14.01.2012

MƏHBUS YUBİLYAR


“Media forum” saytı məhbus siyasətçi Arif Hacılının fotolarını təqdim edir. Yanvarda onun 50 yaşı tamam olur.
1962-ci il yanvarın 22-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olan Arif Hacılı Azərbaycan xalq hərəkatının öncül şəxslərindən biridir. 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri, 1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə dövlət müşaviri postu tutub.
1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavinidir.
Hazırda Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsində məhbus həyatı yaşayır. Arif Hacılı müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Arif Hacılı 2003-2005-ci illərdə də həbsdə olub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Комментариев нет:

Отправить комментарий