09.01.2012

Aysel İsmayılova. ESSE


Gecə olur.Yenə yavaş-yavaş günəşdən gizlənmiş küskün Ay görünməyə  başlayır.Ulduzlar onu qoruyurlarmış kimi bir-bir parlamağa başlıyırlar.Ya da hardasa uzaqlardan günəşin  Ayı görməsi üçün ona yol göstərir,işıq salaraq onun necə qəmgin olduğunu göstərməyə çalışırlar.
Ay isə günəşin onu görməməsi üçün ya parə şəklində olur,ya da....
Yəqin siz də xəbərdar deyilsiniz  bulud və onun uzun illər boyu gizlətdiyi sirrindən.Bəli,Buludun sirri.
Bulud ulduzlar kimi deyildi.Düzdür, o da ulduzlar kimi  Ayı qoruyurdu,amma bu qorumaq nə günəşə yardım məqsədi daşıyırdı,nə də başqa bir şey.Buludun gizlətdiyi həqiqətdən bir tək Göy üzü şahid idi. Bulud da Günəş kimi Ayı sevirdi.
Hər kəs çox yaxşı bilir"Günəş və Ay"əfsanəsini.Bəs "Buludu-un əfsanəsini?Siz də bilmirsiniz buludun gizli məhəbbətini.
O gün günəş Ayı qəm-qüssəyə düçar etdiyi gün,bulud and içmişdi.And içmişdiki, sevdiyinə,yəni Aya heç kəs toxunmuyacaq.Məhz o gün,bulud onun ləkəli üzündəki iztirabı gördü.Gördü və o gündən elə coşub  çağladı ki,göz yaşını yağmurtək yağdırmağa başladı.Fəryadını ildırım tək çaxmaqla bütün göy və yer üzünə hayqırdı.

Bulud Günəş kimi Ayın xalını deyil, özünü sevmişdi.Ki,bu sevgidən nə Ayın,nə ulduzların,nə də Günəşin xəbəri yox idi.Bir tək Göy Üzündən başqa.
O gündən Günəş peşmanlıq hissiylə qovrulsa da,Ayın üzünü bircə dəfə də olsun görməyi arzulasa da,Bulud hər dəfəsində bunu əngəlləyir,Ayın qarşısında dayanaraq onu gizlədirdi.
Ay üzü ləkəli olduğu üçün utanıb çirkin olduğunu düşünərkən,bulud onu bu halıyla da dərin bir məhəbbətlə sevırdi.Hətta bu sevgini birtərəfli,gizlin yaşasa da,o nə şikayətlənir,nə də bundan usanırdı.Bax beləcə bulud öz sevgisini sevgiylə qorumağa çalışırdı.
Gecə olur.Yenə yavaş-yavaş günəşdən gizlənmiş küskün Ay görünməyə  başlayır.Ulduzlar onu qoruyurlarmış kimi bir-bir parlamağa başlıyırlar.Ya da hardasa uzaqlardan günəşin  Ayı görməsi üçün ona yol göstərir,işıq salaraq onun necə qəmgin olduğunu göstərməyə çalışırlar.
Ay isə Günəşin onu görməməsi üçün ya parə şəklində olur,ya da....
Yəqin siz də xəbərdar deyilsiniz  bulud və onun uzun illər boyu gizlətdiyi sirrindən.Bəli,Buludun sirri.
Bulud ulduzlar kimi deyildi.Düzdür, o da ulduzlar kimi  Ayı qoruyurdu,amma bu qorumaq nə günəşə yardım məqsədi daşıyırdı,nə də başqa bir şey.Buludun gizlətdiyi həqiqətdən bir tək Göy üzü şahid idi. Bulud da Günəş kimi Ayı sevirdi.
Hər kəs çox yaxşı bilir"Günəş və Ay"əfsanəsini.Bəs "Buludu-un əfsanəsini?Siz də bilmirsiniz buludun gizli məhəbbətini.
O gün günəş Ayı qəm-qüssəyə düçar etdiyi gün,bulud and içmişdi.And içmişdiki, sevdiyinə,yəni Aya heç kəs toxunmuyacaq.Məhz o gün,bulud onun ləkəli üzündəki iztirabı gördü.Gördü və o gündən elə coşub  çağladı ki,göz yaşını yağmurtək yağdırmağa başladı.Fəryadını ildırım tək çaxmaqla bütün göy və yer üzünə hayqırdı.
����Bulud Günəş kimi Ayın xalını deyil, özünü sevmişdi.Ki,bu sevgidən nə Ayın,nə ulduzların,nə də Günəşin xəbəri yox idi.Bir tək Göy Üzündən başqa.
O gündən Günəş peşmanlıq hissiylə qovrulsa da,Ayın üzünü bircə dəfə də olsun görməyi arzulasa da,Bulud hər dəfəsində bunu əngəlləyir,Ayın qarşısında dayanaraq onu gizlədirdi.
Ay üzü ləkəli olduğu üçün utanıb çirkin olduğunu düşünərkən,bulud onu bu halıyla da dərin bir məhəbbətlə sevırdi.Hətta bu sevgini birtərəfli,gizlin yaşasa da,o nə şikayətlənir,nə də bundan usanırdı.Bax beləcə bulud öz sevgisini sevgiylə qorumağa çalışırdı.

Комментариев нет:

Отправить комментарий