Çünki bu, Britaniyada Atom Stansiyasının tikilməsinin qarşısında maneə ola bilərdi
Faktxeber.com-un «Guardian»-a istinadən verdiyi məlumata görə, İngiltərə hökuməti Yaponiyanın «Fukusima-1» AES-ində olan qəza barədə əsl həqiqətləri gizlədiblər, çünki bu, Britaniyada Atom Stansiyasının tikilməsinin qarşısında maneə ola bilərdi.
Adıçəkilən qəzetin əlinə siyasətçilərin elektron məktubları keçib. Məktubda deyilir ki, Britaniya hökumətinin bir neçə departamenti xalqa AES-nın təhlükəsizliyini nümayiş etdirmələri barədə EDF Energy, Areva and Westinghouse benəlxalq nüvə sənayesinin rəhbərliyinə məktub yazıblar və qeyd olunub ki, kompaniya «nüvə obyektlərinin təhlükəsizliyini göstərməsə bazarda problem yarana bilər». Bir başqa məktubda isə radiasiyanın səviyyəsinin və reaktorun normada olduğu qeyd olunub: «Bu planın bir hissəsidir və biz situasiyanı nəzarətdə saxlayırıq».
Qeyd edək ki, ötən həftə Britaniya hökuməti İngiltərə və Uelsdə 8 yeni AES-in tikilməsini təsdiq edib. Bununla belə, digər Avropa ölkələri, o cümlədən İtaliya, Almaniya və İsveçrə atom sənayesindən imtina eləyiblər.
Комментариев нет:
Отправить комментарий