14.01.2012

ABŞ xarici borc içərisində batır?


haber

Artıq ölkənin borcu, iqtisadiyyatının bir illik gəlirinə bərabərdir

İslamazeri.az-ın araşdırmasına görə, federal hökumətin kredit borcları, təqaüdçülük borc sənədləri və digər borcların cəmi məbləği 15 trilyon 230 milyard dollara çatıb. Hesablamalar, dekabr ayında ABŞ-ın milli gəlirinin təxminən 15.3 trilyona yüksəldiyini göstərir.

Bu vəziyyət, ABŞ-ın gəliri qədər borcu olduğu mənasını verir. Ekspertlərin hesablamalarına görə, bu vəziyyət hələ uzun müddət davam edəcək. Bununla yanaşı ABŞ-ın borcu iqtisadi gəlirlərini üstələməyə başlayıb. İqtisadiyyatın borcla mütənasiblik təşkil etməsi üçün ildə ən azı 6 faiz artması lazımdır.

2012-ci il büdcə rəqəmlərinə görə borcun önümüzdəki on il ərzində 26 trilyon dolları keçəcəyi gözlənilir.


Xatırladaq ki, ABŞ-ın milli borcu ən son olaraq II Dünya müharibəsi zamanı iqtisadi gəliri üstələmişdi. 1981-ci ildə ölkənin borcu milli gəlirin 32,5 faizinə bərabərkən, Ronald Reaganın başçılıq etdiyi 12 ildə bu nisbət iki dəfə artmışdı. Son böhranla birlikdə isə ABŞ-ın milli borcu milli gəlirinə bərabər səviyyəyə çatdı.

ABŞ Konqresi və Ağ Ev avqust ayında milli borcu azaltmaq üçün təşkilatların büdcələrində qarşıdakı on ildə 1 trilyon dollar kəsilməsi mövzusunda müzakirələrə başladı. 1 trilyon 200 milyard dollarlıq bir qənaətin də, başqa bir qanun çıxarılmazsa, cari il başlayacaq avtomatik xərcləmə məhdudiyyətləri vasitəsiylə edilməsi gözlənilir. Başqa sözlə ABŞ dövləti, gözlənildiyi kimi təşkilatların xərclərini qısaraq borc problemini həll etmək istəyir.

Комментариев нет:

Отправить комментарий