16.01.2012

ABŞ sayağı himayə


Zaur Bayramlı

Dünyanın məzlum millətlərini öz caynağında saxlamaq üçün “hamiliyini” nümayişkaranə “humanistliklə” təklif edən ABŞ bu klassik metodunu sınaqdan çəxmış bir yolla- “kökə və kötək” siyasəti ilə həyata keçirir. Doğrudur, ABŞ dirçəlib burnunu dünya işlərinə soxana qədər də bu metoddan yararlananlar olub. Lakin ABŞ-a qədər bu siyasi taktika o qədər bəsit olub ki, cəsarətlə bu siyasi faktın ABŞ-a məxsusluğunu birmənalı qəbul etməli olursan.
Hətta ABŞ bu taktikanı təkmilləşdirib elə mükəmməl hala sala bilib ki, bununla bir siyasi məktəbin təməlini qoymaq şərəfini qazanıb. Bir qayda olaraq özündən zəif bütün dövlətlərə bu yanaşımla yaxınlaşan ABŞ öz uğurunu təmin etmək üçün mühüm bir prinsipə ciddi əməl edir və bunu məcburi variant kimi həyata keçirir: “Kökə və kötək” siyasəti.
Amma bu metodun tətbiqində balans mütləq qorunmalıdır. Bunlardan biri digərindən artıq dozada olanda balans pozulur, nəticə əldə etmək çətinləşir.
Adətən ABŞ caynağına keçirmək istədiyi dövlətlərə öncə “kökə” təklif edir. Səmərəli nəticəyə nail olmadıqda isə, necə deyərlər “çomağın o biri ucunu çevirir”. Yəni “kötək” siyasətini işə salır. Ancaq müəyyən həddən sonra yenidən “kökə” təklif edir. Bununla həm kötəklədiyinə görə könlünü alır, həm də kötək sayəsində “kökələrin” həzm olunmasına nail olur. ABŞ-ın bu taktiki metodunu hər kəs yaxın keçmişdə Liviya üzərində tətbiqini bir daha müşahidə etdi.
Bir qayda olaraq ilkin olaraq daha cəlbedici görünən “kökə” siyasətinə önəm verilir. Bu metodla yanaşımda “kökə”lərin ən dadlısı olan demokratiya vəd olunur. Sözsüz  ki, bu siyasi “kökə”yə yetişmək yolunda, həm də dərhal maddi “kökə” də təklif olunur.
Чья армия сильней, тот миротворец!İkinci Dünya savaşından sonra öncə Amerika qitəsinin dövlətlərinə yağlı “kökə”lər verməklə, bu qitəni bütün dünyanın gözü qarşısında “özəlləşdirdi”. Gələcək niyyətini gizlətməyən ABŞ özünün bu “kökə”yə artan iştahasını təmin etmək üçün ötən əsrin 50-ci illərindən bütün dünyaya “kökə”lər təklif etməyə başladı. Bu məqsədlə həyata keçirilən “Marşall planı” onun “kökə” təklifi siyasətində ən uğurlu addım sayıldı. Ötən əsrin 60-cı illərində isə dünyanın məzlum xalqlarına “demokratiya kökəsi” təklifi ilə dünya müstəmləkə siyasətinə “son” qoydu. Əslində isə bu addımı ilə dünyanın məzlum xalqlarına sahib çıxmaqla müstəmləkəçiliyin modern formasını yarada bildi.
Bəzi hallarda “kökə və kötək” siyasətində intervala düzgün əməl edilmədikdə ABŞ bunun acısını dadmalı olur. Məsələn, ötən əsrin 70-ci illərindən başlayaraq Orta Şərq xalqlarına sahib olmağa çalışan ABŞ ənənəvi olaraq onlara “kökə” təklif etdi. Sovet imperiyasının işğalına məruz qalan Əfqanıstana və İraqa təklif etdiyi “kökə”lər sayəsində həmin ərazilərdə öz adamlarını söz sahibinə çevirə bildi. Belə ki, Ben Ladenin və Səddam Hüseynin ortaya çıxması birbaşa onun qayğısı sayəsində mümkün olmuşdur. Lakin görünür bu klassik siyasətin Orta Şərqdə tətbiqi zamanı balansa düzgün əməl olunmadı. Belə olmasaydı, yəni “kökə”  bol verilməsəydi, həmin kəslər sonradan ABŞ-ın baş bəlasına çevrilməzdi. Vəziyyətdən çıxmaq üçün, ABŞ dərhal “kökə”ni “kötək”lə əvəz edib tarazlığı təmin etməyə çalışdı. Hazırda balansı qismən təmin edən ABŞ yenidən kökə təklif etməyə başlasa da, kötəyin dozasının qaçırılması yerli xalqları təklif olunan kökədən də küsdürübdü.
Keçən əsrin 90-cı illərindən dünya arenasında özünü rəqibsiz görən ABŞ-ın hərəkətlərində daha çox yanlışlıqlara yol verməsi onun “kökə və kötək” siyasətində də baş ayaq vurmaları ilə yadda qaldı. Onun bu baş-ayaq vurmasından Azərbaycan da az çəkmədi.
Cənubi Qafqaza xüsusi maraq zonası kimi yanaşan, bu regionu gələcək planlarında əhəmiyyətli bir məkan hesab edən ABŞ region dövlətlərinə yanaşımda “kökə və kötək” siyasətinin balansında ciddi yanlışlıqlara yol verdi. Azərbaycanı özünün strateji müttəfiqi adlandırmaqla, onun sərvətinə şəriklik edən ABŞ nəticədə “kökə”ni işğalçı Ermənistana, kötəyi isə Azərbaycana təklif etməklə, bu prinsipin balansını kobud şəkildə pozmaqla aləmi bir-birinə vurdu. Azərbaycana ABŞ-ın vurduğu kötəklər elə ustalıqla endirilirdi ki, bunun ağrısı çox sonra hiss olunurdu. Hər halda mahiyyət dəyişmədiyindən ziyan çəkən tərəf də Azərbaycan olurdu. Ancaq yaranmış durum bu balansa tarazlıq gətirməyi tələb edir. Əgər ABŞ-ın yanaşımında “kökə və kötəyin” ünvanı dəyişilməsə, yəni balansa tarazlıq gəlməzsə artıq bundan ziyan çəkən tərəf daha çox ABŞ-ın özü olacaq.
ЖИЗНЬ ВНОСИТ СВОИ КОРРЕКТИВЫ :

Комментариев нет:

Отправить комментарий