİ
Ay Ayaz,
Gəl bu yaz
Götürək
Səbəti,
Çağıraq
Səmədi,
Toplayaq
Göbələk.
Çox yığsaq
Gəl bölək.
Az yığsaq
Neyləyək?..
Gəl bu yaz
Götürək
Səbəti,
Çağıraq
Səmədi,
Toplayaq
Göbələk.
Çox yığsaq
Gəl bölək.
Az yığsaq
Neyləyək?..
Aləmzər Əlizadə səhifəsi
Gəncədə yaşayan tanınmış uşaq şairimiz Aləmzər Əlizadənin ötən il 60 yaşını həmin bu Natəvan klubunda qeyd elədik Şairin son beş ildə “Fələk və mən”, “Son çiçək” kitabları işıq üzü görüb. “Toya gecikən tülkü” pyesi bu il Gəncə Dövlət Kukla teatrında tamaşaya qoyulub. Xatırladaq ki, indiyə kimi Aləmzər Əlizadənin 4 pyesi səhnələşdirilib. Şairin şeirlərinin dili çox zəngindir. Arı çiçəklərdən bal çəkən kimi şeirlərin dili xalq dilindən, xalq təfəkküründən qaynaqlanıb.
.
.
SARI TOP
Tək bir əlimə sığır
Balaca, sarı topum.
Yerə vuranda qalxır
Məndən yuxarı topum.
Balaca, sarı topum.
Yerə vuranda qalxır
Məndən yuxarı topum.
Haşiyə: Nənəm həmişə sacda yuxa bişirəndə sonuncu yuxani bizə fəsəli bişirərdi biz də dövrə vurub oturardıq sacin başında. Nənəm qaşıqla fəsələnin üstünə yağ tökərdi. Tokdukcə ki oxlovla fesəlinin ustunü deşərdi ki, yağ axıb getməsin. Oxlovu vurduqca deyərdi.
Dən, dən, dən altı,
Meşədəki qaralatı.
Inanmırsan gəl sayaq
On altıdı, on altı.
Meşədəki qaralatı.
Inanmırsan gəl sayaq
On altıdı, on altı.
Bu, bizim ilk uşaq şeirimiz idi. Bu şeirlərdə təkrirlər güclü və canlı idi.
Samovarım qızıldan, qızıldan
Suyu yerə sızıldan, sızıldan
Qardaşım bir qız sevib, qız sevib
Qabaq dişi qızıldan, qızıldan.
Suyu yerə sızıldan, sızıldan
Qardaşım bir qız sevib, qız sevib
Qabaq dişi qızıldan, qızıldan.
Uşaq vaxtı biz açıq-qapalı hecalar kimi atılıb düşə-düşə bu şeirləri həvəslə oxuyardıq.
Abbas Səhhət də «Quşlar» şeirində bu ritmdən, sanamalardan, yəni təkərləmələr janrından istifadə etmişdir:
Quşlar, quşlar, a quşlar…
Quşlar, quşlar, a quşlar…
A.Şaiqin «Dovşan» şeirinə diqqət edin:
Dovşan, dovşan, a dovşan…
M. Ə. Sabirin “Yaz günləri” şeiri”nə baxın
«Gəl, gəl a yaz günləri»
«Gəl, gəl a yaz günləri»
“Cücələrim” şeirinə fikir verin.
Cip-cip cücələrim
Tükü ipək cücələrim.
Tükü ipək cücələrim.
Cücələr həm çağırılır, həm də sananır.
Bunları deməkdə məqsədim odur ki, müasir uşaq ədəbiyyatımız folklora, xüsusən uşaq folkloruna müraciət etməlidir. Yazıçı üçün ən dəqiq kompas şifahi xalq ədəbiyyatıdır.
Həyacan təbili
Uşaq yazıçıları öz oxucularını yetişdirməlidir. Əgər bu gün “Kukla “ teatrının tamaşaçısı yoxdursa, sabah “Azdama”nın tamaşaçısı olmayacaq, bu gün “Göyərçin”jurnalının oxucusu yoxdursa sabah “Azərbaycan” jurnalının oxucusu yoxdur.
.
İslam Sadıq abzası
.
İslam Sadıq abzası
İslam Sadıq el-oba,-dağ-dəpə şairidir. Qoşmadan, gəraylıdan başlanğıc götürüb. Şeir dili xalqın təfəkküründə süzülüb gəlir. Uşaqlar üçün yazdığı “Şümal” poeması məni kovrəltdi. Kənndə yaşadığım günlər yadıma üşdü. Şümal camış adıdır. Kənddə sovet vaxtı malları ətliyə verirdilər. Yerli hökumət mal-qaranı camaatdan alıb kəsir, ət məhsullarina çevrirdi. Belə bir hadisə şümalın da başına gəlir.
Bir gün kənddən ətliyə
Naxır-naxır mal getdi.
Bizim də qapımızdan
Ayrılıb Şumal getdi.
Naxır-naxır mal getdi.
Bizim də qapımızdan
Ayrılıb Şumal getdi.
Onu qoşdum naxıra,
Geri dönüb ağladı.
Mənim uşaq qəlbimi
Dağım-dağım dağladı.
Geri dönüb ağladı.
Mənim uşaq qəlbimi
Dağım-dağım dağladı.
Şumal camış olsa da,
Bircə dili yoxuydu.
Onun hissi, duyğusu
Bizimkindən çoxuydu.
Sevinc Nuruqızı səhifəsi
Bircə dili yoxuydu.
Onun hissi, duyğusu
Bizimkindən çoxuydu.
Sevinc Nuruqızı səhifəsi
Son dövr uşaq ədəbiyyatının inkişafında Sevinc Nuruqızının zəhməti çox böyükdür. O, bütün həyatını uşaq ədəbiyyatına bağlayıb. 2006-cı ilin yanvarından “Cırtdan” və “Ümid” uşaq jurnallarının yaradıcı heyətinin direktoru, eyni zamanda İctimai Padionun efirində həftənin altı günü canlı yayımlanan “Çoxbilmiş” adlı uşaq verilişinin redaktoru və aparıcısı olub. Hazırda “Təhsil” Nəşriyyat poliqrafiya müəssisəsində böyük redaktor kimi fəaliyyət göstərir.
Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlrımızın işgəncə dolu həyatına həsr edilmiş “Qisas” adlı pyesi Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, “Gəlinciklər” adlı pyesi Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub.
Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlrımızın işgəncə dolu həyatına həsr edilmiş “Qisas” adlı pyesi Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, “Gəlinciklər” adlı pyesi Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub.
Sevinc Nuruqızının son beş ildə Azərbaycan dilində 19, rus dilində 6, ingilis dilində 3 kitabı çap olunub. Birinci siniflər üçün 3 qiymətləndirmə testi işıq üzü görüb. “Dədə Qorqud” dastanını uşaqlar üçün işləyib Azərbaycan rus və ingilis dillərində çap etdirib.
Müəllifin ən irihəcmli kitabı “ Bapbalaca əlifba” adlanır.
Kitabda müəllif əsasən səs və hərfləri uşaqlara əyləncəli və vizual üsulla çatdırır. Kitaba daxil olan şeirlərin əksəriyyətini təbii, uşaqlarda maraq doğuran bir yumor tamamlayır.
Sevinc Nuruqızının məktəbəqədər yaşlı uşaqlar üçün yazdığı nəsr əsərləri- “Ağca və Cubbulu” hekayəsi,“Sarı qız, Dız və Vız”, “İpəkcənin macəraları”, “Çiya ilə iki gün” kimi nağıl-povestləri, “Çərpələng”, “Bapbalaca əlifba” və ”Xortumlu dağ” kitabları balaca oxucular tərəfindən maraqla qarşılanıb. Cavabı “Qayçı” olan tapmacaya fikir verək.
Üz-üzədir iki bıçaq
İkisi də əsl qoçaq.
Nəyi versən, kəsər onlar,
Kəsməsələr, küsər onlar.
Gülzar Nənə səhifəsi
İkisi də əsl qoçaq.
Nəyi versən, kəsər onlar,
Kəsməsələr, küsər onlar.
Gülzar Nənə səhifəsi
Gülzar İbrahimovanın 30 adda kitabı 100 min tirajla çap edilib, kiçik oxuculara çatdırılıb.
Uşaqlara maraqlı olsun deyə cavan vaxtından «Gülzar nənə» təxəllüsünü götürüb. Bu ad altında uşaqlar üçün yazmağı uğurla nəticələnib. Axı uşaqlar həqiqətən də nağılları baba və nənələrdən eşidəndə onlar üçün daha maraqlı olur.
Uşaqlara maraqlı olsun deyə cavan vaxtından «Gülzar nənə» təxəllüsünü götürüb. Bu ad altında uşaqlar üçün yazmağı uğurla nəticələnib. Axı uşaqlar həqiqətən də nağılları baba və nənələrdən eşidəndə onlar üçün daha maraqlı olur.
Professor Qara Namazovun müəllifi olduğu Bakı Dövlət Universitetinin Uşaq Ədəbiyyatı dərsliyində Gülzar xanımın yaradıcılığı geniş yer alıb. 6 ildir ki,«Bala Dili» Elli və Boya jurnallarında baş redaktor vəzifəsində işləyir.
Yazıçı nağılda baş verən hər hadisəyə xüsusi rəsm çəkdirib.
Səsli nağıllar isə həm oxuya bilməyən, həm də adi nağılsevən uşaqlar üçün nəzərdə tutulub.
Hazırda müəllifin ibtidai siniflər üçün 1001 nağıl adı altında 10 cildlik kitabının 2 cildi çapdan çıxıb, 3-cü cild isə çapa hazırdır.
Sərvaz Hüseynoğlu abzası
Sərvaz Hüseynoğlu abzası
Sərvaz Hüseynoğlu keçən il 50 illik yubileyinə hesabat kimi çap etdirdiyi “Məmməd Araz dastanı” kitabına uşaq şeirləri silsiləsini də daxil edib.
Quşlar həvəsə saldı
Uçdum… daş kimi…
Uçdum… daş kimi…
və yaxud
Ah, açılan sirr –
Bələyin çətin quruyar
Bələyin çətin quruyar
Bu misralarda şair fikrini nə qədər yığcam, dəqiq, poetik ifadə edirsə, uşaqlar üçün yazdığı şeirlərində də öz poetik üslubuna o qədər sadiqdir.
Yer qalmayıbdı
Azğın sellərə;
Ağzına qədər
Güllə-çiçəklə
Dolubdu dərə.
Azğın sellərə;
Ağzına qədər
Güllə-çiçəklə
Dolubdu dərə.
Və yaxud:
Aşdı-daşdı gül-çiçək,
İçində itdi dibçək – misraları bu dediklərimizin təsdiqidir.
İçində itdi dibçək – misraları bu dediklərimizin təsdiqidir.
Onun
“Düşüb ələ-ayağa
Arı elə qaynaşır.
Qızım deyir; ay ata,
Deyən axı bal daşır – misraları da çox təbii müşahidənin poetik məhsuludur.
Arı elə qaynaşır.
Qızım deyir; ay ata,
Deyən axı bal daşır – misraları da çox təbii müşahidənin poetik məhsuludur.
Nə gözəl olar
Gülə-gülə sən
Günəş tək qalxıb
Enə biləsən – misraları da Sərvazın uşaq şeirlərinin səmimi, oxunaqlı və yaddaqalan dünyasını ortaya qoyur.
Gülə-gülə sən
Günəş tək qalxıb
Enə biləsən – misraları da Sərvazın uşaq şeirlərinin səmimi, oxunaqlı və yaddaqalan dünyasını ortaya qoyur.
Bu günlərdə Azərbaycan Uşaq antologiyası üçün şair və yazıçılarımıza müraciət etdim ki, yazılarını versinlər. Bu axtarışda tanınmış yazıçı E. Hüseynbəylinin uşaqlara həsr olunmuş və Marşakdan iqtibas etdiyi “Dəcəl sican”nağıl- poeması, Qulu Ağsəsin yeni uşaq şeirləri tapıldı. Bu şeirlər obrazlı olmaqla bərabər, həm də özlərində əhvalatçılıq, hədisəçilik maqamlarını daşıdığına, yəni oxunaqlı olduğuna görə məni sevindirdi.
Sabirabadda qaçqın şəhərciyində yaşayan 60 yaşlı şairimiz Əziz Musanın “Töfiqənin nəğməsi”, Çiçək yağışı”, Şəfəq Sahiblinin “Biçilmiş çiçəklər”, Münəvər Tabdıqovanın “Günəşananur” Rəfiqə Məmmədovanın “Dostluq”, “Ardımca gəl”, “Güllü kəpənəkli bağ”, “Nəcblik duyğusu”, Gənc yazıçı Reyhan Yusifqızının “Yaşıl gözlü qız” kitabları nəşr olunub. Bu illərdə Zəminə Xınalının “Ağ atlı oğlan”, “Əmirxan əsgər gedir” Telman Dəmirin “Arzudan əməllərə” pyesləri çap edilidi və səhnələşdirildi. Borçalıdan Məhsəti Əliqızı, lənkarandan Əhməd Haqsevər, Naxçıvandan İbrahim Yusifoğlu, Təbrizdən Səyid Heydər Boyat, Səttar Mahmudoğlu, Məlihə Əzizpur , Almaniyada yaşayan Simax Şeyda ötən beş il ərzində dövrü mətbuatda maraqlı uşaq şeirləri ilə çıxış etdilər.
Sümax Şeyda Yahudi şairidir, Azərbaycan dilində uşaq şeirləri yazır, eyni zaman da Azərbaycan şairlərinin şeirlərini yahudi dilinə çevirir və son illər yahudi dilində Azərbaycan uşaq ədəbiyyatı antologiyasını çap etdirib.
Tofiq Ağayev rus dilində uşaq şeirləri yazmaqla bərabər Son vaxtlar uşaq şairlərimizin əsərlərini rus dilinə çevirib.
Şəfəq Sahibli absası
Tofiq Ağayev rus dilində uşaq şeirləri yazmaqla bərabər Son vaxtlar uşaq şairlərimizin əsərlərini rus dilinə çevirib.
Şəfəq Sahibli absası
Şəfəq sahiblinin son beş ildə ölkəmizdə və türkiyədə bir neçə şeir kitabı çap olunub. Onun uşaqlar üçün yazdığı şeirlər bədii lövhələrdən ibarətdir. O bu lovhələri şeirə şəkil kimi gətitrir.
Kəpənəyin dalınca
Dəcəl Sevinc qaçırdı.
Kəpənək zəri ilə
Ona cığır açırdı.
Dəcəl Sevinc qaçırdı.
Kəpənək zəri ilə
Ona cığır açırdı.
Kəpənəyin zərinin cığıra bənzədilməsi və həmin cığırla sevincin arının dalınca getməsi çox maraqlıdır.
Gülarə Munis səhifəsi . Gülarə Munis 2008- 2010-cu illərdə “Hanı Toplanın topu?”, “Söylə mənə, ay nənə!” “Gizlənmişə tap məni”, “Müdrik zeytun”ağacı, “Göydən alma düşmədi”, və “Lalə gülünün sirri” kitablarını uşaqların ixtiyarına verdi.
Gülarə Munis səhifəsi . Gülarə Munis 2008- 2010-cu illərdə “Hanı Toplanın topu?”, “Söylə mənə, ay nənə!” “Gizlənmişə tap məni”, “Müdrik zeytun”ağacı, “Göydən alma düşmədi”, və “Lalə gülünün sirri” kitablarını uşaqların ixtiyarına verdi.
Təhsil Nazirliyinin təklifi ilə 2009-cu ildən onun “Danışan hərflər” adlı şeiri ikinci siniflər üçün Azərbaycan dili iş dəftərinə daxil edilib.
Müəllif 2010-cu ildə İranın Urmiya şəhərində keçirilən şeir festivalında Diplom və pul mükafatına layiq görülüb. Gülarə Munisin rəqəmlər haqqında yazdığı şeirlər diqqtimi xüsusilə çəlb etdi. Müəllif bu şeirlərdə rəqəmlərin xarici görünüşünə gorə onları mənalandırıb.
Eyvaz Zeynalov abzası
Eyvaz Zeynalov 2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülmüş, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə, 2010-cu ildə Azadlıq radiosunun “Ədəbi azadlıq” kiçik hekayə müsabiqəsinin qalibi olub.
2007-ci ildə çap olunan “Qırmızı almalar” kitabına uşaq hekayələri və nağılları toplanıb. 2010-cu ildə isə Tiflisdə iki dildə – azərbaycan və gürcü dilində “Uşaq hekayələri və nağıllar” kitabı çap olunub.
Bir neçə uşaq hekayəsi rus dilində Rusiyada, Ukraynada, Türkiyə türkcəsində Türkiyədə, polyak dilində Polşada çap olunub.
Söz gəlişi
Söz gəlişi
İbtidai sinif dərsliklərinin bəziləri zamanın tələbləri ilə ayaqlaşmır. Dərsliklərə elə müəlliflərin əsərləri salınıb ki, o müəlliflərin adını mən birinci dəfə eşidirəm.
2009-cu ildə çap olunmuş və hal-hazırda istifadə olunan 1-ci sinif ana dili dərsliyində bəzi mətnlərə nəzər salaq. Uşaqlar hərifləri öyrəndikdən sonra birdən-birə aşağıdakı şeirlə tanış olurlar. “Əlifbam” şeirində: (səh-84) “Məna çiçəklərin, baxışımla dərərəm” Mənə çiçəkləri nə deməkdir, baxışla o cicəkləri necə dərmək olar? Hərifləri yeni öyrənən uşaq bu şeiri anlaya bilərmi? Yenə həmin dərslikdə (səh 105) “Atam evə gələndə, elə bil ki, nur saçır”. Nur saçmaq ən çox anaya aiddir. Yenə həmin dərslikdə (səh-129) “Qurban bayramı” şeirinə diqqət yetirək.
Yaradan qəlbimizə
Ilahi nur ələsin.
Verdiyimiz qurbanı
Allah qəbul eləsin.
Ilahi nur ələsin.
Verdiyimiz qurbanı
Allah qəbul eləsin.
Şeirin bədiiliyi o yana dursun, verdiyimiz qurban olmaz, kəsdiyimiz qurban olar.Qurban vermək insana aiddir, kəsmək qoyuna.
Nurəddin Kazımovun və hal-hazırda istifadə olunan 4-ci sinfin oxu kitabında Nazir Məcninin “Qadın əlləri” şeirinin baxin.
Ay qadın əlləri, parça üstünə
Nə incə naxışlar salırsınız siz.
Şimşək olursunuz uca dağlardan
Nə vaxt ki, daşları endirirsiniz.
Nə incə naxışlar salırsınız siz.
Şimşək olursunuz uca dağlardan
Nə vaxt ki, daşları endirirsiniz.
Bu şeirdə nə deyilir, necə deyilir- hər şey göz önündədir. Sadəcə uşaqlardan üzr istəmək lazımdır. Yenə həmin dərslikdə Eldar İbrahimin “Şəhidlər” şeirindəki misralara nəzər salaq.
Cənazələr yol gedir
Bir-birindən qüdrətli
Güclü çiyinlər üstə.
Bir-birindən qüdrətli
Güclü çiyinlər üstə.
Qüdrət çiyinə aid ola bilməz. Qüdrət mənəvi varlığa aiddir.
3-cü sinifin Azərbaycan dili iş dəftərində verilən aşağıdakı şeirdə heç nə anlamadım.
3-cü sinifin Azərbaycan dili iş dəftərində verilən aşağıdakı şeirdə heç nə anlamadım.
Zahiddən soruşdular
Ev niyə bu gündədi?
Qapı çıxıb yerindən
Pərdə kündə-kündədir.
Ev niyə bu gündədi?
Qapı çıxıb yerindən
Pərdə kündə-kündədir.
Burada uşaqlara hansı düyğuların aşılanması bir yana, pərdənin kündə-kündə olmasını anlaya bilmədim.
Misallar çoxdur. Ona görə də dərsliklərimiz Təhsil Nazirliyinin, Yazıçılar Birliyinin və savadlı pedaqoqlarımızın birgə əməyinin məhsulu olmalıdır.
Misallar çoxdur. Ona görə də dərsliklərimiz Təhsil Nazirliyinin, Yazıçılar Birliyinin və savadlı pedaqoqlarımızın birgə əməyinin məhsulu olmalıdır.
Uşaq ədəbi tənqidi
Son beş ildə tanınmış alim Fizuli Əsgərlinin uşaq ədəbiyyatı ilə bağlı “Bədii təhlil və ədəbi tənqid” , “Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları” “Bədii tərcümə məsələləri”, “Ədəbi düşüncələr”,Zahid Xəlilin yaradıcılığı haqqında “Ömrün sözü, sözün ömrü” və tərtib etdiyi “Zahid Xəlilin sənət dünyası”kitabları və 2007, 2009, 2011 ci illərdə Zahid Xəlillə birgə yazdığı ali məktəblər üçün “Uşaq ədəbiyyatı” dərslikləri işıq üzü gördü.
Gənc tədqiqatçı Aysel Xəlil “Uşaq yazıçısı Qəşəm İsabəyli” kitabında təkçə Qəşəm İsabəylinin yaradıcılığını deyil, müasir uşaq ədəbiyyatımızın problemləri barədə maraqlı təhlilər aparıb.
Akademik Bəkir Nəbiyevin Xanımana Əlibəyli 90 illiyi haqqında yazdığı “Şeirimizin Xanamanası” məqaləsində müasir uşaq ədəbiyyatının alatoron görüntülərinə aydınlıq gətirdi.
Son beş ildə professor Qara Namazovun 3 çilddə “Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” və ali məktəblərdə “Uşaq Ədəbiyyatı” dərsliyi, tənqiçı Filologiya elmləri doktoru Vaqif Yusiflin Gülzar İbarahimova haqqında yazdığı “müasir nağıllar” və İlyas Tapdığın uşaq dünyasına həsr etdiyi “Bu, İlyas Tapdıqdır” yazısı müasir uşaq ədəbi tənqidinin yadda qalan səhifələrindən hesab oluna bilər.
Təşəbbüs
Ötən il Azərbaycan Dillər Universitetinin ingilis dili fakultəsində açıq dərslərinin biri Zahid Xəlil və Rafiq Yusifoqlunun yaradıçılığına həsr olunub. Dərsdə şairlər də iştirak edib… Sonra dərsin təhlili aparılıb. Məncə bu cox vacib bir dərs formuludur, Təhsil Nazirliyi bu cur vasitələrdən geniş istifadə edə bilər. Daha maraqlı bir məqam, universitetlərimizin dil-ədəbiyyat fakültələrində ayda bir dəfə Anarın, Fikrət Qocanın, Cingiz Abdullayevin, İntiqm Qsımzadənin, İlyas Rəşad Məcidin, Qulu Ağsəsin Elçin Hüseynbəylinin, Vaqif Yusiflinin, Mahirə Abdullanın, Elxan Zalın və Səlim Babullaoğlunun dərs aparmaları tələbələr üçün həm əyani vasitə olar, həm də mövzular yetərincə öyrənilər. Təhsil Nazirliyi və univeristet rektorloru bu məsələni təhsilimizin xeyrinə həll etsələr yaxşı olar.
Uşaq mətbuatı səhifəsi
Son beş ildə “Göyərçin”, “Göy qurşağı” “Yuva”, “Elli”, “Bala dili”, “Boya ” “Bahar”, “Arzu” “Herba Flora”, “Günəş” Sehirli xalat”,“Ailəm” jurnalları “Savalan”, “Şəkər villası” “Tonqal” “Tumurcuq” qəzetləri maraqlı uşaq əsərləri dərc etdi. “Təhsil”, “Altun” və “Beşik” nəşriyyatları maraqlı uşaq kitabları iə uşaqları sevindirdi.
Bakı, Naxçıvan, Gəncə, Salyan Dövlət kukla Teatrlarları Naxcıvan Dövlət uşaq teatrı, habelə , “Bakı” “Günay” “çiçəyim”, Təbəssüm” “Körpəm” uşaq teatrları öz səhnələrini körpə balalarımızın üzünə böyük məhəbbətlə açdı.Amma bəzi uşaq teatrlarının repertuarı zəif, bəsit, həvəskar təsiri bağılayır. Yaxşı olardı ki, bu teatrlar bizim tanınmıiş yazıçılarımıza müraciət etsinlər.
Bakı, Naxçıvan, Gəncə, Salyan Dövlət kukla Teatrlarları Naxcıvan Dövlət uşaq teatrı, habelə , “Bakı” “Günay” “çiçəyim”, Təbəssüm” “Körpəm” uşaq teatrları öz səhnələrini körpə balalarımızın üzünə böyük məhəbbətlə açdı.Amma bəzi uşaq teatrlarının repertuarı zəif, bəsit, həvəskar təsiri bağılayır. Yaxşı olardı ki, bu teatrlar bizim tanınmıiş yazıçılarımıza müraciət etsinlər.
Uşaq ədəbiyyatı təkçə Yazıçılar Birliyinin deyil, hamınındı. Respubilkamizda coxlu uşaq təşkilatları var. Hətta ədəbiyyata dəxli olmayan şəxslər nə qədər ədəbi dərnəklər qeydiyyatdan keçiriblər. bütün ədəbi, bədii, içtimai uşaq təşkilatları uşağa qayğını ancaq ona sirniyyat vermək, qabaqında oynamaq və oynatmaq kimi başa düşürlər. lap yüzüncü məsələdə də uşaq ədəbiyyatı onların yadına düşmür, Yaxşı olardı ki, uşaqların kökələrinin yanında kökəsi və kukulası haqında şeirləri də olaydı. Şadlıq saraylarında rəqs edən balaca qızların və küçələrdə maşınları yuyan, təkərlərini qaraldan oğlan uşaqlarının şeirləri də ölür. Onların sinf jurnallarının arxasındakı yazı 8.a sinif jurnalının arxasındakı yazi ilə eyni kökdəndir.
Problem.Yüz ildir ki, uşaq şeirimzdəki obrazlar eynidir. Uşaq həmin uşaq, ayı həmin ayı, tülkü həmin tülküdür. Bioloji mənada ayı həmin ayı, tülkü həmin tülkü ola bilər, bu düz, amma bunların filologiyasının dəyişməsi təbiidir.Mən hələ bunu yetərincə müasir uşaq ədəbiyyatımıda görmürəm.
Uşaq ədəbiyyatımıza içtimai və sosial məzmun öz ərazisini genişləndirməlidir.
Uşaq ədəbiyyatımızın fəlsəfəsi, dili inkişaf etməli, uşaq şeiri uşaq folkloruna söykənməlidir.
Uşaq ədəbiyyatı uşaq yerinə qoyulmamalıdır.
Qədim yurd yerlərimizin, şəhidlərimizin, milli qəhrəmanlarımızın obrazlarını uşaq ədəbiyyatında daha da canlandırmalıyıq.
Uşaq şerimizidə bir şeyi aydın etmək çöx çətindir. Şeirin abı- havasından bilmək olmur ki, bu şeir 80-ci ilindir, yoxsa 2011-ci ilin. Yəni 2011-ci ildə uşaq ədəbiyyatının dayandığı yeri, səciyyəni təyin etmək mənə çətin gəldi. Yaşlı nəsil ədəbiyyatında bu fərqi görmək mümkündür. Şeir öz zamanına oxşamalı və bütün dövrlərdə oz bədiiliyini qoruyub saxlamalıdır. Bəlkə sərbəst uşaq şerinə geniş yer verməliyik. Bəlkə modern uşaq şeiri yaranmalıdır. Bu barədə düşünməyə dəyər.
Göstərdiyim nöqsanlarla bərabər, çox ümidliyəm ki, gözəl uşaq ədəbiyyatımız yaranıb və yenisi də yaranır. Uşaq yazıçılarımız 12-ci qurultaya alnı açıq, üzü ağ gedirlər. Bunu misallarda da gördünüz. Uşaq şairini qorumaq lazımdır. Uşaq şairi hər zaman yaranmır. Gərək anadan uşaq şairi doğulasan.
Vərəqi dəyişmək vaxtıdır, əgər dəyişməsəm vaxt onu əlimdən vurub salacaq.
Sonuncu səhifə. Epiloq.
İndi əlimdə bir ağ vərəq qalıb, bir işıq vərəq, sözləri yoxdur bu vərəqin, ancaq eləcə işıqdı. İşıq olan yerdə həyat var, həyat olan yerdə arzu. Bir arzumuz var, Anar müəllim, Azərbaycan Yazıçılar Birliyinin aylıq uşaq jurnalının nəşrinə böyük ehtiyac var, bizə kömək edin. Respubilkamızda mötəbər uşaq jurnalı yoxdur. Bu ağırlığı və ağrını ancaq Yazıçılar Birliyi çəkə bilər. Bu arzunun gerçəkləşməsi naminə bu işıqlı vərəqi 8. “a” sinif jurnalının üstünə astaca qoyuram. Qoy bu ağ vərəq şəhid uşaqlarımızın ən mükəmməl şeiri olsun.
Qəşəm Nəcəfzadə,
Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin müdiri
Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin müdiri
ANN.Az
Комментариев нет:
Отправить комментарий