09.01.2012

Özəl pensiya fondları: fırıldaq dahilərinin növbəti tələsi

Sosialist Respublika devrildikdən sonra əhali bir cox sosial hüquqları ilə yanaşı dövlət pensiya hüququndanda məhrum edildi.Sovet pensiya  sisteminə görə işcinin maaşından sosial müdafiə fonduna hec bir vergi tutulmurdu və on illik əmək stajı kifayət edirdiki işci 58 yaşına catanda kişilər 55 yaşında isə qadınlar tamamən dövlət hesabına pensiyayla təmin edilsin.Bazar pensiya sistemində isə əksinə işcinin maaşından sosial müdafiə fonduna vergi tutulur və illərlə işcinin maaşından tutulmuş bu məbləğlər toplanarak kişilər 63 yaşına,qadınlar isə 60 yaşına catdıqda təqaüd kimi hissə-hissə onun özünə qaytarılır.



Necə deyərlər kapitalizimdə vətəndaşın pensiya kimi aldığı vəsait onun maaşından tututulan hissələrin işciyə geri qaytarılmasıdırsa ,sovet pensiya sistemində əksinə təqaüd tamamən dövlət hesabına qarşılanırdı.İslahatlar adı altında son 20 ildə vətəndaş bu hüquqdan məhrum edildi,onun pensiya hüququ pensiya sığortasıyla əvəzləndi.
İndi qarətciliyin növbəti mərhələsi başlanır.Yeni hazırlanan qanun layihəsinə görə yaxın vaxtlarda ölkədə özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur.Beləliklədə işcinin maaşından bu gün Dövlət Sosial Müdafiə Fonduna ödənən vergilərin bir hissəsi bundan sonra sahibkarların şəxsi mülkiyyətində olan fondlara oradan isə ayrı-ayrı şəxslərin şəxsi biznesinə yönəldiləcəkdir.Bu qanunu hazırlayan liberallar soyğunculuq aktını millətə sevdirmək ücün iddia edirlər ki, işcinin pensiya fonduna ödədiyi vəsaitlərin özəl fondlarda toplanması guya işciyə əlavə mənfəət gətirəcək,sahibkarlar bu pulları biznesdə dövr etdirərək mənfəət götürəcək və bundan vətəndaşa faiz ödəyəcəklər.Əslində isə reallıq tamam başqa mətləblərdən xəbər verir.
Beləki bu gün ölkədə 2 milyon muzdlu işci dövlət sosial müdafiə fonduna pensiya vergisi ödəyirki,hər işciyə illik orta hesabla 120  manat vergi düşür,bu isə bir ildə 250 milyon manat vəsait edir.Əgər nəzərə alsaq ki,bir işcinin əmək pensiyasına cıxması ücün azı 35 il sığorta ödəmə stajı tələb olunur bu sferada dövr edən vəsaitlərin məbləği milyardlarla manat təşkil edər  və özəl pensiya fondlarınılda yaratmaqda əsas məqsəd bu qiqnt pul kütləsini biznes fırıldaqcılarının nəzarətinə verməkdir.Elə fərz edəki guya özəl fond sahibi pensiya ödəmələrinə yönələn bu vəsaitlərdən qazanılan mənfəətdən işciyə faiz ödəyəcək .Sual olunur nə qədər? məsələn elə fərz edək ki 10%,bu isə hər sosial sığorta ödəyicisi ücün illik cəmi 12 manat gəlir deməkdir.Məgər bu 12-15 manatlar (illik)guya işcinin hansısa dərdinə dərman olacaq.Əlbətki yox.Cünki bunlar hər bir işci ücün mikroskopik məbləğlərdir.Amma 2 milyon pensiya ödəyicisinin sığorta pullarını dövrüyyəyə buraxmaq özəl pensiya fondunun bir necə sahibi ücün milyardlarla mənfəət deməkdir.
P.S.  özəl pensiya fondlarının yaradılmasında əsas məqsəd sizin kicik pullarınızdan bir necə fırıldaq dahisi ücün böyük mənfəətlər səltənəti qurmaqdır,ictimayyətə aid pulları bir necə işbazın şəxsi biznesinə sərmayə etməkdir…. 


kommunist.biz

Комментариев нет:

Отправить комментарий