08.01.2012

İlk fahişələr


Azər Adıgözəlzadə

Qadının çata biləcəyi
ən yüksək zirvə
analıqdır əlbət,
ən alçaq təbəqə də fahişəlik.
Eləysə, ananın fahişəlik etməsi
təsəvvür edilməz bir dəhşət.
Bəs, ana olmayan qadının
bədənini satması-
cisminin fahişələşməsi
faciə deyilmi?!
Daha betər olan isə,
ruhun fahiləşməsidir.
Görəsən, cəmiyyətimizdə
ruhu fahişələşmiş
neçə qadın var?

Bir də, hər gecə
bu qadınlarla yatağa girən
kişilərin sayını necə,
varmı bilən?
Nəzərə alsaq ki,
qadını fahişə edən
yatdığı kişilərdir,
onda belə kişilər
ilk fahişələrdir..
Və bir kişinin
bu cür fahişəliyi
onun qeyrətinin
acı sükutu,
qeyrətin sükutu da
cəmiyyətin süqutu
deməkdirsə,
Nə üçün axı qeyrət
həbs olunur?..

Комментариев нет:

Отправить комментарий