Gözdə itdi o gəmi.
Heç yaylıq da yelləmir,
Xırdaca, ağ yelkəni.
Susdu qağayılar da,
Uyudu qayalar da.
İncidi şor sulardan,
Tənha qalmış ürəyim.
Qaranlıq düşdü göydən
Quzeydən də, güneydən də.
Qocaldı ləpədöyəndə
Mamır basmış ürəyim.
Mövsümlər sevda kimi,
Dolanır başımızda.
Təzə səhifə açmağa,
Yer yox yaddaşımızda.
Bir də ayılıb görərik,
Ayıbdı yaşımızdan.
Ömür matəm mitinqi tək,
Keçdikcə qarşımızdan.
Yavaş–yavaş xəzan vurar,
Solar üst–başımız da.
Qartopu da atan olmaz,
Çəkinib yaşımızdan.
Səhər Əhməd
Комментариев нет:
Отправить комментарий