İkinci dünya savaşından müzəffər qələbə, hətta deyərdim ki, məzlum xalqların ümid yeri imici ilə ayrılan ABŞ sahib olduğu mövqeyindən ilham alaraq böyük uğurlar üçün strateji hədəflərini müəyyən etdi.
Əslində onun müəyyən etdiyi strateji hədəflər bütün dünyanı öz dirijor çubuğunun itaətində görmək olduğundan bir müddət bu istəyinə sahib olmağı yalnız arzularında gördü. Çünki onun qarşısında dünyada yaşanan ikili qütbün digər lideri olaraq Sovet imperiyası dayanırdı.
Dünyaya sahiblik yolunda başlıca əngəl olan Sovet imperiyasını məhv etmək ABŞ-ın xarici siyasətinin aparıcı xəttini özündə birləşdirdiyindən, bütün gücünü-başlıca olaraq iqtisadi və ideoloji imkanlarını bu istək naminə səfərbər etdi. Soyuq savaş dönəmində baş verən bu amansız rəqabət ABŞ-ın qələbəsi ilə başa çatdıqda isə ABŞ özünü fərəhlə birqütblü dünyanın zirvəsində sandı.
Sovet imperiyasının məhvi ilə külli-ixtiyar sahibi kimi Yeni Dünya Düzəni adı altında dünyanın siyasi xəritəsini öz zövqünə və maraqlarına uyğun formalaşdıran ABŞ bütün bu əməllərini demokratiya donu ilə pərdələməyə çalışsa da, hər kəs onun həqiqi niyyətindən xəbərdar idi. Yeni dünyanın adının necə çağırılacağından asılı olmayaraq ABŞ bu dünyanı öz itaətində görmək istədiyindən dünyanın hər hansı bir regionunda baş verənləri öz nəzarətindən kənara çıxmağa qoymurdu. Mahiyyətcə "qloballaşma" adı altında bütün dünyanı bir əldə idarə olunan modern müstəmləkəyə çevirmək arzusu ABŞ-ın strateji hədəflərini o dərəcədə öz ətrafında səfərbər etmişdi ki, bu yolda ABŞ heç bir addımdan çəkinmədi. Bu isə sonda ABŞ-ıfantastik bir dövlət borcuna-15 trilyon dollar borclu düşməsinə gətirib çıxardı.
Bir vaxtlar dünyada baş verənləri ideoloji təxribatlarla öz nəzarətində saxlamağa çalışan ABŞikiqütblü sistemin məhvindən sonra maskalanmağa ciddi bir ehtiyac duymadı. Bu mənada dünyanı öz əlində və nəzarətində saxlamağa çalışan ABŞ ikiqütblü sistemin məhvindən sonra maskalanmağa ciddi bir ehtiyac duymadı. Bu mənada dünyanı öz əlində və nəzarətində saxlamaq üçün ABŞ daha çox jandarm rolunda görünməyə başladı. Yəni bütün bu addımlarıona görə atır ki, bu addımlar ABŞ-ın maraqlarından irəli gəlir. Sadə bir fakt: İraqa qarşısanksiyalaşdırılmamış müharibəyə başlayan ABŞ bu təcavüzünü guya İraqın dünyaya təhlükə saçan kütləvi qırğın silahlarına qarşı bir humanist addım kimi göstərsə də, sonda heç bir kütləvi qırğın silahı tapılmadıqda, heç tövrünü pozmayan o vaxtkı ABŞ prezidenti həyasızcasına əsl niyyətini etiraf etdi: "İraqın ucuz başa gələn nefti ABŞ-a lazımdır".
Hərbi təcavüz də daxil olmaqla bütün yollara baş vuran ABŞ artıq dünya jandarmı rolunu daşıdığını da gizlətməyə lüzum görmədi. Mayın 24-də ABŞ prezidenti Barak Obama Böyük Britaniya parlamentində çıxış edərək, əslində ABŞ-ın dünyadakı jandarm rolunu rəsmi etiraf etdi. Parlamentorlar qarşısında hətta bu rolla öyünməkdən belə çəkinməyən Barak Obama qürur hissi ilə vurğuladı ki, ABŞ Böyük Britaniyanın dəstəyi ilə dünyanın bu günkü siyasi mənzərəsini formalaşdırdığından aparıcı söz sahibləridir. Hətta Obamanın çıxışından məlum oldu ki, ABŞ-ın bu xidməti qarşısında dünya özünü ona borclu hesab etməlidir. Bu səmimi etiraflardan vəcdə gələn deputatlar Barak Obamanı ayaqda alqışladılar.
Məsələnin diqqət çəkən başqa bir tərəfi orasıdır ki, jandarm olaraq ABŞ öz sözünü daha sərt formada müsəlmanlara deməyə çalışır. Bunun üçün isə baş sındırmağa ehtiyac qalmadan hazırda dünyada baş verənlərə nəzər salmaq kifayətdir. Müsəlmanlar üzərində öz hərbi cəbbəxanasını məmnuniyyətlə sınaqdan çıxaran ABŞ, bir qədər əvvəl "səkkizlərin" görüşündə jandarm rolunda daha bir jest etdi. Rusiyaya guya terrorizmə qarşı mübarizədə yardım etmək adı altında Çeçen mücahidlərinin lideri Doku Umarovun başına beş milyon dollar mükafat qoydu. Azadlıq savaşına qalxan çeçenlərin lideri Dudayevin də 1996-cı ildə öldürülməsinin təşkilatçısının ABŞ olduğunu da heç kəs unutmayıb. Bu məqsədlə Rusiyanıradio dalğaları istiqamətində uçan raketlə təmin edən ABŞ bu addımı ilə Rusiyanı "sözə baxan" dövlətə çevirmək istəmişdi. İndiki addımı ilə həm Rusiyaya öz minnətini sırımaq, həm də bir jandarm olmaqla söz sahibi jestini nümayiş etdirmək istəyir.
Комментариев нет:
Отправить комментарий