Yerlə toqquşan meteoritlər, planetimizin üzərində öz imzasını qoyur. Bunlardan ən yadda qalanı Rusiyanın Sibir vilayətində 30 iyul 1908-ci il tarixində baş verən sirli meteorit partlayışıdır.
Bir gün milyonlarla il uzaqdan gələn bir meteorit Yerdə həyata son qoya bilər. Sizə meteoritlərin Yerdə qoyduğu ən sirli və nəhəng izlərini təqdim edirik:
Tunqus: Sibirdəki Tunqus çayına düşən nəhəng meteorit, 50 kilometrlik bir sahədəki bütün ağacları yerlə bir etmişdi. Toqquşma Hirosimaya atılan atom bombasından 1000 dəfə güclü olub.
Willamette meteoritinin Kanadaya düşdüyü bildirilir. Ancaq düşdüyü yerin buzlaq olduğu üçün daha sonra ABŞın Oreqon ştatına sürüşdüyü hesab edilir. 1902-ci ildə kəşf edilən meteorit krateri dünyanın ən böyük altıncı, ABŞın isə ən böyük krateri adını daşıyır.
Avstraliya: Alice Springs şəhərinin yaxınlığında olan Gosses Bluff krateri, 143 milyon əvvəl Yerlə toqquşan meteorid və ya quyruqlu ulduzun izləridir. Bu günə qədər aşkar edilən 170 meteorid toqquşmalarından ən qədimidir.
Gosses Bluffdan kiçik olan Barringer Krateri, ABŞın Arizona ştatında yerləşir. Adı, kraterin təxminən 50 min il əvvəl yarandığını iddia edən Daniel Barringerin şərəfinə qoyulub. Krater, təxminən 49 min il əvvəl, 65 min kilometr sürətlə Yerə düşən nikel-dəmir birləşməsindən yaranan meteorit məhsuludur. Kraterin diametri 1200, dərinliyi isə 170 metrdir.
Kanadanın Quebec şəhərinin şimalında yerləşən Manicougan krateri ətrafında tikilən hidroelektrik stansiyalar, kraterin su ilə dolmasına səbəb olub. Hazırda bu ərazi "Quebecin gözü" adlandırılır.
Nyu Yorkdakı Amerika Təbii Tarix Muzeyində sərgilənən Ahnighito meteoriti, minlərlə il əvvəl Qrelandiyaya düşən böyük meteoritin bir parçasıdır. Ağırlığı 34 ton olsa da, Yerdəki ən böyük "ikinci" meteorit ünvanına sahibdir.
Qanada olan Bosumtvi gölü: Təxminən 1.3 milyon il əvvəl baş verən meteorit toqquşması nəticəsində dərinliyi təxminən 10 kilometr olan nəhəng bir dəlik yaradıb. Dəlik bu gün Bosumtvi gölü kmi tanınır.
faktxeber.com Aysel Məmmədova
Комментариев нет:
Отправить комментарий