ABB-nin baş tutmayan özəlləşdirməsi
Artıq Beynəlxalq Valyuta Fondu Azərbaycandan gedib. Azərbaycan Beynəlxalq Bankının səhmlərinin AYİB-ə satılması məsələsi də onunla birlikdə gündəlikdən çıxıb...
Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi məsələsi ara-sıra gündəmə gəlir. Bu dəfə Azərbaycan Beynəlxalq Bankında (ABB) dövlət payının özəlləşdirilməsi üzrə məsləhətçi kimi çıxış edən "PricewaterhouseCoopers Audit Azerbaijan" və "Salans UK" şirkətlərinin konsorsiumu layihənin birinci mərhələsi üzrə işlərini başa çatdırıb. Belə ki, maliyyə və hüquqi məsələlərin, ABB-nin özəlləşdirilməsinə dair təkliflərin hazırlanması, bankın perspektiv inkişafına və onun rəqabətliliyinin artırılmasına dair məsələlər və s. işlər həyata keçirilib. Bundan əlavə, özəlləşdirmənin əsas prinsipləri, bankın qiymət diapazonu, gələcək əqdin optimal qiyməti, səhmlərin özəlləşdiriləcək payı və satışın şərtləri müəyyənləşdirilməlidir.
Layihənin ikinci mərhələsində özəlləşdirmə üçün zəruri olan sənədlərin hazırlanması və potensial alıcıların siyahısının müəyyən edilməsi nəzərdə tutulur. Sonuncu mərhələdə isə bankın səhmlərinin özəlləşdirilən hissəsinin satışının rəsmiləşdirilməsi həyata keçirilə bilər. Layihənin qrafiki üzrə sonuncu mərhələni nəzərə almaqla bütün layihə 2012-ci ilin ortalarında başa çatdırılacaq. Bəs, ABB-nin uzun illərdir baş tutmayan özəlləşdirilməsi bu dəfə reallaşacaqmı? Bu suala konkret cavab vermək çətindir. Hər halda bu işə çoxdan start verilsə də, alınmayıb. Hətta müvafiq prezident fərmanına əsasən Beynəlxalq Bankın hazırda dövlətə məxsus səhmlərinin 20%-i Avropa Yenidənqruma və İnkişaf Bankına (AYİB) satılmalı, yerdə qalan hissəsi (31%) isə pullu hərraclara çıxarılmalıydı. Amma AYİB bu fürsətdən yararlana bilmədi. Hətta Avropa bankı bir neçə il əvvələ qədər Azərbaycan Beynəlxalq Bankının səhmlərini çox ucuz qiymətə öz nəzarətinə keçirməyi, sonra isə onu başqa xarici banklara baha satmaqla tələm-tələsik iri məbləğdə qazanc götürməyi planlaşdırırdı. Lakin bu məsələdə ayıq tərpənən hökumət buna imkan vermədi.Hazırda bankın səhmlərinin 50,2%-i dövlət təmsilçisi qismində Maliyyə Hazirliyinə məxsusdur. Hökumətdə bir çoxları yaxşı başa düşür ki, Qafqazın ən güclü bankı olan BB-nin dövlətin nəzarətində qalması daha yaxşıdır. Çünki bu, maliyyə bazarında dövlətin başlıca rıçaqlarından biridir. Hətta ABŞ-da "Eksimbank" kimi iri bank dövlətin təsir dairəsindədir. Elə isə nəyə görə Azərbaycan hökuməti də öz güclü bankına sahib durmasın və onu Avropaya satsın? Əslində BB-nin özəlləşdirilməsini tələb edən Beynəlxalq Valyuta Fondunun (BVF) da məqsədi Azərbaycan dövlətini belə güclü maliyyə mərkəzindən məhrum etmək, Qərbin Azərbaycanın maliyyə bazarına müdaxilə, nəzarət imkanlarını genişləndirmək idi. Bununla belə ictimaiyyətə məsələ elə təqdim olunurdu ki, guya AYİB Beynəlxalq Bankın (BB) səhmlərinə də sahib dursaydı, BB-nin inhisarçılığı aradan qalxacaq, yeni texnologiylar gələcək, bank sektoru inkişaf edəcəkdi və s. Əslində elə indi də BB ən müasir texnologiyalara sahibdir, xaricdə də filialları var.Vaxtilə AYİB-in ABB-nin səhmlərini ələ keçirməsini Azərbaycan Milli Bankının rəhbərliyi də dəstəkləyirdi. Məsələni Beynəlxalq Valyuta Fondunun tövsiyyələri adı altında reallaşdırmaq istəyirdilər. Əslində vaxtilə Milli Bank Azərbaycanın bank-maliyyə bazarının xarici ölkələrin maliyyə dairələrinin nəzarətinə istiqamətində "mühüm və həlledici" addımlar da atıb. Belə ki, Milli Bankın qəbul etdiyi qərar əsasında bank sistemində xarici kapitalın iştirakına qoyulmuş məhdudiyyət 2004-cü il yanvarın 1-dən ləğv edildi. Bu isə o demək idi ki, xarici bankların yerli bank kapitalındakı ümumi iştirak payına qoyulmuş məhdudiyyətlər tam aradan qaldırıldı. Bu tədbir də məhz Beynəlxalq Valyuta Fondunun (BVF) tələbləri əsasında həyata keçirildi. Bir sıra ekspertlər isə xarici bankların Azərbaycana girməsinə bu cür şərait yaradılmasının əleyhinəydilər. Çünki onlar başa düşürdülər ki, beynəlxalq maliyyə təşkilatları Azərbaycanda güclü yerli bankların olmasında, dövlətin maliyyə rıçaqlarının möhkəmlənməsində o qədər də maraqlı deyillər. Əksinə, Qərbin aparıcı ölkələri Azərbaycan kimi dövlətləri maliyyə-bank sahəsində özlərindən asılı vəziyyətə salmağa çalışırlar. Həticədə gələcəkdə ölkənin bank-maliyyə bazarında diqtəçi xarici ölkələr və onların bankları ola bilər. Əmanət və kredit bazarı, pul dövriyyəsi, əsas aparıcı bank hesabları onların nəzarətinə keçə bilər. Dövlət onlarla hesablaşmaq məcburiyyətində qalar və s. Bunlar isə iqtisadi təhlükəsizlik baxımından olduqca risklidir. Milli Bank isə sanki belə təhlükələri görmək istəmirdi. Banklara nəzarət bütün ölkəyə nəzarət deməkdir. Bu imkan xaricilərin əlinə keçərsə Qərb ölkələri özlərinin həmin bankları vasitəsilə gələcəkdə Azərbaycana istədikləri şərtləri, hətta siyasi istəklərini də diqtə edə bilərlər. Görünür, elə bütün bunları sonradan anlayan hökumət əvvəl ABB-nin səhmlərini AYİB-ə satmaq barədə qərar versə də, bu məsələdən vaz keçdi.Həm də indiyədək heç kim, hətta ABB-nin dövlət nəzarətindən çıxarılmasının qatı tərəfdarları belə bu özəlləşdirmənin zəruriliyini əsaslı iqtisadi arqumentlərlə əsaslandıra bilməyiblər. O cümlədən, BVF də bu tələbi ilə nə istədiyini deyə bilmədi və əsl məqsədlər pərdə arxasında qaldı... Amma o vaxt maraqlı bir məqam, proses diqqət çəkməyə bilməzdi. BVF-nin 2003-cü ildəki rəhbəri həmin vəzifəyə gələnə qədər AYİB-in direktoru işləmişdi. İndi isə o, BVF-də oturub AYİB-in təəssübünü çəkirdi. Daha doğrusu, azərbaycanlıların dililə desək, ona "dayılıq edirdi". Hətta BVF Azərbaycan hökuməti qarşısında şərt qoydu ki, ABB-nin səhmlərinin əsas hissəsi məhz AYİB-ə satılmalıdır. Təsadüfi deyil ki, hökumətin BB-nin 20%-lik səhmlərinin AYİB-ə satılması barədə qərarı BVF tərəfindən məmnunluqla qarşılandı. Hətta həmin qərardan sonra BVF Azərbaycana növbəti kredit tranşı da ayırdı. Hecə deyərlər, hökumətin məsləhətli qərarı fond tərəfindən qiymətləndirildi. Amma sonra situasiya dəyişdi, Azərbaycanın neft gəlirləri ölkənin maliyyə vəziyyətini yaxşılaşdırdı, xarici kreditlərə ehtiyac da aradan qalxdı. Hətta öz valyuta ehtiyatları yaranan ölkəmiz BVF-nin kreditlərindən birdəfəlik imtina etdi. Bunların nəticəsi olaraq artıq BVF də Azərbaycandan gedib, ABB-nin səhmlərinin AYİB-ə satılması məsələsi də onunla birlikdə gündəlikdən çıxıb...
Amma son olaraq onu da qeyd etməliyik ki, ABB-nin özəlləşdirilməsi məsələsi hələ gündəmi tərk etməyib…
azadmekan.org

Комментариев нет:
Отправить комментарий