09.01.2012

Liviya demokratiyasının ilk “zəfəri”: 100 nəfər acından öldü


Liviyada davam edən vətəndaş müharibəsi səbəbindən ölkədən qaçaraq canını qurtarmaq istəyən 100 nəfərə yaxın insan dəhşətli aqibətlə üzləşib. Lent.az-ın İtaliyanın “Ansa” agentliyinə istinadən verdiyi məlumata görə, böyük bir qayıq ilə bu ölkənin Laümpeduza adasına gəlmək istəyən mühacirlərin bir hissəsi susuzluq və aclıqdan ölüb.
Mərakeşli qadın mühacirin dediklərinə görə, uzunluğu 20 metrə çatan qayıqda təxminən 300 nəfər olub. Lakin əksəriyyətini qadın və uşaqların təşkil etdiyi insanlar qızmar günəş şüasının altında susuzluğa dözə bilməyib və ölüb. Nəticədə qayıqda olan şəxslər yüzədək meyiti Aralıq dənizinə atmaq məcburiyyətində qalıb. 

Комментариев нет:

Отправить комментарий