21.02.2012

Düyün düşdü ilmələr

42065112_5cfa85745013 (596x699, 1440Kb)
Afaq Şıxlı

ÜMİD ADASI

Ürəyimi döyündürən
bir qığılcım, bir təkansan,
Sevdiyim!
Bu dünyanın acısından gizləndiyim
xoş məkansan.
Sevdiyim!
Sən bir ümid adasısan
xilas olub nəfəsimi dərməyə,
Nə zamandır
yollarını gözləyirəm
sənə könül verməyə
Sevdiyim!
Açıl, açıl sabah kimi
ürəyimə qorxu salan
kölgələrin üstünə.


Əllərini əlimə ver,
dur həsrətin qəsdinə
Sevdiyim!
Alacaqsan məni bir gün
dərdin-qəmin pəncəsindən
bilirəm!
Hər gün bir az daha artan
inamımla
sənə doğru gəlirəm!
Sevdiyim!

065745b25025 (449x600, 595Kb) 
Bir məktubun var əlimdə

Bir məktubun var əlimdə
Səni ömrüm uzununca gözləməyə yetərli!
Bir məktubun var əlimdə
Dünyaların incisindən, daş-qaşından dəyərli!
Bu məktubun hər sətiri
mənim sənə deyəcəyim,
amma deyə bilmədiyim kəlmələr...
Niyə getdin?
Sən gedəli hüzur dolu həyatımda
düyün düşdü ilmələr...
Bir daha yaz!
Bir də yaz ki
sən gəlincə qırlımasın mənim ümid açarım.
Bir də yaz ki,
sən gəlincə
xəyalınla yaşamağı bacarım!

дождь (699x479, 570Kb)

Комментариев нет:

Отправить комментарий