14.01.2012

Zəlimxan Yaqubun yeni il təbriki…


Günel Mövlud yazır...

Öperəm, bağrıma baserəm, qucaqlerəm, sarılerəm, saçını oxşerəm, telini sığallerəm

Mən - şair, yazıçı, aşıq, ozan, sözü sazdan, sazı sözdən, öz növbəsində bunların hər ikisini yayma xəngəldən ayırmayan söz sərrafı, söz adamı, söz ustası, söz «svarşik»i Zəlimxan Yaqub olaraq, özümün ucadan- uca, uludan -ulu, soyludan -soylu, böyükdən- böyük, qədimdən- qədim, qayımdan- qayım, doğmadan -doğma, yarpaqdan yaşıl elimi, obamı, ulusumu, xalqımı, yurdumu, məmləkətimi, ölkəmi, bir söznən - Azərbaycanımı bu öndən, qarşıdan, qabaxdan, qənşərdən, irəlidən gülə-gülə, deyə-gülə, tozanaqlaya-tozanaqlaya, qoparaqlana-qoparaqlana, tələsə-tələsə gələn bu yeni il, bu təzə il, bu gözəl il, bu əjdaha ili, bu 2012-ci il münasibətiynən təbrik ederəm,
öperəm, bağrıma baserəm, qucaqlerəm, sarılerəm, saçını oxşerəm, telini sığallerəm


və özümün uludan- ulu, ucadan- uca, soyludan- soylu, böyükdən- böyük, qədimdən- qədim, qayımdan -qayım, doğmadan -doğma, yarpaqdan yaşıl elimə, obama, ulusuma, xalqıma, məmləkətimə, ölkəmə, bir sözünən, Azərbaycanıma bu öndən, qarşıdan, qabaxdan, qənşərdən, irəlidən gülə-gülə, deyə-gülə, toazanaqlaya-tozanaqlaya, qoparaqlana-qoparaqlana, tələsə-tələsə gələn bu yeni ildə, bu təzə ildə, bu gözəl ildə, bu əjdaha ilində, bu 2012-ci ildə həmişəki kimi mərd, igid, qorxmaz, basılmaz, sarsılmaz, yenilməz, (bu arada, türk yağıdan üzr istəməz) dizi yerə gəlməz türk oğlu türk olaraq qalmağı arzu ederəm və inanerəm ki, mənim ucadan -uca, uludan -ulu, soyludan- soylu, böyükdən -böyük, qədimdən- qədim, qayımdan- qayım, doğmadan- doğma, yarpaqdan yaşıl elim, obam, ulusum, xalqım, yurdum, məmləkətim, ölkəm, bir sözünən – Azərbaycanım bu öndən, qarşıdan, qabaxdan, qənşərdən, irəlidən gülə-gülə, deyə-gülə, tozanaqlaya-tozanaqlaya, qoparaqlana-qoparaqlana, tələsə-tələsə gələn bu yeni ildə, bu təzə ildə, bu gözəl ildə, bu əjdaha ilində, bu 2012-ci ildə ən uca, ən ali, ən böyük, ən müqəddəs arzusuna, amalına, məqsədinə, məramına yetəcək, çatacaq, nail olacaq və Bülbülün, Üzeyirin, Qurbaninin, Hacı Qaramanın eli-obası, ana yurdu olan Qarabağımızı, o yaralı yerimizi, o nisgilimizi, ürəyimizin yağını yeyən o gözəl cənnətimizi həmin rəzil, qorxaq, murdar, xəbis, naqis, nankor, nakişi, nadürüsüt, Nato (yox, bu lazım deyildi!) müxənnət, əgyar, seyraqub, yağı düşməndən azad edəcəkdir və sinəmizdəki bu düyünü, bu dərdi, bu nisgili, bu kədəri, bu qəmi, bu «Dilqəmi» (heç bu da lazım döyülüydü!) siləcəkdir, bütün xalqım, elim, obam, ulusum, ölkəm, məmləkətim, bir sözünən - Azərbaycanım güləcəkdir, aydın məsələdir ki, gələcək bir görəcəkdir, və təbii ki, hamı məni sevəcəkdir və yenə də təbii ki, ondan sonra qəm yağışı yağmayacaq, kədər məni boğmayacaq, inan ki, ağarmayacaq tellər sənin acığına!

kulis.az

Комментариев нет:

Отправить комментарий