09.01.2012

Ürək həkimi


Əfsanə Laçın

Saleh uşaqlıqdan ürək həkimi olmağı arzulayırdı.İllər ötmüş,uşaqlıq bitmiş,arzusuna yetmişdi.O,artıq ürək həkimi idi.Kimin ürəyindən nə şikayəti olsa çarəsini Salehdən diləyirdi.Heç bir həkimin əlaç tapa bilmədiyi xəstəliklərə Saleh çarə tapırdı.Bu səbəbdəndə hamı ona hörmət edirdi.O qədər dostu-tanışı var idi ki,yaşıdları onun qabiliyyətinə,qazandığı xətir-hörmətinə həsəd aparırdı.

Vaxt ötdükcə Saleh ona olan hörmət və sevgidən sui istifadə etməyə,boş-boş öyünməyə başladı.Hamıya hörmətsiz yanaşır,heç kəsi saymırdı.Tanışları buna həm təəccüb,həm də təəssüf edirdi.
Şöhrət Salehin ağlını başından elə almışdı ki,incitmədiyi,qəlbini qırmadığı nə dostu,nə tanışı,nə də ki,bir əzizi qalmışdı.Acı dili,yersiz hərəkətləri ilə onların qəlbinə elə yara vurmuşdu ki,heç bir dərman onu sağalda,heç bir həkim ona çarə tapa bilməzdi.
Saleh üç-dörd ay olardı ki,evədə getmirdi.Evə getmək qalsın bir yana heç zəng edib anasının əhvalınıda soruşmurdu.
Anası çox nigaran idi.Oğlunu görmək üçün işlədiyi xəstəxanaya getdi.Dəhlizdə Salehlə qarşılaşanda sevincdən özünü itirdi.Salehsə anasının gəlişinə etinasız və soyuq yanaşdı.
Anası dedi:Oğlum,aylardı evə gəlmirsən.Yaman narahatam.Heç zəngdə etmirsən.Dedim bəlkə,balamın başında bir iş var.
Saleh:Ey ana,niyə durub gəlmisən e bura?!Mənim işim-gücüm başımdan aşır.Get öz işinlə məşğul ol!Başımı ağrıtma!Birdə bura gəlib məni camaat içində biabır etmə!
Ana heyrətlənmişdi.Sanki,təəccübündən yerində donmuşdu.İnana bilmirdi ki,onunla danışan oğludu.Axı,o necə bu qədər dəyişə bilər?
Qapını açıb bir söz demədən çıxıb getdi.Halı dəyişmışdı.Güclə yeriyirdi.Qəfil ayaqları taqətdən düşdü,əlini divara dirəyib ürəyini tutdu.Bir neçə saniyə keçmədi ki, yerə sərildi.Xəstəxananın həyətindəki həkimlər,xəstələr onun başına toplaşdılar.Həyətdəki səs-küyü eşidən Salehdə çölə çıxdı.Bir daha ətrafdakılara öz həkimliyini sübut etmək,öyünmək üçün qürurla adamları yara-yara irəli keçdi.Anasının yerə sərildiyini  görəndə  rəngi dəyişdi,amma artıq gec idi.Anası artıq ölmüşdü.Heç bir dərman,heç bir həkim ona kömək edə bilməzdi hətta Salehdə...
O,artıq başa düşürdü ki,yaxşı həkim olmaq yaxşı insan olmaq demək deyil.Sınmış ürəkləri dünyanın ən yaxşı həkimləri,ən bahalı dərmanları belə sağaltmaq gücündə deyil.
Bu nağlı oxumuram ki,mışıl-mışıl yatasan oxuyuram ki,fikirləşib ağıllı yol tapasan.

Комментариев нет:

Отправить комментарий