09.01.2012

Kamikadze oğulun ata Mir Cəfər Bağırova məktubu


Bu məktubun hər sətirini qurğuşun kimi əridib məmur, nazir balalarının qulağına gözlərinə tökmək lazımdır

Hec inana bilmirəm ki,”Qarabağ”adına kafe-priton işlədənlər qarabağ ücün ölə bilərlər

Əziz ata !
İki ay yarımdır ki,mən öz yerimdə sayır,indi belə qiymətli olan cörəyi yeyirəm.Vətənimiz təhlükədə olduğu,minlərcə gəncin döyüş bölgəsində canını və qanını əsirgəmədiyi bir vaxtda müşahidəci mövqeyindəyəm.
Lakin mən ən şiddətli döyüş yerlərində olmalıyam.Cünki sənin oğlunam,Vətənimin oğluyam, Partiyamızın oğluyam. Kaş biləydin, mən adamların gözlərinə baxanda necə xəcalət cəkirəm.

Cavan,sağlam olsamda arxa cəbhədə vaxt kecirirəm. Səndən xahiş edirəm ki, mənim cəbhəyə getmək məsələmin həllini sürətləndirəsən. Mənə onların iki ay yarımdı gözlədiyim şöhrətli təyarələri lazım deyil. Hətta U-2 təyarəsində ucmağa razıyam. Yalnız fəaliyətsizlik, döyüşdən kənarda qalmaq məni sıxır.Bir həftədə dözə bilərəm.Amma bundan sonra döyüşə yollanan hər hansı bir hissəyə qoşulub cəbhəyə gedəcəyəm.Səbirsizliklə cəbhəyə göndəriləcəyim günü gözləyirəm.Sübut edəcəycəyim ki,sənin oğlun sənə və Vətəninə layiqdir…
                                                                             Cahangir Bağırov 4.2.1943

Qvardiya baş leytenantı Cahangir Bağırov atası,Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri olan Mir Cəfər Bağırova bu məktubu  yazarkən 24 yaşı vardı.Məlumat ücün deyək ki,Cahangir Bağırov 1942-ci il Serpuxov ətrafında döyüşlərdə yaralanaraq müalicə ücün arxa cəbhəyə qospitala təxliyə edilmişdir.Cahangir hələ 19 yaşı olanda Hərbi-dəniz təyyarəcilik məktəbini və Daşkənd hərbi piyada məktəblərində oxumuş və alman faşizmi SSRyə hücum edərkən ilk döyüşə göndərilənlərdən olur.C.Bağırov yaralanıb qospitala düşdükdən sonrada boş oturmamış,sağalan kimi təyarəcilik peşəsini dahada təkminləşdirmək ücün Təyarəcilik kursu kecir.Artıq özünü tam sağlam hesab edəndə atasından onun yenidən ön cəbhəyə göndərilməsini xahiş edir.Gənc təyarəci tezliklə döyüşlərin ən qızğın yerinə göndərilir,1943-cü il iyunun 5-də Cahangir Bağırovunda daxil olduğu qırıcı eskadriliya faşist hava hücumunun qarşısını almaq ücün ucuş əmri alır,şiddətli hava döyüşündə faşistlərin qırıcıları vurularaq məhv edilir,lakin düşmən qırıcılarından birinin zədələnsədə hələ döyüşü davam etdirdiyini görən qızıl şahin faşist qırıcısıyla üz-üzə gəlir,sursatın tükəndiyini görən Cahangir son carə kimi kamikadze döyüşünə gedir və idarə etdiyi qırıcını faşist təyarəsinə cırparaq onu özü ilə birlikdə məhv edir.Bu şücaətinə görə Cahangir Ba]ırova ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adı verilməsi qərarlaşdırılsada Mir Cəfər Bağırovun etirazından sonra  Lenin medalıyla təltif olunur.M.C.Bağırov oğlunun fəxri xiyabanda dəfininədə etiraz edir”mənim oğlum kimdən artıqdır,ümumi qardaşlıq qəbristanlığında dəfn edilsin”deyir.
Cahangir Bağırov 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüydü və qəhrəmancasına həlak olmasıyla özünündə dediyi kimi”Vətəninin,Partiyanın”oğlu olduğunu qanıyla,canıyla sübut etdi.
İndi bu məktubun hər sətirini qurğuşun kimi əridib məmur,nazir balalarının qulağına gözlərinə tökmək lazımdır ki, bəlkə kar qulaqları eşidə kor gözləridə görə ki

BİZİ VƏTƏN CAĞIRIR !!!

P.S. Bu yazını hazırlayarkən televizya kanallarının birindən eşittimki  Yeni Azərbaycanda klinika fəaliyət göstərir,yeni azərbaycanlılar əməliyyat yolu ilə kişilikdən azad olub qadınlığa mərhaba deyirlər.Cərrah Camal Əzimzadə müsahibəsində bildirir ki,hər kecən gün qadın olmaq istəyən”kişi” müştərilərmizin sayı kəskin artır,qiymətlərsə olduqca ucuzdur….Əlbətdə Avropa Şurası qarşısında əxlaqsızlığı və homoseksualizmi himayə edəcəyiylə bağlı öhdəlik götürən yeni azərbaycandan da elə ancaq bunu gözləmək olardı….vəzifəlilərin övladları nəinki hərbi xidmətdən yayınaraq fərari olurlar hələ üstəlik onların coxu Azərbaycan vətəındaşlığından belə imtina edərək əcnəbi vətəndaşlığa kecirlər, lazım gələndə ingilisədə ərə gedirlər. Sabiq nazirlərdən Heydər Babayevin”oğlu”buna bariz sübutdur.
Sovet Azərbaycanında belə əxlaqsızlar CİNAYƏT hesab edilirdi,20 yaşlı yeni azərbaycanda isə əksinə ictimai normaya cevrilir…1 milyona ayı kababı yemək,bir gecəlik məşuqələrinə 35 min avroluq timsah dərisindən canta bağışlamaq,yüzlərlə azəri qızının bəkarətini satın alıb ona əxlaqsız həyata vəsiqə vermək hazır ki vəzifəlilərin ərkəsöyün övladlarının məşğuliyətlərindən sadəcə bir necəsidir…toylarda ayaqlarının altına camadanlarla dollar səpib üzərində oynamaq fərari yeni azərbaycanlıların yeni həyat kredosudur…sonrada 7 ulduzlu mehmanxanalarda,parıltılı zallarda azəri bayrağını köynək kimi əyinlərinə sarıyıb “vətənpərvərlik”pozları verirlər…”lazım olsa qarabağı alacağıq”deyirlər.Hec inana bilmirəm ki,”Qarabağ”adına kafe-priton işlədənlər qarabağ ücün ölə bilərlər.
Bir dəfə televizya verlişlərinin birində M.C.Bağırov haqqında danışılanda indi vəfat etmiş rejissorlardan biri nümayişkarənə tərzdə studyanı tərk etmək istədi,səbəb kimi isə Bağırovun guya öz xalqının cəlladı olmasını bildirdi.Mehriban Ələkbərzadəninsə həmən şəxsə cavabı cox orjinal idi”əgər sən belə düşünürsənsə deməli M.C.Bağırov haqqında hec nə bilmirsən”….Əmin ola bilərsinizki bu həqiqətəndə Mehriban Ələkbərzadənin dediyi kimidir… M.C.Bağırov haqqında hec nə bilməyib studyanı tərk etmək istəyənlər varsa onlara məsləhətim budur ki,sözügedən məktubu oxuyub bu gün ki rüsvaycılıqlarla müqaisə edin və özünüzdən soruşun”bu rüsvaycılıqları yaşamaqdansa boyununuza ip salıb nə ücün həyatı tərk etmirsiniz”…

kommunist.az

Комментариев нет:

Отправить комментарий