17.01.2012

İŞSİZLİK hər il 10 MİLYARD manat MƏNFƏƏT deməkdir!!!


Sadəlöhv azərbaycan vətəndaşı hələdə ümüdlərlə yaşayır və KAPİTALİZM adlı cəlladından isti aş və iş umur.Amma boşuna əgər bir quruluş İŞSİZLİKDƏN hər il milyardlarla mənfəət qazanırsa onda bu quruluş işsizlik problemini həll etməkdə nə dərəcə maraqlı ola bilər???Bu gün Azərbaycanda  burjaziyanın və oliqarxiyanın işsizlik probleminin mövcudluğundan xalis qazancı təqribən 10 milyard manat təşkil edir.
Rəsmi statistikaya görə azərbaycanda 6,5 milyon əmək qabiliyyətli əhali yaşadığı halda onlardan sadəcə 4 milyon nəfəri muzdlu işcidir,yarım milyon dövlət sektorunda işləyənləridə bura əlavə etsək,işləyən əhalinin sayı 4,5 milyon nəfər təşkil edər.Deməli başqa sözlə əksinə 2 milyon əmək qabiliyyətli əhali işsizdir.
Bu nə deməkdir? Bu o deməkdir ki hər il 2 milyon əmək qabiliyyətli insana verilməli olan milyardlarla vəsait qalır burjaziyanın və oliqarxların cibində.Burjaziya mənfəətini artırmaq ücün daha az iş qüvvəsini daha cox işlədib mənfəət əldə etməkdə maraqlıdır, əlavə işci götürməkdənsə əlində olan işciləri 4-5 bəzən 7 saat artıq işlətməyi və bununlada milyonlarla manaq mənfəət götürməyi daha məqbul hesab edir.Yüz işci əvəzinə on işci işlədir,nəticədə ölkə miqyasında milyonlarla insan işsiz qaldığı və milyonlarlada insan iş vaxtından 4-5 saat artıq işlədildiyi halda, hər il burjaziyanın cibinə 10 milyard manat əlavə mənfəət daxil olur.
Son 20 ildə muzdlu işcinin REAL əmək haqqı artdımı?…hətta rəsmi statistika belə YOX deyir,amma bunun əvəzində iş saatları artdımı ? Bəli artdı əvvəl 7-8 saat işləyən fəhlə indi 10-14 saat bəzən isə daha cox işlədilir.Sovet vaxtı hər əlavə saata görə əmək haqqı 2 qat artıqlaması ilə yazılırdı,ilin sonunda işcilərə 13-cü maaş verilirdi.Fəhlə deyir ki,sovet vaxtı sex ustası bizə yalvarırdı ki,həftənin 6-cı gününü işə gəlin sadəcə 3-4 saat işləyin əvəzində 8 saatlıq iş günü yazacağam.Bəs indi əksinə fəhləni 12 -14 saat işlədir cox vaxt yalnız 10 saat iş günü yazır…Muzdlu işci maaşının artımını,iş gününün tam yazılmasını tələb etdikdə isə ,müdriyyətin cavabı birmənalıdır”işləmək istəmirsən ərizəni yazıb işdən cıxa bilərsən,bayırda daha az əmək haqqına səndəndə cox işləməyə hazır olanlar var”.Bu nə deməkdir? Bu o deməkdir ki,burjaziya nəin ki işsizlər ordusu yararatmaqla milyardlarla pula qənaət edib milyardlarla əlavə mənfəət əldə edir,həmcinin burjaziya milyonlarla işsizlər ordusunu muzdlu işci üzərində təyziq aləti kimi istifadə edərək onu daha cox işləməklə daha az maaşa işləməyə məcburda edir,cünki bilir ki, bayırda daha ağır şərtlərlə daha az maaşa işləməyə hazır işsizlər ordusu var…Bu səbəbdəndə muzdlu işcinin real gəlirləri artmaq əıvəzinə azalır və burjaziya əmək haqlarının artırılmasına yönəltməli olduğu vəsaitləri mənfəət kimi cibinə qoyur,daha cox işlədib daha az ödəməklə milyardlarla əlavə mənfəət əldə edir.
P.S. Burjaziyanın işsizlər ordusu yaratmaq,cox işlədib az əmək haqqı ödəmək hesabına əldə etdiyi illik 10 milyard manatlıq vəsaiti qızıl külcəsinə cevirsək bu 250 ton qızıla bərabərdir ki,buda Gədəbəyin cıxarıla bilən qızıl ehtiyyatının 15 qatına bərabərdir.İndi soruşuram hər il işsizlər ordusu yaratmaq hesabına Gədəbəy qızıl mədənləri kimi 15 qızıl mədənini mənfəət kimi cibinə qoyan bir quruluşda işsizlik probleminin həllində kim maraqlı ola bilər? hökumətlər bu problemin həllində yox,onun sosial inqilaba cevrilməməsində maraqlı ola bilər…yəni istismar,soyğun düzəni qalsın amma sosial partlayış olmasın.Bu məqsədlədə işsizlik müavinəti,sosial yardım və sarə adlarda  tələlər caşdırıcı labrintlər icad ediblər.Azərbaycanda 2 milyon işsiz var,lakin hökumət bunun sadəcə 50 mininə işsizlik müavinəti verir.Deməli burjaziyanın işsizlər ordusu hesabına əldə etdiyi 10 milyard manata qarşılıq cəmi beş on qəpik xərcləyərək narazılığı satın almağa cəhd edirlər,buna nə qədər nail olacaqlar,bu bizdən asılıdır…əgər işci sinifini tərbiyyə edə biləriksə əmin olun bu saxta mənfəət dünyası cökəcəkdir…əks halda əzablarımız əbədi köləliyimiz qalıcıdır.

Комментариев нет:

Отправить комментарий