09.01.2012

Eldar Cəfərov anasının adına olan 440 min manat pulu birjaya yatırdıb...


"KredAqro"nun keçmiş direktoru haqqında yeni iddia

Redaksiyamıza maraqlı məlumat daxil olub. Şikayətçi Ramiz Əliyev yazır: "Hörmətli redaksiya! Sizi çox maraqlı bir məsələdən agah etmək istəyirəm. 
Belə ki, ötən ayın-dekabrın 2-də qalmaqallı keçmişinə görə işdən uzaqlaşdırılan "KredAqro" BOKT-nin keçmiş direktoru Eldar Cəfərov məsuliyyətdən yayınmaq üçün anası Xatın Cəfərovanın adına  olan "Invest Kredit" BOKT-dakı 440.000 AZN-lik səhmi işdən çıxandan sonra-dekabrın 23-də dayısı oğlu Nağıyev Rauf Camal oğlunun adına kecirmişdir. Amma düşünürük ki, Eldar Cəfərov bunu gizlədə bilməyəcək. Ən azından Vergilər Nazirliyi Nağıyev Raufdan 440.000 AZN pulun taleyini və haradan aldığını soruşacaq..."

Qeyd edək ki, şikayətçi həmçinin həmin 440 min manatın yatırıldığı birjanın saytındakı məlumatı da təqdim edib. Biz həmin sayta daxil olaraq (www.bfb.az) bunları öz gözlərimizlə gördük. Odur ki, aşağıda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "İnvest Kredit BOKT" MMC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti barədə rəsmi məlumatını təqdim edirik:
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "İnvest Kredit BOKT" MMC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.
Emissiyanın parametrləri aşağıdakı kimidir:
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
"İnvest Kredit BOKT" MMC-nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.
Əlavə şərhə ehtiyac varmı?
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

tezadlar.az

Комментариев нет:

Отправить комментарий