14.01.2012

"OĞLUM PEYVƏNDDƏN SONRA AUTİZM XƏSTƏLİYİNƏ TUTULUB"


Əhməd Rəhmanov: "Peyvəndlərin tərkibində olan TIMERASOL (orqanik CİVƏ) Sovet dövründə istifadə olunan peyvəndlərə nisbətən 2 dəfə artırılıb"

"3 il bundan öncə 2008-ci il təvəllüdlü oğluma vurulan peyvendlərdən sonra onda psixi gərilmənin şahidi olmağa başladıq"

Faktxeber.com-un məlumatına görə, son vaxtlar Azərbaycanda bir çox uşaqlarda peyvəndlərdən  sonra müxtəlif ağır fəsadlar yaranır. Bu əsasən qız uşaqlarında gözlərin çəpləşməsi, oğlanlarda  isə beyin tormuzlanması və ürək çatışmazlığı kimi özünü göstərir. Bakı şəhər sakini Rəhmanov Əhməd Fazil oğlu bildirir ki, 4 yaşlı oğlu 2009-cu ildə vurulan peyvənddən sonra autizm xəstəliyinə tutulub: “3 il bundan öncə 2008-ci il təvəllüdlü oğluma vurulan peyvəndlərdən sonra onda psixi gərilmənin şahidi olmağa başladıq. Belə ki, əgər o 1 yaş yarımda “ata”, “ana”, “baba” və s. kiçik sözləri deyirdisə, artıq 2 yaşında ümumən danışmadı, həm də ətrafdakılarla ünsiyyətdən çəkinməyə başladı.

Saatlarla üzü divara oturmaqla məşğul olurdu. O vaxt biz bunun səbəbini tapmaq üçün Azərbaycanda olan bir çox həkimlərə üz tutanda bildirdilər ki, sizin övladınızda autizm sindromudur. Lakin Ushaq Psixo-Nevroloji Dispanserdə isə bildirdilər ki, Azərbaycanda (bir çox Avropa ölkələrinə nisbətən) 3 yaşına qədər olan uşaqlara bu diaqnozu rəsmi şəkildə verə bilmirik. (Əmr var). Yəni, 3 yaşına qədər hər hansı bir uşaq hər hansı bir psixonevroloji xəstəliyə tutularsa, onun bu diaqnoz üzrə müalicəsi mümkünsüzdür”.

“Hal hazırda 4 yaşlı oğlumun qanında ağır metalların  miqdarı normadan 16 dəfə çoxdur”

“Mən bu peyvəndlərin kimyəvi tərkibi haqqında rəsmi məlumat almaq üçün bütün (Prezident  Aparatından tutmuş rayon poliklinikasınacan) rəsmi orqanlara yazılı müraciət etdim. 6 aylıq  yazışma və ötürə-ötürdən sonra məni rayon Baş Səhiyyə İdarəsinə çağırıb qeyri-rəsmi formada  bu peyvəndlərin içərisində olan yaddaş kağızlarını verdilər və məsləhət gördülər ki, “başımı  ağrıtmayım”. Bundan əlavə, özümün apardığı kiçik araşdırrmadan məlum oldu ki, peyvəndlərin tərkibində olan TIMERASOL (orqanik CIVƏ) Sovet dövründə istifadə olunan peyvəndlərə  nisbətən 2 dəfə artırılmışdır. Əgər bu vaksin birdəfəlik dozada yox, bir neçə dəfə istifadə oluna  bilən qablarda qablaşıbsa, onun tərkibindəki civə Dünya Səhiyyə Təşkilatının göstəricilərinə  görə, normadan 35 dəfə çoxdur. Hal hazırda 4 yaşlı oğlumun qanında ağır metalların  miqdarı normadan 16 dəfə çoxdur. Məndə olan vaksin kağızları hamısı ingilis dilindədir və Hindistan istehsalıdır. Amma qeyri-rəsmi məlumatlara görə, poliklinikalarda Fransa istehsalı olan vaksinlər də vardır ki, onları 50-60 manat məbləğində qiymətə vursalar da, hələ heç bir  valideyinin onların tərkibi barədə anlayışı yoxdur”.

“Bu sualların cavabı niyə yoxdur?”

“Nə üçün poliklinikalarda valideynlərə övladlarına vurulan peyvəndlərin kimyəvi tərkibi haqqında qabaqcadan informasiya və bu peyvənddən imtina yolları verilmir? Nə üçün bu gün  Azərbaycanda Ağır metal zəhərlənməsi diaqnozunun və autizmin müxtəlif formalarında olan xəstələr üçün mərkəzlər və ya dərmanlar yoxdur? Bakı şəhərində cəmi 2 və ya 3 mərkəz vardır ki, bu tip uşaqlarla məşğul olur, onlar hamısı pulludur. Sizə elə gəlmirmi ki, bu artıq problem  yox, gələcək nəsilə qarşı qətliam formasını daşıyır?!”
 


Cəfər Talıb

Комментариев нет:

Отправить комментарий