08.01.2012

Ağa



Köhnə stol və stul. Ağanın şəxsi həyatı olduqca sadədir. Bu sadəlik onun yaxınlarının yaşayış tərzinə də keçib. Ağa və onun övladları eyş–işrət əhli deyillər, bu səbəbdən də məqam və mənsəblərindən sui-istifadə etmirlər. Mən bu sadəliyi onların evində görmüşəm. Bir gün Böyük Rəhbər məni öz kitabxanasına dəvət etdi. Mən orada çox köhnə bir stol gördüm, stolun yanında köhnə bir stul da vardı. Onların hər ikisi İslam İnqilabının qələbəsindən qabaqkı dövrə aid idi. Böyük Rəhbər özünün sadə kitabxanasında hələ də həmin stol və stuldan istifadə edir.

Комментариев нет:

Отправить комментарий