17.01.2012

Düşmənləri STALİN haqqında deyirdilər…

Mənim zənnimcə tarixi şəxsiyətlər barədə dostların yox düşmənlərinin dedikləri daha səmimidir və həqiqətdir.Cox az tarixi şəxsiyyət tapmaq olar ki,düşmənləri onun barəsində müsbət danışmış olsun.Stalin o tarixi şəxsiyyətlərdəndir ki,hətta düşmənləri belə onun barəsində müsbət fikirlər söyləmişdirlər və acıq etiraf etmək lazımdırki Stalinin ən böyük,ən kəskin tənqidciləri düşmənlər yox bir zaman onunla bir komandada işləmiş şəxsi dostluq münasibətləri olmuş kommunistlərdir.
İngiltərənin ən harizmatik baş nazirlərindən olmuş SSRİ-yə qarşı 14 dövlətin müdaxiləsinin təşəbbüskarı və soyuq müharibənin memarı Uiston Cörcill görün Stalin haqqında,həmdə ingilis parlamenti qarşısındakı cıxışında nə deyirdi:”…işdə olduğu kimi söhbətlərində də elə sərt və amansız idi ki,hətta mən-İngiltərə parlamentinin tərbiyə etdiyi bir adam ona qarşı hec nə edə bilmirdim… Məqalələrini və nitqlərini Stalin özü yazırdı və onun əsərlərində azman bir qüvvə vardı.Stalində bu qüvvə o qədər böyükdürki,o,bütün dövürlərin və bütün xalqların rəhbərləri sırasında təkrarolunmaz kimi görünür”.


Bir cox kommunistlər Stalinin şəxsiyətinə pərəstiş haqqında yalan və əsli olmayan ssenarilər yazıb dövrüyəyə buraxanda,Stalini və stalinizmi topa tutanda onun adının cəkilməsini belə qadağan edəndə(Xuruşov revizionizmi)görün Cörcill Stalin şəxsiyyətinin böyüklüyü haqqında nə deyirdi:”Stalin..Yalta konfransı kecirilən zala girərkən biz hamımız ,sanki komanda verilmiş kimi ayağa durduq və maraqlısıda odurki biz farağat vəziyyətində  dayanmışdıq.”
Budur Stalin şəxsiyətinin böyüklüyü,bütün dünya  xüsusi ilədə İMPERİALİST dünya bu böyük şəxsiyyət qarşısında ayağa dururdu və həmdə farağat komandasında dayanırdı.Nə ücün? onlar Stalindən qorxurdular?…axı bəziləri iddui aedirlərki bu şəxsin şəxsiyətinə olan ehtiram,pərəstiş guya ancaq qorxuya əsaslanırdı.Yox onun şəxsiyəti qarşısında o adamlar farağat dayanırdılar ki.onlar böyük imperialist dövlətlərin rəhbərləri idilər.O imperialistlər ki,on il əvvəl SSRİ-ni dövlət kimi tanımırdılar,amma sonra Stalinin əlini sıxmaq ücün növbəyə dururdular.Bu ehtiramı,hörməti Stalin bəşəriyyət qarşısındakı inkarolunmaz xilaskarlıq missiyasıyla,polad iradəsi və ağlıyla qazanmışdı.Cörcill deyirdi:”Rusiyanın ən böyük xoşbəxtliyi onda idiki,tarixin ağır sınaq illərində ona dahi və yenilməz sərkərdəStalin rəhbərlik etmişdir.
O,bizim yaşadığımız sərt dövrümüzə …tamamı ilə uyğun olan görkəmli ,məşhur şəxsiyyət idi…Stalin olduqca mürəkkəb şəxsiyyət idi.O,nəhəng bir imperya yaradıb özünə tabe etmişdi.O,bizi acıq şəkildə imperialist adlandırırvə imperialistlərə qarşıda vuruşmağa məcbur edir,düşmənini öz düşmənlərinin əli ilə məhv edirdi.
Stalin cox böyük tayı-bərabəri olmayan diktator idi.O,Rusiyanı xışla qəbul etmiş,atom silahıyla qoyub getmişdir.
Yox,belə insanları tarix və xalqlar yaddan cıxarmayacaq”.
Bütün bunları saytda işıqlandırmaqda məqsədimiz hecdə Stalin şəxsiyyətini ilahiləşdirmək deyil,sadəcə bu böyük inqilab fədaisinin şəxsiyyətinə qarşı atılan iftira və böhtanlara cavab verməkdir…düzdür sadə,təmənnasız xalq kütlələri onsuzda hər zaman olduğu kimi bu gündə Stalini ehtram və hörmətlə xatırlayırlar,indi azərbaycanda harada qanunsuzluq,haqsızlıq,narazılıq görürsən orada tez-tez bu sözləri eşidirsən”Stalin olsaydı bu əclaflara nə divan tutardı”.Bizim sadə xalq tərəfindən hec bir problemimiz yoxdur,problem Soros Fondları kimi imperialist qurumlardan maliyə təmənnası uman bəzi “ziyalılardır”,məhz belələri məqsədli və qərəzli cızma qaralarla ictimayətin düşüncəsini rəyini azdırmağa calışırlar,amma boşuna burjua ədalətsizliyi,haqsızlığı hər addım başı Stalin şəxsiyyətinə hörmət və ehtram aşılayır…necə deyərlər kapitalizmin iyrəncliklərini gördükcə istər-istəməz Stalinlərə,Bağırovlara rəğbət artır,bu qarşısıalınmaz və təmənnasız sevgidir. 

Комментариев нет:

Отправить комментарий