01.01.2012

Masonların Rusiyaya hücumu: əsas qorxu islamdır


İbrahim Sel
Professional Oxucu Liqası

Uçqun kimi böyüyən fahişəlik, pornografiya, narkotik, şiddət və cinsi pozğunluq, içki və qumar Rusiyanı yeni dünya nizamına inteqrasiya halına gətirir

Masonluq tədricən fahişəlik, narkotik, cinsi pozğunluq, anarxiya, mafiya kimi “kapitalist imkanlar”ı xalqın içərisinə yeritməyə başlayır

 MASONLAR GƏLİR. Sovetlərdə illər boyunca masonluğa qarşı saxta bir düşmənçilik siyasəti tətbiq olunurdu. “Totalitar rejimlər, diktatorlar masonluğa qarşıdır” imicinin yaradılması üçün, Sovetlərdəki lojalar Trotski dövründən etibarən rəsmi olaraq bağlanılmağa başlandı. “Rəsmi olaraq” demək lazımdır, çünki Sovetlərdə realda masonik fəaliyyətlər bütün sürətiylə davam etdirilmişdi.

 Rusiyanın kapitalizmlə tanış olmasıyla birlikdə mason lojaları fəaliyyətlərini daha açıq şəkildə icra etməyə başladılar. Ard-arda qurulan lojalar, bütün Rusiya diametrində üzv artımı üçün təbliğata başladı. Fransız L'Express jurnalı “Şərqin Masonlar tərəfindən işğalı” başlıqlı yazısında Rusiyadakı masonik fəaliyyətləri belə izah edər: “28 Aprel 1991-ci ildə qəti bir məxfilik içində Şimal Ulduzu Lojası ilk yığıncağını keçirdi. Harada? Moskva ətrafında, taxta bir evdə. Daha sonra səssiz bir şəkildə Novikov Lojası quruldu. GLF (Fransız Böyük Lojası) öz divarları arasında Pouchkine adlı bir slav lojasını saxlamaqdadır. 18 Avqust 1991-ci ildə Pouchkine Lojasının Ustadı və 6 yoldaşı Moskvaya gəldilər. Ustad doğulduğu şəhər olan Odessanı 1922-ci ildə tərk etmişdi. Baqajlarında mərasim vəsaitləri vardı: qılınclar, gönyeler, önlüklər.
 Şimal Ulduzu Lojası bütün Rusiyada təbliğat yoluyla yeni masonlar axtarışına başladı. Lojasının ustad üzvü belə deyirdi: “Reklamlar vasitəsilə böyük bir özünü yeniləmə işləri aparacayıq”.
 Bu proyektə dəstək olan Liberty Radiosu 2 saatını masonluğa ayırdı. Redaksiyaya Vilnusdan, Bakıdan, Kiyevdən Azadlıq, bərabərlik, qardaşlıq” kimi mason lozunqları ilə dolu məktublar daxil oldu.
 Tədricən masonların gücü getdikcə böyüyərək dövlət adamlarını, hətta Yeltsini idarə edə biləcək vəziyyətə gəldi. Rusiya qəzetlərinin yazdığına görə, masonların təsir sahələri Yeltsini, Qavril Popovu (Moskvanın Bələdiyyə başçısı), Yakolevi (Qorbaçovun məsləhətçisi) də əhatə edirdi. L'Express qəzeti 17 yanvar 1992-ci il nömrəsində yazırdı ki, Rusiya artıq iki ayrı ölkəyə, iki ayrı cəmiyyətə bölünür. Bir tərəfdə keçid dövrü iqtisadiyyatının böyük vurğunları olan Mercedes-Bents-li, BMW-li kiçik bir azlıq, digər tərəfdə səhər-axşam kartof yeyən, bir gecə klubunun üzvlük haqqı olan 40 min rublu bir ildə qazana bilməyən əksəriyyət. Bir rus sosioloqu həmin illər Rusiyasının iqtisadi vəziyyətini Herald Tribune qəzetinə belə qiymətləndirir: “Bir az Amerikanın 20-ci əsrin əvvəllərindəki vəziyyətini xatırladır. Rokfeller ailəsinin də dişindən-dırnağından artıraraq, tər tökərək pul qazandığına yəqin ki inanmırsınız”.
 Analitiklər qeyd edirdilər ki, Rusiya getdikcə çöküş nöqtəsinə yaxınlaşır. Ölkənin zənginliyini istismar etməyə başlayan azlığın qarşılıqlığında, çox böyük əksəriyyət səfalət çəkir. Moskva küçələrində həyatda qalmağa çalışan bu insanlar, son vəziyyətin ibrət verici nümunələri idi...
 Bu ərəfədə İsrailin Moskvadakı nümayəndəsi Arye Levin 10 May günü Moskvanın ən lüks otellərindən birində İsrailin dövlətinin qurulmasının 41-ci ildönümü ilə əlaqədar mərasim təşkil edir. Ardından 600 qədər yəhudinin qatıldığı Moskvadakı yeni Yəhudi Mədəniyyət Mərkəzində etdiyi çıxışında həyəcan verici bir gün yaşadıqlarını deyir. Mərasimə dəvətə bir çox yarı rəsmi və üst səviyyəli Sovet mövqeliləri ilə Moskva kübar cəmiyyətindən bir çox tanınmış şəxsiyyətin qatıldığını dilə gətirir. Levin onları “Moskva kübar cəmiyyətinin kremi” olaraq xarakterizə edir.
 MASONLAR RUSİYANI MƏHVƏ SÜRÜKLƏYİR. Rusiyadakı yəhudi maliyyəçilərin idarəsi getdikcə fəallaşmağa başlayır. Yeltsinin iqtisadi məsləhətçiliyini də edən bu yəhudi kapitalistlər Rusiyanın onlara lazım olan xəttə gəlməsində əhəmiyyətli rol oynamışlar. Moskvanın yeni maliyyə liderlərinin Yevgeni Kissini Rus Kurs Bankının rəhbəri olaraq təyin etməsi də bunun göstəricisi idi. Sovetlər Birliyinin və Sovet Xarici Kurs Bankının çökməsindən, xarici kurs bazarındakı bir boşluğu gözlədikdən sonra bu adam bankdakı vəzifəsindən gedir.
 Ölkənin iqtisadi və siyasi cəhətdən yenidən qurulmasında gənc yəhudilər qabaq sırada yer aldılar.  Lev Vemberq ölkənin öncül iş adamlarından biri olaraq mövqeyini gücləndirir, Rus Emalatçılar Birliyinin sədri seçilir. Həm Vemberq, həm də əhəmiyyətli bir iş adamı olan Konstantin Bozovay ölkə prezidenti Boris Yeltsinin iqtisadi məsləhətçiləri olurlar. Uzun müddətdən bəri ilk dəfə bir yəhudi, Moskvanın rəhbərliyində mühüm bir rola sahib olur. Bu adam 36 yaşında, Demokratik Partiya lideri və Moskva Qubernatorunun baş assistenti olan Zoslovskiy idi. Bu adam Yəhudi Komunal Təşkilatları ilə sıx əlaqədə idi. 
 Yeltsinin iqtidara keçməsi ilə Rusiya, onun “söz verdiyi kimi” hər keçən gün daha da kapitalistləşməyə başlayır. Uçqun kimi böyüyən fahişəlik, pornografiya, narkotik, şiddət və cinsi pozğunluq, içki və qumar Rusiyanı yeni dünya nizamına inteqrasiya halına gətirir. Əslində bu, Marksın nəzərdə tutduğu “komunal cəmiyyətə” çatmaq üçün daha kəsə bir yol idi. Leninin istədiyi üsulun daha fərqlisi olsa da, hədəf eyni idi. Masonlar tərəfindən də hər şey çox yaxşı hesablanmışdı.
 Yeltsin ilə Rusiyaya yerləşdirilən kapitalizm ölkənin gələcək çöküşünə şərait yaradır. Kapitalizmin əxlaqsızlığı təşviq edən bir çox xüsusiyyəti, Rusiyada artıq çox geniş şəkildə müşahidə edilməkdədir. Masonluq tədricən fahişəlik, narkotik, cinsi pozğunluq, anarxiya, mafiya kimi “kapitalist imkanlar”ı rus xalqı içərisinə yeritməyə başlayır. Bir neçə dollara satılan qızlar, yerlərdə yatan sərxoşlar, yemək axtaran uşaqlar- dünən sosialist rejiminin hökm etdiyi yerdə bu gün xaos hakimlik etməyə başlayır. Və 12 milyonluq şəhərdə insanların gündəlik həyatı getdikcə daha da çətinləşir. Rus xalqının içinə düşdüyü utandırıcı və dəhşətli vəziyyət, mənəvi dəyərlərini itirmiş bir cəmiyyətin böyük bir eniş yaşadığının göstəricisi idi.
 Moskvada ölülərin sayı getdikcə artır. Kasıblaşan kirayəçilər, ailələri tərəfindən qətl edilən uşaqlar, narkotikdən ölənlər, mafiya tərəfindən qətlə yetirilən günahsızlar. Hər il güc tətbiq etməkdən meydana gələn ölümlərin sayı 20 faiz artır. Narkotik hər yerə yayılır. Marixuana və opium baş alıb gedir. Yalnız iki ay içində narkotikdən cinayət işi 300 faiz artmış vəziyyətdə olur. Məzar işləri çox bahalı olduğu üçün ölüləri qohumları belə gəlib götürmür. Moskva tədricən insan yeyicisinə çevrilir, zəif olanı yox edir. Budur masonluq! Hər moskvalıya ildə 129,8 kq zərərli maddə düşür. Şəhər ətrafında 11 Atom reaktörü və 700 radioaktif bölgə var. Hər üç moskvalı uşaqdan ikisi xəstə olaraq dünyaya gəlir. İbtidai məktəb yaşındakı uşaqlar çalışıb pul qazanırlar. Gündə 100 rubl qazanıb bir qisimini mafiyaya verirlər, qalanıyla ailələrini bəsləyirlər. Şəhərdə heç bir sərhəd, əxlaq yoxdur. Qəzetlərdə belə elanlara rast gəlinir: “Hər yaşdakı qadınla seks edə bilərsiniz”.
 Kommunist rejiminin ardınca gələn yenidənqurma və aşkarlıq adlı oyunlardan sonra meydana çıxan bu qorxunc mənzərə, insanlara bir daha din əxlaqından uzaq cəmiyyətlərin içinə düşəcəkləri vəziyyəti göstərməsi baxımından ibrətvericidir. “Kapitalizm”in Rusiyaya yeni bir hədiyyəsi də var: mafiya. Hökumətə belə əl atan və əziyyətli rus xalqının gündəlik həyatını cəhənnəmə çevirən qanqsterlər böyük şəhərlərdə dəhşət saçır. Sankt-Peterburq kimi böyük şəhərlərin küçələrinə mafiya nəzarət edir. Problem içdən-içə böyüyür və bütün ölkəyə yayılır. Daxili İşlər Nazirliyi səlahiyyətliləri ölkədəki qanqster şəbəkələrinin sayının az qala 3 minə çatdığını ifadə edirlər. Xalqın qorxu içində yaşamasına səbəb olan bu silahlı adamlar milyonlarla dollar qazanır, narkotik və silah ticarəti ilə məşğul olurlar. Aralarında qanuni olmayan yollarla milyardlarla dollarlıq xammal ixrac edənlər də var.
 İndiki vaxtda Rusiyada çox diqqət çəkən hadisələrdən biri də bir çox köhnə kommunistin, kapitalizmin ən qızdırmalı müdafiəçiləri halına gəlmiş olmasıdır. İndi boyunlarına götürdükləri vəzifələri isə “bir doqmanın yerinə başqa birisini gətirməkdir”.
 STEPNE REJİM- İSLAMA QARŞI ƏL ALTINDA. Bütün bu yaşananlar, əlbəttə marksist-leninist üsulların rəfə qaldırıldığı mənasını verməməkdədir. Kapitalizmin alternativi, sistemiçi müxalifəti olaraq ortaya atılan bu ideologiya, müəyyən bir məqsəd istiqamətində gündəmdə tutulur, yaddan çıxarmayın. Yeltsinin “islahat”ları xalqın əhəmiyyətli bir hissəsindən reaksiya görməsinə baxmayaraq israrla tətbiq olunmaqdadır. Yeltsinin Rusiyanı “əxlaqsızlaşdırdığını” düşünən rus xalqının bir hissəsi də yenə- müəyyən ətraflar tərəfindən- dərhal sistemiçi müxalifətin içinə alınmaqdadır. Bir qism lobbilərin, CIA-nın maliyyə edib dəstəklədiyi Yeltsinin qarşısına yenə bənzər mərkəzlərdən dəstək alan kommunist müxalifət çıxır. Beləcə idarə olunan xarici bir reaksiyanın inkişafı diqqət mərkəzində saxlanılır. Burada əsas məqsəd Kommunizmin ən böyük vəzifəsini İslama qarşı tətbiq etməkdir. İctimai ədalət, bərabərlik kimi yalnız din əxlaqı ilə əldə edilə biləcək humanist dəyərlərin sözdə müdafiəçiliyini edən bu rejim, İslam əxlaqının güclənməsi təhlükəsinə qarşı gündəmdə tutulur. Tacikistan bunun bariz nümunəsidir. Kapitalist quruluşunu qəbul etməyən buradakı cəmiyyət üçün İslam yerinə saxta anti-kapitalist rejim uyğun hesab edilmiş və məcbur da olsa qəbul etdirilmişdir. “Üçüncü dünya” kommunizmin ən çox gündəmdə tutulduğu bölgələrdən başlıcasıdır. Burada “imperializm”ə reaksiya verən cəmiyyətlərə həll olaraq yeni bu sistemiçi müxalifət rejimi təqdim edilməkdədir. Beləcə bu ölkələrin xalqlarına da imperializmin xaricinə çıxmaqda maneə törədilməkdədir.
 Bu ölkələrin əhəmiyyətli bir hissəsində yerləşə biləcək potensialı olan İslam əxlaqını məhz bu şəkildə dayandırmağa çalışırlar. Çünki bu, sistemxarici bir müxalifətdir. Moskvada Yeltsin əleyhdarı kimi nümayiş edən xalqa kommunust bayraqları dürtüşdürülürdü. Ərəb dünyasında da uzun bir müddət İslama alternativ olaraq sosializm-kommunizm qızışdırılmışdır. Pərdəarxası dünya gücləri İsrailin yayılmasına qarşı çıxan ərəblərə sosialist-irqçi bir ideologiya təklif etmişlər. Bununla nə nəticə əldə etdikləri isə ortadadır.
 Beləliklə, bu gün kommunizm bir “stepne rejim” olaraq dünyanın dərhal hər yerində əl altında saxlanılmaqdadır. Kommunizmə avamcasına inanmış olan milyonlar isə fərqində olmadan, onların deyimiylə “burjuaziya”nın özlərinə hazırladığı sistemin içində qalmaqdadırlar. Bu hərəkatın içindəki avam adamlar isə liderlərinin imperializmlə, masonluqla, istismarla döyüşdüyünü zənn etməkdə, hətta bəzən bunun üçün ölümə də getməkdədirlər. Sionizmin də istifadə etmək üçün əldə tutduğu dəyişik kanallar vardır. Nyu Yorkun kommunist qəzeti The Daily Vorkerə CIA uzun illər boyunca pul köməyi etmişdir. Vorkerdə çalışanların isə bu köməkdən xəbəri yox idi. CIA-nın 68-ci il qaynar sosialist hərəkətı içindəki rolu da maraqlıdır. Çoxları bilmirdi ki, bu hərəkətin lideri Herbert Markus CIA agenti idi. Markusun təklifləri dünya gəncliyinə təsir etdi və onların hərəkata itələnilməsində faktor oldu. Necə ki 1969-da Parisdə qiyam qaldıran gənclik 3 nəfərin şəkilləri olan plakatlar daşımaqda idi: Marks, Mao, Markus. Yəni sol iki qaydaçı və tətbiqçinin yanında bir də CIA agenti, sol qaydaçı olaraq mənimsənmişdi.
 Marksdan və rus inqilabından bu yana kommunizmin maliyyəçiləri olan bəzi kapitalistlər, bu süni rejimə dəstək olmaqda davam etməkdədirlər. Kommunistlərin bəlkə də ən böyük düşməni və burjuaziyanın simvolu olaraq gördükləri ABŞ-lı kapitalist Rokfeller gerçəkdə bu idarəli müxalifət rejimini dəstəkləyənlərdən biridir. Bir çox amerikalı, Rokfeller quruluşlarının dünyanın bir çox yerində özünü çəkinmədən kommunist təşkilatlarının maliyyələşməsinə həsr etməsinə məna verə bilməz.

Qeyd: Məqalə internet materialları əsasında hazırlanmışdır. 

Комментариев нет:

Отправить комментарий