Qarazəncir Antimason Lojası
ABŞ və İsrail nəinki İranın, istənilən dünya ölkəsinin inkişafına ciddi-cəhdlə mane olmağa can atırlar
İran xalqı son zamanlar elm və sənaye sahəsində misilsiz irəliləyişlər etməyə başlayıb. Sülhməramlı nüvə texnologiyasında nailiyyət də məhz bu sıradandır, İran xalqına baş ucalığı gətirən ən böyük nailiyyət hesab olunur.
İran Respublikasının uranı zənginləşdirmək üsulu ilə nüvə yanacağı istehsal etməsi rəsmi surətdə 2008-ci il ölkə prezidenti tərəfindən elan olundu. Bu hadisə prezidentin Məşhəd şəhərinə səfəri zamanı tarixə yazıldı. İndi həmin gün İran təqvimində “Milli Nüvə Texnologiyası Günü” adlandırılır.
Bu nailiyyətin ölkə üçün əhəmiyyəti bundan ibarətdir ki, iqtisadi sanksiyalar və bütün məhdudiyyətlərə baxmayaraq, iranlı mütəxəssislər ən yüksək zirvələri fəth edib. Elə bu cəhətdən də masonların əlində olan Qərb ölkələri və ABŞ İrana təzyiqlərini gücləndirib, siyasi cəhətdən məhdudiyyətləri daha da artırmağa başladılar. Çünki onlar Con Kelmanın “Komitet
İranda nüvə texnologiyasının inkişafı çox dəyərli və əhəmiyyətli bir təcrübədir. Çünki İran elmi zirvələrə yetişib, ötən geridəqalmanın ağır nəticələrini aradan qaldırmaq üçün irəliləyişə ehtiyacı vardır. Bu isə yalnız özünə etimad və əsil elmi mənbələrə arxalanmaqla mümkündür.
İran Atom Enerjisi Stansiyası 1974-cü ildən nüvə fəaliyyətinə başladı. İslam İnqilabından sonra nüvə sahəsində hərtərəfli araşdırmalar apardı. Nüvə tibb texnologiyası AES vasitəsilə enerji istehsalı, aqranomika, kənd təsərrüfatı, mədənçilik və sənayedə nüvə texnologiyasının vacibliyini sübut etdi. Artıq “Sarı Tort” istehsalı ən yüksək müvəffəqiyyətin göstəricisidir. İran ötən 4 il ərzində yeni nəsil sentrafuqaların istehsalına da başlayıb. İsfahan, Ərak və Nətənz kimi şəhərlərdə zənginləşdirilmiş uran vasitəsilə yeni tibb və sənaye sahələrində nailiyyətlər əldə olunub. Nüvə texnologiyasının tibbi sahədə, ərzaq, əlacsız xəstəliklərin sağalması, sənaye və bir sıra modern elmlərdə böyük faydaları vardır ki, İran da bu imtiyazlardan faydalanır və inkişaf etdirməyə çalışır.
Комментариев нет:
Отправить комментарий