02.02.2012

Biz səni belə tanıdıq...


Bəli, gələcək o gün, gələcək bir zaman ki,
Bütün dünya keçəcək həqiqət körpüsündən.

Yanvar ayının 31- də AYB-nin Natavan klubunda yazıçı Yusif Məhəmmədoğlunun “Məni belə tanı sən” kitabının təqdimatı keçirilib.
Təqdimatı AYB-nin mətbuat xidmətinin katibi Ədalət Əsgəroğlu açdı. Təqdimatda yazıçı Əyyub Qiyas, şair Ehtiram İlham, şair Sayman Aruz, şair Kəmaləddin Qənim, İşıqlı Atalı, prof. Novruz Quliyev, yazıçı Abbas Qaraoğlu, şair Oktay Rza, şair Bəydadaş Cəfərli, Mübariz Qasımov, Oktay Hacımusalı, Zaur Qəriboğlu, Cəlil Cavanşir, Sülüyman Mustaoğlu, şairə Narıngül xanım, Fərqanə Mehdiyeva, Vaqif Yusifli və digər ziyalılar, kitabsevərlər iştirak edib, kitab haqqında öz təəssüratlarını, fikirlərini bölüşüblər.

Həmçinin yanvar ayının 31-i yazıçının doğum günüdür.
“Məni belə tanı sən” kitabı müəllifin “Qocalmışam demə, ata” (2008) , “Dəniz də dağlar kimidir” ( 2009), “Ömrün otuz yarpağı” (2010) və “Ocaq yeri” (2010) şeir və nəşr kitablarından sonra oxucuları ilə beşinci görüşüdür. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Tədbiri yazıçı Əyyub Qiyas aparırdı. İlk olaraq Əyyub Qiyas öz fikirlərini bildirdi. O, kitab haqqında öz fikirlərini bildirdi. Həmçinin də Yusif Məhəmmədoğlunun doğum gününü təbrik etdi. Sonra yazıçının insani keyfiyyətlərindən, dostluğundan söz açdı. Həm də yazıçı Əyyub Qiyas kitabın ön sözünü də yazmışdı. Bir az bu işin məsuliyyətindən danışdı. Sonra şair Ehtiram İlham kitab və yazıçı haqqında düşündüklərini danışdı.Şair Kəmaləddin Qənim Yusif Məhəmmədoğlunun yaradıcılığından danışdı və onun yaradıcı dünyası barədə çox dolğun bir yazı yazacağını söylədi. Asif ata ocağının nümayəndəsi İşıqlı Atalı da kitab və yazıçı haqqında öz fikirlərini bildirdi. O, qeyd etdi ki, yaradıcılıqda söz demək o qədər də asan deyil. Gərək təbiətlə vəhdət təşkil edəsən. Həmçinin qeyd etdi ki : Əbədiyyətin ölçüsüylə yaşamaq, təsdiq olunmaq gərəkdir. Zamanın ölçüsündə təsdiq insanı var etmir, edə bilmir. İnsan yazdıqlarına bərabər olub yaşayanda var olur. Yusif Məhəmmədoğlunun kitabında həqiqətə, özünütapmaya, özünüifadəyə qarşısıalınmaz təşnəlik var. Çox zaman yaradıcı insan sadəcə, içinin ağrılarını yazır. Əslində yaradıcılıq məqsədli özünüifadədir. Minlərin ağrısını bir şeirində, yazında ifadə etdiyin dərəcədə yaradıcısan.
Prof. Novruz Quliyev isə kitabın yazar üçün əziz bir özlad olduğunu qeyd etdi. Həm yazıçının doğum gününü, həm də kitabının təqdimat günü ilə təbrik etdi.
Yazıçı Abbas Qaraoğlu da kitab haqqında düşündüklərini söylədi. Həm də son dövrün ədəbiyyatına qısa bir səyahət etdi və Yusif Məhəmmədoğlunu fərqləndirən məqamları göz önünə çəkdi. Sonra da Əyyub Qiyasın yazdığı öz söz barədə də öz fikirlərini bildirdi.
Şair Oktay Rza çox maraqlı fikirlər səsləndirdi. Yazıçının şeirlərindən oxudu və qısa təhlillərini səsləndirdi. O, xüsusilə Yusif Məhəmmədöğlunun “Sal məni” şeirinin son bəndini diqqətlərə çatdırdı. Ən son bənddə çox gözəl bir ifadə dolğunluğunun olduğunu da qeyd etdi. Bu şeir parşasını hər kəs üçün oxudu :

Bulaq olum, dərələrə sarılım
Qaya olum, sinəm üstən yarılımş.
Qartal olum zirvələrdə vurulum
Zirvələrdən zirvələrə sal məni!


Bu misralarda yazıçının dolğun bir yaradıcı ürəyə də sahib olduğunu bildirdi.
Yazar Oktay Hacımusalı da yazıçının kitabı haqqında öz düşündüklərini söylədi. Yusif Məhəmmədoğlunun həm də səmimiliyi ilə fərləndiyini də qeyd etdi. Şair Bəydadaş Cəfərli yazıçının mövzularının genişliyindən və rəngarəngliyindən danışdı. Şair Faiq Balabəyli də kitab və yazıçı haqqında öz fikirlərini bildirdi. Yazar Cəlil Cavanşir də öz fikirlərini bildirdi və uğurlarının davamlı olmasını arzu etdi. Şairə Narıngül xanım da öz ürək sözlərini qeyd etdi.
Yazar Zaur Qəriboğlu da kitab haqqında fikirlərini bildirdi. Şairə Fərqanə Mehdiyeva da yazıçı haqqında ən xoş fikirlərini və arzularını söylədi. Tənqidçi Vaqif Yusifli də öz fikirlərini qeyd etdi. Yazıçının öz gizli dünyasıını belə yaradıcılığında əks etdirə bildiyini söylədi. Ürəyi ilə beynini vəhdətini yaradıcılığına gətirə bildiyini qeyd etdi.
Sonra gənc yazar İlahə Nəsib yazıçıya öz hədiyyəsini təqdim etdi və ürək sözlərini bildirdi.
Sonda yazıçı Yusif Məhəmmədöğlu gələn qonaqlara öz təşəkkürünü bildirdi.
“Məni belə tanı sən” kitabında istənilən məqama , istənilən problemə və istənilən mözzuya rast gəlmək olar . Bu da şair qəlbinin dərinliyindən xəbər verir. Şair cəmiyyətimizdə kök salan problemlərdən , sevgidən , Vətən dərdindən , Anadan , övladdan və İnsanı düşündürə biləcək hər bir mözudan söz aça bilib. Şair öz qəlbinin dərinliyini və genişliyini hər misrasında belə bizlərə yaxın edib . “Məni belə tanı sən” kitabı müasir ədəbiyyatımızda öz layiqli yerini alacağına əminəm və şairə yeni yaradıcılıq uğurları diləyirəm.


Könül Səid

Комментариев нет:

Отправить комментарий