17.01.2012

Elif toya hazırlaşır


Özgü Namal evlənməyə hazırlaşır. ”Kurtlar Vadisi”nin Elifi Özgü Namal 2 illik sevgi münasibətlərini evliliklə yekunlaşdırmaq istəyir. Oktay Kaynarca ilə uzun müddət sevgili olan Namal, ondan sonra Sezen Aksunun oğlu Mithatcan Özerle də qısa sevgi həyatı yaşadı. Lakin 2010-cu ilin iyul ayında tanış olduğu iş adamı Başar Savurun həyat yoldaşı olacağına əmin olduğunu qeyd edib. Hər yerə birlikdə gedən cütlük münasibətlərinin 2-ci ildönümünü nikahla qeyd edəcəklərini bildiriblər. Jurnalistlərin evlilik nə zaman sualına gözəl aktrisa “qismətsə, yazda olacaq”,-deyə cavablandırıb.

Комментариев нет:

Отправить комментарий