09.01.2012

Professoru saat hesabı 4 manat 69 qəpik qazanan ölkədə, müğənnilər 30 min dollarlıq telefon gəzdirirlər


Sosialist Respublika hakimiyəti zamanı elm adamlarının sosial təminatının yüksək səviyədə təmini hər kəsə məlum həqiqətdir.Dövlət tərəfindən pulsuz mənzil təminatından tutmuş,dövlət hesabına bağ sahələrinin ayrılmasına və yüksək məvacibə qədər hər şey elm adamlarının yüksək həyat standartınnan xəbər verirdi.Orta statistik bir sovet professoru Mərkəzi Komitə rəhbərlərindən daha cox maaş alırdılar.Bu gün professorlar ayda 350 manat maaş aldığı halda,dövlət başcısının maaşı bundan 50 dəfə cox17 min manat,deputatların maaşı isə professor maaşından 6 dəfə böyük məbləğ təşkil edir.Müqayisə ücün onu deyim ki,qanunvericilik hətta ali təhsili olmayanlara deputat olmaq imkanı verir,amma professor olmaq ücün ömür boyu elmi fəaliyətlə məşğul olmaq şərtdir,bəs onda necə olur ki, ali təhsilə belə ehtiyac olmayan deputatın maaşı professor maaşını dəfələrlə üstəliyir.

Azərbaycanda müğənnilər var ki,onların bir mahnı oxumasına 10-15 min manat pul verirlər.Nazir övladlarının toyunda oxumaq ücün xaricdən gətirilən müğənnilərə 150 min dollardan 2 milyon dollara qədər qanarar ödənir.Qəbələ musiqi festivalında iştirak ücün xarici qonaqların bəzilərinin hesabına milyonlarla dolar pul kecirilir,amma elm adamlarının sosial təminatına gələndə büdcədə pul tapılmır.Sual olunur necə olur ki,hec bir musiqi təhsili olmayan,toy cadırından sənətə gələn müğənnilər 30 min dollarlıq telefonlar gəzdirirlər,amma bütün ömrünü elmi texniki tərəqqiyə qurban vermiş insanlar saat hesabı 3-4 manata,qəpik -quruşa işlədilirlər.
Müğənni Manaf Ağayevin 30 min dollarlıq ceb telefonu,azərbaycanlı professorun 10 illik maaşı qədər məbləğ edir.Sözügedən müğənninin bircə eynəyinin qiyməti azərbaycanlı dosentin 1 illik  maaşı qədər pul edir.
P.S.Liberallar iddia edirlər ki,kapitalizmdə kiminsə varlı kiminsə kasıb olması guya hər kəsin ağılından asılı olan bir şeydir.Əgər belədirsə onda sual cıxır necə olu кi,ömründə bir kitab üzü acmamış,orta məktəbi gücbəla ilə başa vurmuş müğənnilərin cəmi bir klipə xərclədiyi pulu azərbaycanlı professor hec 30 ilədə qazana bilmir???….belə cıxmırmı ki,ya Röyalar,Aygün Kazımovalar cox ağıllıdırlar ya da,professorlarımız cox axmaq…

kommunist.biz

Комментариев нет:

Отправить комментарий