15.01.2012

Gecənin şeir payı

Aydın Xan Əbilov

Gizlət məni, qurbanın olum, ay qaranlıq aləm:
Reallıqdan, dünyadan, həyatdan, insanlardan,
Xatirələrimdən, sevgimdən, doğmalarımdan...

Qaralt, özün kimi həyatımı-günümü bu zaman,
Qoy, ay gecə, sənin kimi sirli zülmətə çevrilim.
Kimsə qəlbimi, ruhumu, sevgimi, baxışlarımı oxuyammasın...

Gecəyə çevrilsəm də, fəqət hər vaxt, təkrar-təkrar,
Hər yerdə olum, hamıya təsir edim, mənzsiz olmasın heç nə -
Qaranlıq ruhum, sevgim, həyatım, duyğularım, günlərim...

Hamını qara xəyal tək izləyim, sevdiklərimi də, dostlarımı da,
Toxunum yanaqlarına, həyatlarına, sevgilərinə, sevinclərinə,
Fəqət xəbərləri olmasın heç zaman mən gecəyəoxşardan...

Sənin tək vaxtında doğulum, danyeri söküləndəsə, yox olum,
Sevdiklərimin həyatının başlanğıcına, ya da sonuna varım.
Onların uşaqlıq, gənclik və ölüm anlarında yanlarında olum...

Bax, sevdiyim ilk addımlarını atır, şirin yuxu görəndə gülümsədi,
İlahi, ilk öpüşü mənlə deyilmiş demə, öləndə nə dəhşətliymiş...
Yox gecə, sən, çox dəhşətlisən, həqiqətləri göstərmə mənə...

P.S. Gecələrə çevrilmək yox, yatmaq lazımdır məncə... (((

Комментариев нет:

Отправить комментарий