17.01.2012

Siz bizi aldatdınız!!!…Oğurluğa son qoyulsun!!!…Oğrular Türməyə!!!


Rumunyada hökumətin islahatlar paketi əhalinin haqlı narazılıq dalğasıyla qarşılaşıb.İlkin tibbi yardım sahəsinin,səhiyə müəssələrinin özəlləşdirilməsini nəzərdə tutan islahatlar paketini rumunlar vətəndaşların biznesmenlər tərəfindən qarət olunması hesab edirlər.Minlərlə insan kücələrə cıxaraq Trayan Basesku hakimiyətinə lənətətlər yağdırıblar.Qəzəbli kütlənin parlamentə axınının qarşısı polis lər tərəfindən kəsilib.Baş verən toqquşmalarda onlarla mitinq iştirakcısı həbs olunub.Mitinqcilər”Siz bizi aldatdınız!!!”,Oğurluğa son qoyulsun!!!”şüarlarını səsləndirərək islahatlar paketi geri götürülmüyüncə etirazlarını davam etdirəcəklərini söyləyiblər.
Onuda qeyd edək ki hələ bir-necə ay öncə Rumunyada əlillərə verilən dövlət müavinətlərinin ləğvi gündəmə gələrkən jurnalistlərdən biri özünü parlamentin balkonunnan ataraq intihar etmişdir.Sonradan məlum olmuşdur ki,”Siz gələcəyimizi məhv edirsiniz!!!”deyə qışqıran bu şəxs özüdə əlil uşaq atasıdır.
Maraqlıdırki hökumətlərin xalqın qarətinə yönəlmiş siyasətlərinə ABŞ-dan tutmuş Rumunyaya qədər bütün dünyada etiraz səsləri ucalsada,Azərbaycanda hökumətin bənzər soyğunculuq aktları sükutla qarşılanır.Deyə bilməırəm bəlkə bizim xalqımız dəfn olunan hüquqlarını,güzəştlərini bir dəqiqəlik sükutla yad edir,hər halda susqunluq həmdə razılıq əlamətidir.Susuruqsa deməli razıyıq,əks halda :-daha sükut pozulsun!!!

Комментариев нет:

Отправить комментарий