03.01.2012

Masonluğun iç üzü -5


Dövlət rəhbərliyinin əhəmiyyətli mövqeləri masonlar tərəfindən ələ keçirilmişdir

Masonluq kökü çöldə bir yəhudi təriqətindən başqa bir şey deyil

 Fransız İnqilabından başlayaraq 20-ci əsrə qədər sürən din əleyhinə mübarizə, The Catholic Encyclopedianın ifadə etdiyi kimi, "əvvəldən mason lojalarından keçmiş olan qanunların məclisə yeridilməsi" ilə getmiş, yəni təməldə Fransız Masonluğunun (Grand Orientin) bir əməliyyatı olaraq davam etmişdir. Masonlar gerçək və haqq dini hədəf almaqda, insanları dindən uzaqlaşdırmağa çalışmaqdadırlar. Ayrıca ifadə etmək lazımdır ki, əsl olaraq masonluğun müdafiə etdiyi materialist-humanist fəlsəfə, Köhnə Misir, Köhnə Yunan kimi pagan mədəniyyətlərdən miras qalmış düşüncədir.

Masonların "irəliləmə" anlayışını istifadə edərək gerçəkdə dini yox etmək istədikləri The Catholic Encyclopedia tərəfindən belə açıqlanır: "Aşağıdakılar (masonluq tərəfindən istifadə edilən) ən əhəmiyyətli üsullar olaraq sayıla bilər: Açıq bir təzyiq siyasətilə və ya Dövlət və Kilsə arasındakı ayrı-seçkilik adı altındakı daha ikiüzlü sistemi istifadə edərək, Kilsənin və dinin bütün ictimai təsirini yox etmək. Bütün gerçək dini, yəni fövqəlbəşər bir qaynaqdan gələn dini ortadan qaldırıb, bunun yerinə "insanlıq" kimi mücərrəd kültlər yerləşdirmək. Eyni şəkildə "dinlər arasında ayrım etməmək" şüarı altında, bütün xüsusi və ictimai həyatı, ən başda da tündləşdirmək. Uşaqların düşüncə azadlığı və vicdanı tamamilə, sistematik olaraq məktəbdə şəkilləndirilməli, mümkün olduqca Kilsənin və din adamlarının, hətta öz ailələrinin belə təsirindən çıxarılmalı, bunun üçün lazım olsa fiziki və mənəvi sanksiyalar istifadə edilməlidir. Grand Orient qrupu bunu, son hədəfi olan universal ictimai respublikanın qurulması üçün bir yol olaraq görməkdədir".
 Görüldüyü kimi masonluq, "ictimai həyatın azadlaşması" adı altında cəmiyyətin tamamilə dinsizləşdirilməsinə istiqamətli bir proqram icra etmiş və etməkdədir. Masonluğun məqsəd qoyduğu "sekülarizasyon", cəmiyyətin və fərdlərin zehinindən dinin tamamilə çıxarılmasını və bu məqsədlə dindarlara təzyiq edilməsini hədəfləyən bir kütləvi beyinyuma proqramıdır. Masonluq içində olduğu hər ölkədə, o ölkənin mədəniyyətinə və şərtlərinə uyğun şəkildə bu proqramı icra etməyə çalışmışdır. Almaniya və İtaliya da bu ölkələr sırasındadır.
 150 il əvvəl Avropada Almaniya deyə bir ölkə yox idi. Bu günki Almaniyanın torpaqlarında bir çox şahzadəlik hökm sürürdü. Bunların ən böyüyü isə bugünkü Almaniyanın şərq qisimini və Polşanın böyük hissəsini örtən Prusya idi. Prusya 1860-larda digər Alman dövlətçiklərini özünə qatmağa başladı və 1871-də birləşmiş Alman İmperatorluğunu qurdu. Bu yeni dövlətin hakimi isə Prusya Baş naziri və Almaniya Şansölyesi Otto fon Bismark idi. Bismarck xüsusilə xarici siyasət istiqamətində müvəffəqiyyətli bir dövlət adamı idi. Amma iç siyasətdə eyni müvəffəqiyyəti göstərə bilməyəcəkdi. Bunun səbəblərində biri, "Milli Liberallar" olaraq bilinən və eyni Fransadakı "antiklerikler" kimi din əleyhdarı bir siyasəti müdafiə edən "ziyalılar" zümrəsi idi. Milli Liberallar Almaniyanın birliyinin möhkəmləşməsi üçün xalqın digər bütün aidiyyət duyğularından qurtarılması lazım olduğunu düşünür, buna ən böyük mane olaraq da əhalinin üçdə birini meydana gətirən Katoliklərin Papaya olan bağlılığını göstərirdilər.
 Milli Liberalların təşviqiylə Bismark ölkəsindəki Katoliklərə qarşı bir kampaniya başlatdı. "Kulturkampf", yəni "kültürsavaşı" olaraq xatırlanan bu kampaniya, "Almanların zehinlərini nəzarət etmə mübarizəsi" olaraq da təsvir edilirdi. Kulturkampf əsnasında Almaniyanın xüsusilə cənubunda yaşayan Katoliklər əhəmiyyətli təzyiqlərlə qarşılaşdılar. 1872-ci ildə çıxarılan bir qanunla ölkədəki bütün Cizvit rahibləri bir gecədə sürtüldü və sahib olduqları təşkilatlara əl qoyuldu. 1873-cü ildə çıxarılan "May qanunları" ilə dövlət xidmətində çalışan bütün rahiblər işdən atıldı, evlilik və təhsil mövzularında Kilsənin hər hansı bir tətbiqdə olması qadağan edildi, Kilsələrdəki vəzlərə məhdudlaşdırmalar gətirildi. Bəzi baş yepiskoplar həbs olundu, tam 1300 kilsə rahibsiz qaldı. Amma bütün bu tətbiqlər ölkədəki Katoliklərin rəhbərliyə daha çox reaksiya verməsinə səbəb olunca, Kulturkampf da yumşalmağa çalışdı. Bismark özünü bu kampaniyaya sürüyən "Milli Liberallar"ın təlqinlərini göz ardı edərək Kulturkampfı mərhələ-mərhələ geri çəkdi və sonunda tamamilə ləğv etdi.
 Bütün bu kampaniyanın nəticəsi Almaniyadakı dindar Katoliklərə təzyiq edilməsi və ölkənin ictimai dincliyinin pozulmasından başqa bir şey olmadı. Bu gün bir çox tarixçinin qəbul etdiyi kimi, Kulturkampf Almaniyanın ictimai dincliyini parçalayan bir fiasko idi. Kulturkampf dalğası Almaniyadan sonra Avstriya, İsveçrə, Belçika, Hollandiya kimi ölkələrə də sıçradı və bu ölkələrdə də böyük bir ictimai gərginliyə səbəb oldu. İşin maraqlı yanı Bismarkı bu siyasətə sürüyən "ziyalılar" zümrəsinin masonik şəxsiyyəti idi. The Catholic Encyclopedia bu mövzuda yazır: "Masonlar şübhəsiz Prusyanın Almaniyanın lider dövləti halına gəlməsini təmin edən hərəkətin irəliləməsini təmin etdilər. Prusyanı "dini mühafizəkarlığa", "fanatikliyə" və "Papa təzyiqinə" qarşı "müasir təkamülün nümayəndəsi və qoruyucusu" olaraq qəbul edirdilər. Eyni zamanda Kulturkampfı da onlar başlatdılar. Bu qarşıdurmanın ən qabaqda gələn aqitatoru məşhur hüquq məsləhətçisi və mason olan Böyük Ustad Bluntschli idi. Bluntschli eyni zamanda İsveçrədəki Kulturkampfı da qışqırtdı. Alman masonları xalqın bütün həyatında Masonik prinsiplərə uyğun və böyük bir təsir əldə etmək üçün yorulmaq bilməyən səylər ortaya qoydular, beləcə daimi və səssiz bir "Kulturkampf"a dəstək oldular. İstifadə etdikləri təməl vasitələr xalq kitabxanaları, konfranslar, bənzər dərnək və təşkilatlar üzərindəki təsirləri, yeni təşkilatların yaradılması idi. Məhz bu yollarla Masonik ruh bütün xalqa yayılmışdır". Yəni Kulturkampfın Bismark tərəfindən rəsmi olaraq dayandırılmasına baxmayaraq, masonlar tərəfindən davam etdirilmişdir.
 Alman cəmiyyətini dindən uzaqlaşdırmaq üçün icra edilən döyüşün ən acı meyvələri isə 1920-lərdə ortaya çıxmışdır: Alman millətini Xristianlıq əvvəli pagan mədəniyyətinə çevirməyi hədəfləyən nasistlər get-gedə güclənmiş və 1933-cü ildə iqtidarı ələ keçərmişlər. Nasistlərin ən əhəmiyyətli işlərindən biri isə dini nüfuzlara qarşı ikinci bir "Kulturkampf" başlatmaq olmuşdur. Amerikalı şərhçi Elbridge Colby: "Nasistlərin Katolik Kilsəsinə qarşı yeni bir Kulturkampf başladaraq rahibləri həbs etdiklərini və ya vəzifədən götürdüklərini, 1870-lərdəki ilk Kulturkampfdan daha da irəli gedərək Protestant kilsələrinə də təzyiq etdiklərini" ifadə etməkdədir. Qısacası Alman masonlarının başlatdığı "cəmiyyəti dindən uzaqlaşdırma" hərəkatı Nasistlərin də yolunu açmış, dünya 55 milyon insanın həyatına düşən II Dünya Müharibəsinə sürüklənmişdi.

 http://profliqa.blogspot.com/                    (Ardı var)

Комментариев нет:

Отправить комментарий