16.06.2011

235 milyonluq bina ARDNŞ-nin nəyinə lazımdır?

Qubad Ibadoğlu: «Şirkətin borcları olduğu halda bu qədər vəsaitin tikintiyə sərf edilməsi strateji planlaşdırma işinin düzgün qurulmamasının nəticəsidir»
Dövlət Neft Şirkətinin yeni 42 mərtəbəlik binasının tikintisinə başlanılıb. Layihənin ilkin dəyəri 235 mln manat həcmində qiymətləndirilir. Bu məbləğin artacağı da istisna edilmir. Apardığımız araşdırmalar göstərir ki, dünyanın iri neft şirkətləri kiçik binalarda yerləşir. Azərbaycanda isə Neft Şirkətinin kifayət qədər böyük binası, eyni zamanda ona birləşdirilən “Azəriqaz” və “Azərkimya” da iri binalarda yerləşir. Belə olan halda, 42 mərtəbəli binanın inşasına bu qədər pulun sərf edilməsinə nə ehtiyac var? Bu pul hansı məqsədlər üçün daha səmərəli şəkildə istifadə edilə bilərdi?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu təhsil və səhiyyə sisteminin vəsait baxımdan korluq çəkdiyini deyir. Eyni zamanda ekspert ayrı-ayrı şirkətlərin binalarının tikintisinə yönələn dövlət vəsaitlərinin səmərəsiz istifadə olunduğunu da vurğuladı: “Dövlət Neft Şirkətinin özünün də maliyyə problemləri, kreditor borcları var. Bu borcların mövcudluğu şəraitində bu qədər vəsaitin tikintiyə sərf edilməsi şirkətin strateji planlaşdırma işinin düzgün qurulmamasının nəticəsidir. Eyni zamanda şirkətin idarəetmə işinin yaxşı qurulmadığını demək olar. Ölkədə müəyyən maraqlar da var”.
Q.Ibadoğlunun sözlərinə görə, dövlətin qarşısında duran əsas vəzifə ARDNŞ-i inkişaf etdirmək, onu rəqabət qabiliyyətli bir şirkətə çevirməkdir. Hər hansı regional bazarda onun investisiya imkanlarını artırmaqdır. Təəssüf ki, yaxın vaxtlarda bunu görmək mümkün olmayacaq.
azadliq.info

Комментариев нет:

Отправить комментарий